Qafqaz Müsəlmanları İdarəsinin sədri Belqradda “Bayraqlı Cami” məscidinin və “Müqəddəs Petka” kilsəsinin açılış mərasimlərində iştirak edəcəkdir
Bakı, 1 may (AZƏRTAC). Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) şeyxülislam Allahşükür Paşazadə mayın 2-də Serbiyaya səfər edəcəkdir.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, A. Paşazadə mayın 3-də Belqradda Azərbaycan dövlətinin dəstəyi ilə təmir və bərpa edilmiş “Bayraqlı Cami” məscidinin və “Müqəddəs Petka” kilsəsinin açılış mərasimlərində iştirak edəcəkdir.
Açılış mərasimlərində Azərbaycanın və Serbiyanın dövlət və hökumət rəsmilərinin, müsəlman və xristian din xadimlərinin, ictimaiyyətin nümayəndələrinin və jurnalistlərin iştirak edəcəyi gözlənilir.
Belqrada səfər edəcək nümayəndə heyətinə Bakı və Azərbaycan yeparxiyasının başçısı Aleksandr İşeyin də daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2023 [17:19]
ICESCO azadlıqlar və islami dəyərlər mövzusunda konfransa ev sahibliyi edib
- 27.07.2023 [16:29]
İƏT Quranın nüsxələrinin yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək
- 21.07.2023 [16:04]