CƏMİYYƏT
Qadınların əməyi qadağan olunan peşə və iş yeri azaldılıb

Bakı, 20 may, AZƏRTAC
Əvvəlki illərə nisbətən 2023 cü ildə ictimai həyatın müəyyən sahələrində qərarların qəbulunda və dövlətin idarə edilməsində qadınların təmsilçiliyinin artması müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin mayın 20-də keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə hesabatı ilə bağlı fikir bildirərkən deyib.
Milli Məclisin komitə sədri bildirib ki, qadınların əməyi qadağan olunan peşə və iş yeri azaldılıb. O xatırladıb ki, qanunvericiliyə cinsi ayrı‐seçkiliyin aradan qaldırılması məqsədilə qadınların əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yeri azaldılaraq 204 müəyyən edilib.
H.Hüseynova qeyd edib ki, həmçinin hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların kişilərlə bərabər qaydada gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə cəlb edilmə və istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə onların yazılı razılığı ilə icazə verilməsinə nail olunub.