Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qalib Həsənoğlu: Azərbaycanın Qarabağ Zəfərinə və onu ölkəmizə bəxş edən şəxsiyyətə musiqi həsr etmək istəyirəm MÜSAHİBƏ VİDEO

Stokholm, 17 mart, Nərgiz Cəfərli, AZƏRTAC

Səyyah Tur Heyerdal azərbaycanlılarla norveçlilərin qohumluq əlaqələrindən bəhs edərkən sonuncuların əcdadlarının təxminən iki min il əvvəl Azərbaycandan Skandinaviyaya köç etdiyini iddia edirdi. Bu gün iki ölkə arasında güclü diplomatik, iqtisadi və mədəni əlaqələr mövcuddur.

Bu mədəniyyət körpüsünün rəmzlərindən biri də yaradıcılığında Şərq və Qərb ənənələrini birləşdirən Azərbaycan-Norveç bəstəkarı Qalib Həsənoğludur. Onun musiqi yolu Azərbaycanda Fikrət Əmirov və Qara Qarayev kimi görkəmli bəstəkarlardan dərs almaqla başlayıb. Soydaşımız 2000-ci illərin əvvəlindən Norveçdə yaşayır və burada yaradıcılığını davam etdirir.

Onun əsərləri klassik musiqidən, xalq musiqisindən və mənəvi kompozisiyalardan təsirlənib və bu, bəstəkarın yaradıcılıq üslubunu həqiqətən unikal edir.

Qalib Həsənoğlu AZƏRTAC-ın müxbirinə müsahibəsində yaradıcılığından danışıb, xatirələrini bölüşüb, onun ömür-gün yoldaşı, ilham pərisi Sevda xanım isə musiqiçinin təvazökar, şöhrətin təsirinə düşməyən bəstəkar obrazını tamamlayıb.

Müxbir: Qalib müəllim, siz Gəncədə böyüyüb, Bakıda təhsil almısınız, sonra Norveçin Kvinesdal şəhərində işləmisiniz. “Ev” anlayışı sizin üçün nə deməkdir? Hansı ölkə sizə daha çox vətən hissi verir – Norveç, yoxsa Azərbaycan?

Qalib Həsənoğlu: Mənim üçün ev təkcə yaşadığım yer deyil, ailəm, dostlarım, xatirələrim, mədəniyyətimdir. Vətən deyəndə ağlıma ilk gələn yer Azərbaycandır, çünki gəncliyim orada keçib, Fikrət Əmirov, Qara Qarayev, Xəyyam Mirzəzadə və digər görkəmli azərbaycanlılardan, böyük ustadlardan dərs aldığım yerdə. Həmişə övladlarıma demişəm ki, bizim evimiz kiçik Azərbaycandır. Biz Azərbaycan xalqının ləyaqətini başqalarına nümayiş etdirərək öz kimliyimizi qoruyub saxlamalıyıq. Norveçdə yaşasam da, ürəyim həmişə Azərbaycandadır. Harada oluramsa, Azərbaycanın mədəniyyətini, tarixini, musiqisini qəlbimdə daşıyıram.

Sevda xanım: Təbii ki, vətən həsrəti var və Qalibin “Nostalji” əsərini yaratmasına da məhz bu səbəb olub. Vətən həsrətinin dominant mövzusu, mənzərəliliyi ruhlandırıcı element rolunu oynayan Norveç şəlalələrinin suları kimi səhifədən səhifəyə axır.

Müxbir: 2002-ci ildə Norveçə köçdünüz və orada əvvəlcə orqan ifaçısı kimi çalışdınız. Başqa ölkəyə köçmək yaradıcılığınıza necə təsir etdi?

Qalib Həsənoğlu: Mənim yaradıcılıq yolum başqa ölkəyə köçməklə dəyişməyib. Hələ Azərbaycanda olarkən, norveçli musiqiçilərlə əməkdaşlıq edirdim, onlar üçün musiqi yazırdım. Norveçə partituralar göndərdim və orada onların ifasında iştirak etdim. Daha sonra norveçlilərlə əlaqələrimizin təsdiqi kimi böyük bir layihə olan “Landet vi kommer fra” (“Bizim gəldiyimiz ölkə” – red.) meydana çıxdı və bu, geniş şəkildə tanındı. Burada Brilyant Dadaşova, Siyavuş Kərimi, İlqar Muradov, Rəşad Haşımov kimi ifaçılar çıxış ediblər. Əslində, bu layihə üzərində iş mənim köçməyimdən üç il əvvəl başlayıb və 2006-cı ildə tam başa çatıb.

Müxbir: Azərbaycan musiqi ənənəsi üslubunuza və yaradıcılığınıza necə təsir edib?

Qalib Həsənoğlu: Azərbaycan musiqisi həmişə yaradıcılığımın mühüm hissəsi olub. Nəzərə alsaq ki, mənə Azərbaycan musiqi məktəbinin nəhənglərindən dərs almaq qismət olub. Bəstəkarlığa uşaq vaxtı Gəncədə başlamışam. Yadımdadır, bir gün Fikrət Cəmil oğlunu tanıyan musiqi müəllimim dedi: “Mən razılaşmışam, Bakıya, Fikrət Əmirovun yanına gedirik”. Bu, mənim üçün Motsartla görüşmək kimi idi.

Sonralar mən artıq ondan dərs alanda, Niyazi tez-tez sinfə gəlirdi və Əmirov fəxrlə məni gənc bəstəkar kimi təqdim edirdi. Tezliklə Asəf Zeynallı adına Musiqi Məktəbinin nəzəri-bəstəkarlıq fakültəsinə daxil oldum. Fikrət Əmirov mənə Xəyyam Mirzəzadənin ən yaxşı kompozisiya müəllimi olduğunu deyərək ondan öyrənməyi məsləhət gördü. Məktəbi bitirəndən sonra Mirzəzadə mənə dedi: “Çox səylə çalışsan, Qara Qarayevin sinfinə qəbul olacaqsan”. Belə də oldu. Konservatoriyaya, Qara Qarayevin sinfinə daxil oldum və 1975-ci ildə oranı bitirdim.

Azərbaycan musiqisinin belə böyük ustadları arasında ünsiyyətdə olduğum, öyrəndiyim və böyüdüyüm üçün özümü inanılmaz dərəcədə xoşbəxt hiss edirəm.

Sevda xanım: Azərbaycan musiqisi həmişə Qalibi müşayiət edib. O, Bəhram Mansurovun ifasında bütün “Dəsgah”ı nota köçürüb, Norveçə özümüzlə gətirdiyimiz aşıq musiqisini, xalq rəqsi melodiyalarını qoruyub saxlayıb.

Müxbir: Sizin yaradıcılığınız həm Şərq, həm də Qərb musiqi mədəniyyətinin elementlərini özündə birləşdirir. Bu musiqi dünyaları arasında tarazlığı necə əldə edirsiniz?

Qalib Həsənoğlu: Balans yəqin ki, uşaqlıqda yaranıb. Əvvəllər Azərbaycanda müasir dillə desək, ikinci əl mağazalar var idi ki, qardaşımla mən tez-tez 5 qəpiyə Çaykovski və Raxmaninov vallarını alırdıq. Bizim pleyerimiz var idi və daim böyük bəstəkarların musiqilərinə qulaq asırdıq. Bəzən hətta onu küçədə də işlədirdik.

Əhalinin çoxunun kənd təsərrüfatı ilə məşğul olduğu Gəncənin kənarında yaşadığımız üçün bu musiqini az adam başa düşürdü. Bununla belə, çoxlarının marağına səbəb olurdu. Beləliklə, təkcə radio və televiziyada səslənən Azərbaycan musiqisi deyil, Avropa musiqisi də həyatımıza daxil oldu.

Sevda xanım: Qalib uşaq ikən nəfəs alətində çalıb, qarmonda ifa edib, 15 yaşında violonçel çalıb. (Qalib müəllimə müraciət edərək.) Violonçellə bağlı əhvalatı danış.

Qalib Həsənoğlu: Günlərin birində maarifçiliklə məşğul olmaq qərarına gəldim, o vaxt oğlanların mənə sataşdığı kimi “böyük skripkamı” götürüb Bağmanlardakı babamın və nənəmin yanına gəldim. Tarlada işlədikdən sonra yorulmuşdular, onları oturdub violonçel çalmağa başladım. Mən çalıram, dayanmadan .. və birdən görürəm ki, hamı yatır! Sonra qəzəbləndim və dedim ki, bir daha onların heyətində çalmayacağam. (Gülür).

Müəllimlərim Fikrət Əmirov və Qara Qarayev həmişə deyirdilər ki, təkcə muğam və xalq mahnıları ilə məhdudlaşmaq olmaz. Müasir dövrə uyğun musiqilər bəstələməliyik. Məsələn, fortepiano sonatamda Şonberqin dodekafonik texnikasından istifadə etdim, onu muğamlarla əlaqələndirdim. Qara Qarayevə həsr etdiyim simli kvartetdə isə milli elementlər olsa da, eyni zamanda, mürəkkəb 12 tonluq texnikalardan istifadə olunur. Bu, bir növ Şərqlə Qərbin sintezidir.

Sevda xanım: Qalib zaman-zaman Zərdüşt, Krişna, sufi kompozisiyalarına həsr olunmuş özünəməxsus dualar yaradır. Kilsədə işləyəndə çoxlu məzmurlar yazdı. İnsanda elə bir təəssürat yaranır ki, o, böhranlardan çıxmağı belə dualar vasitəsilə öyrənib.

Qalibin “Pərvanə” adlı yeddi əsərdən ibarət toplusu var. Hər kəs bir kəpənəyin cəmi 24 saat yaşadığını bilir və bu toplu bir gündə nə qədər yaşaya biləcəyinizi göstərir. Topluya düşüncəli “Prelüd”, nostalji “Nardaran” və Şopenə həsr olunmuş “Vals” daxildir.

Müxbir: Sevda xanım yaradıcılıq böhranlarına toxundu. Mən belə başa düşdüm ki, sizdə belə dövrlər olub.

Sevda xanım: (Qalib müəllimi qabaqlayır.) Hə! Var idi! (Ondan izahat tələb edirmiş kimi davam edir.) Yadımdadır, bir gün Qalibin anası yanımıza gəldi və göz yaşlarını güclə saxlayaraq dedi: “Onun nə etdiyini bilmirsən! Əsərlərini yandırdı”.

Qalib Həsənoğlu: Elə bir yaradıcı adam yoxdur ki, böhran yaşamasın. Nə qədər çox üzərinizə düşsəniz, hədəfləriniz nə qədər yüksək olarsa, bu yük bir o qədər ağırlaşır. Mən 10-12 yaşımdan musiqi bəstələyirəm. Əvvəlcə akkordeon, sonra violonçel üçün. Amma yandırdıqlarım konservatoriyanı bitirdikdən sonra yazılan əsərlər idi. Mən bir çox böyük rəssamların və bəstəkarların əsərlərini yenidən başlamaq üçün məhv etdikləri barədə hekayələri eşitmişəm. Mən də onları təqlid etməyə çalışdım. Anam və Sevda bunu başa düşmədilər. Ancaq sıfırdan başlamaq üçün bunu dəqiq etdim. Bir müddət musiqi arxa plana keçdi. Kitablar və yoqa böhrandan çıxmağıma kömək etdi.

Müxbir: İndi belə anlarınız olurmu?

Qalib Həsənoğlu: İndi səhhətimlə bağlı əvvəlki kimi yaratmaq çətindir. Mənə elə gəlir ki, artıq bacardığım hər şeyi etmişəm. “Oratorium Albanum” və ya “Sirlər Xəzinəsi” kimi böyük bir şey yazacağımı düşünmürəm. İndi baş verənlər böhran deyil. Bu, artıq yaşla bağlıdır. Belə deyək ki, bir az sakitləşmək vaxtıdır.

Mən gənc olanda günüm səhər altıda başlayırdı. Bəstəkarlar arasında tez-tez bir bənzətmə istifadə olunurdu: bəstəkar çəkməçi kimi olmalıdır - artıq səhər səkkizdə öz “emalatxanasında”. Uzun illər məhz bu rejimə əməl etmişəm. Amma indi daha çox azadlığım var. Bəstələmək istəyi yarananda və ya ağlıma maraqlı bir fikir gələndə, oturub işləyirəm. Yoxdursa, başqa bir şey edirəm: rəsm çəkirəm, mütaliə edirəm.

Yeri gəlmişkən, onu da deyim ki, hazırda geniş səs diapazonuna malik parlaq azərbaycanlı orqan ifaçısı Nigar Qəhrəmanova üçün orqan və səs üçün əsər yazıram. O, Norveçin ən yaxşı orqan ifaçılarından biridir, nadir istedaddır.

Müxbir: Sizin üçün uğur nə deməkdir? Necə düşünürsünüz, musiqinizin gələcək nəsillər üçün qorunub saxlanılacağı uğura imza atmışınız?

Qalib Həsənoğlu: Yalnız axmaqlar hər şeyə nail olduqlarını düşünə bilərlər. Hətta böyük Çaykovski ölümündən əvvəl demişdi: “O qədər planlarım var idi ki!” Budur, stolumun üstündə “The new life starts from everyday” (“Yeni həyat yeni gündən başlayır”) yazısı olan bir fincan var və mən bununla tamamilə razıyam. Mənim üçün uğur bir dostumun zəng edib deməsidir: “Sizin “Nostalji” və “Rafoss” əsərlərini çox bəyəndim. Populyar artistlərlə işləyən norveçli prodüser Azərbaycana gələrək “La den brenne” mahnısının sözlərini yazmağı təklif edəndə bu, həm də uğur qazanmaq demək idi. Musiqilərim Türkiyədə, İranda və başqa ölkələrdə müxtəlif dillərdə ifa olunanda da uğur qazanıram. Musiqimin instrumental variantı “Möhtəşəm yüz il” serialında sevgi mövzusuna çevriləndə də uğur qazanmışdım. Düzdür, məhkəməyə müraciət etmək istəyirdik, lakin xeyli məbləğ tələb olundu.

Gələcək nəsillərə gəlincə, onların nəyə qulaq asması ilə bağlı qərarı mən verə bilmərəm. Mənim elə böyük ambisiyalarım yoxdur. İohann Baxın Si-minor messası itmişdi və Mendelssonun çörəyə ehtiyacı olana qədər bu böyük əsərin varlığından heç kimin xəbəri yox idi. Çörək dükanında satıcı çörəyi musiqi notları vərəqlərinə büküb. Mendelsson evə qayıdanda bunun Baxın əsəri olduğunu kəşf edib. Beləliklə, belə böyük əsərlər yoxa çıxırsa, mən yazığın barəsində nə deyə bilərik?! (Gülür).

Müxbir: Bu illər ərzində bəstəkarlıq üslubunuz dəyişibmi? Sizə elə gəlmir ki, indiki musiqiniz gənclik illərində yazdıqlarınızdan çox fərqlidir?

Qalib Həsənoğlu: Bəli, təbii ki, indi daha sadə yazıram. Bəzən mənə elə gəlir ki, həddindən artıq sadə yazmağa başlamışam. İstər bəstəkar olsun, istər rəssam olsun, bütün yaradıcı insanların müxtəlif dövrləri və üslubları var. Məsələn, Pikassonu götürək. Onun mavi dövrü, çəhrayı dövrü var idi. Qara Əbülfəz oğlunun da öz yaradıcılıq mərhələləri olub. Yadımdadır, bir gün o, sinfə girib dedi: “Biz musiqini yeni şəkildə yazmağa başlamalıyıq”.

Sevda xanım: Amma yenə də mürəkkəb yazırsan, Qalib. Qeyd edim ki, xaricdə yaşadığı illərdə Qalibin yaradıcılığında milli musiqi elementləri daha çox yer alıb.

Müxbir: İmkanınız olsaydı hansı əfsanəni və ya tarixi hadisəni musiqi əsərinə çevirərdiniz?

Qalib Həsənoğlu: Oğlumun və onun həyat yoldaşının ad gününə piano konserti həsr etmək istəyirdim. İki həftə gecə-gündüz, oynaq şəkildə qurulan konsertin birinci hissəsi üzərində işlədim. Lakin gözlənilmədən konsertə faciəli epizodlar daxil olmağa başladı. Mən özüm də onların haradan gəldiyini başa düşmədim. Narahatlıq məni bürüdü. Uşaqlarıma faciəli musiqi həsr etmək istəmirdim. Sonra da Sevda televizoru açıb qışqırır: “Qalib, müharibə başladı!”. Başa düşdüm ki, bu, bir növ öncədən hiss etməklə bağlı imiş. Döyüşdə olan gənclər üçün uzun günlər, həftələr başladı.

Burada, Norveçdə müharibə zamanı hətta erməniləri dəstəkləyən bəzi yerli əhali ilə mübahisələr də olub. Orqan ifaçısı kimi, bəzən xidmət zamanı muğam ifa edirdim. Bir gün kilsədə bir neçə erməni var idi və bunu eşidənlər etiraz olaraq oranı tərk etdilər. Bundan əlavə, müharibə zamanı Norveç Ermənistana 70 milyon kron (11 milyon manatdan çox – red.) göndərmişdi və biz rəsmi etiraz yazmışdıq.

Sevda xanım: Qalibin fortepiano konserti İkinci Qarabağ müharibəsinin bir növ dastanına çevrildi. Ermənilərin işğal etdiyi torpaqlar geri alınanda, biz qarışıq hisslər keçirdik. Bir tərəfdən, hədsiz sevinc hissi, digər tərəfdən, çoxlu sayda şəhid var idi. Vətən müharibəsində həlak olanların xatirəsinə keçirilən yürüşü xatırlayırsınız? Qalib Mehriban xanımın daşıdığı portreti – müharibənin həyatını yarımçıq qoyduğu günahsız uşağın portretini görəndə ürəyi tutdu.

Qalib Həsənoğlu: Mən isə musiqini Azərbaycanın Qarabağ Zəfərinə və bu Qələbəni ölkəmizə bəxş edən şəxsə (Prezident İlham Əliyev – red.) həsr etmək istərdim.

 

Qalib Həsənoğlu: Azərbaycanın Qarabağ Zəfərinə və onu ölkəmizə bəxş edən şəxsiyyətə musiqi həsr etmək istəyirəm MÜSAHİBƏ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncə Dövlət Filarmoniyasında “Sözün gücü” layihəsi təqdim edilib

Türkiyəli ekspert: Azərbaycanın 44 günlük müharibədə qələbəsi bütün türk dünyası üçün qürur mənbəyidir

"Barselona" əlavə vaxtda "Real Madrid"i məğlub edərək İspaniya Kral Kubokunun qalibi olub

Görkəmli Azərbaycan bəstəkarının əsərləri Qahirə Operasında səsləndirilib

İranın cənubundakı dəniz limanında güclü partlayış baş verib, 8 nəfər həlak olub YENİLƏNİB-3  VİDEO

İranın cənubundakı dəniz limanında güclü partlayış baş verib, 8 nəfər həlak olub YENİLƏNİB-3 VİDEO

Kardioloq Fuad Mahmudlu: Həkimlərin Berlin Qurultayı Azərbaycan səhiyyəsinin inkişafı üçün böyük əhəmiyyət daşıyır

Bundesliqa: “Bavariya” vacib üç xalı üç cavabsız topla qazanıb

Gülşən Əhmədli: Berlin qurultayında azərbaycanlı həkimlərin üzv olduğu təşkilatlar arasında əlaqələrin gücləndirilməsi diqqət mərkəzində saxlanılır

Aqil Hüseynzadə: Azərbaycanlı Həkimlərin Berlin Qurultayında əsas mövzulardan biri də süni intellektin tibb sahəsində tətbiqidir

Nizami Kino Mərkəzində “Qəhrəmanlıq Varislikdir” sənədli filminin təqdimatı olub

Abbas Əhmədli: Xaricdə yaşayan həkimlərimizin Azərbaycanda səhiyyə sahəsində reallaşdırılan islahatlara töhfələri Berlin qurultayının əsas mövzularındandır

Superliqa: “Fənərbağça”dan möhtəşəm geridönüş

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

Misli Premyer Liqası: “Zirə” Tovuzda “Kəpəz”i məğlub edib

İstanbulda baş vermiş zəlzələdən sonra yeddi mindən artıq binada ciddi zədə aşkar edilib

Missiyalarımızı uğurla tamamladıq: Mən sağlamlığımı, oğlum isə canını qurban verdi – Çernobıl əlili

Naxçıvanda Azərbaycan Psixoloqlarının I Forumu keçirilib VİDEO

Naxçıvanda Azərbaycan Psixoloqlarının I Forumu keçirilib VİDEO

Azərbaycanlı pianoçu Kembricdə beynəlxalq festivalda çıxış edib

ADAU-da “Web of Science” platformasına dair təlim keçirilib

Balakəndə 200-ə yaxın sakin oftalmoloji müayinədən keçib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb VİDEO

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb VİDEO

Milli Məclisin sədri Sahibə Qafarova Vatikanda Roma Papasının dəfn mərasimində iştirak edib

Cəbrayıla səfər edən əcnəbi səyyah: Burada həm münaqişədən öncə, həm münaqişədən sonra baş verənləri görürük VİDEO

Cəbrayıla səfər edən əcnəbi səyyah: Burada həm münaqişədən öncə, həm münaqişədən sonra baş verənləri görürük VİDEO

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb

İsveç İnstitutunun təqaüdçüləri arasında Azərbaycandan olan tələbələr yenidən liderdirlər

Brnoda şəhərin azad edilməsi zamanı həlak olanların xatirəsi anılıb

“Yüksəliş” müsabiqəsi çərçivəsində beşinci dəfə intellektual yarış keçirilib

“Uşaq İncəsənət Festivalı – 2025” çərçivəsində birinci seçim turu davam edir FOTO

Azərbaycan COP29 Sədrliyinin ilk milli tədbirində Xankəndi Gənclər Paktı imzalanacaq

Xabarovskda Azərbaycan diasporunun dəstəyi ilə uşaq hokkey turniri keçirilib

İngiltərə Premyer Liqası: "Çelsi" qələbə sayəsində dördüncü pilləyə yüksəlib

Rusiya KXDR hərbçilərinin Kursk vilayətinin azad olunmasında iştirakını etiraf edir

Mingəçevirdə növbəti ağacəkmə aksiyası keçirilib

Xankəndidə COP Simulyasiya Konfransı öz işinə başlayıb YENİLƏNİB   VİDEO

Xankəndidə COP Simulyasiya Konfransı öz işinə başlayıb YENİLƏNİB VİDEO

Çexiyada qızıl xəzinəsi tapılıb

Roma Papası dəfn edilib

Şamaxıda “Erkən müayinə can qurtarır!” tibbi aksiyası keçirilib

Volodimir Zelenski: Trampla təkbətək çox şeyi müzakirə etdik

ABŞ-lı səyyah: Ərazilərin minalardan təmizlənməsi Azərbaycan tarixindəki mənfi səhifəni silməyə kömək edəcək mühüm elementdir VİDEO

ABŞ-lı səyyah: Ərazilərin minalardan təmizlənməsi Azərbaycan tarixindəki mənfi səhifəni silməyə kömək edəcək mühüm elementdir VİDEO

Azərbaycan Özbəkistanda keçirilən festivalda və II Türk Dünyası Mədəniyyət Forumunda təmsil olunur

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq

Professor Məhəmməd Dərrac: Fransa Əlcəzairin 300 illik arxivlərinə çıxışı məhdudlaşdırıb

İngiltərəli səyyah: Azərbaycan hökuməti minalı ərazilərin təmizlənməsinə böyük diqqət göstərirVİDEO

İngiltərəli səyyah: Azərbaycan hökuməti minalı ərazilərin təmizlənməsinə böyük diqqət göstərirVİDEO

Türkiyəli ekspert: Region ölkələri Zəngəzur dəhlizinin açılması fürsətini əldən verməməlidir

Polis Xəzər və Nizami rayonları ərazisində oğurluq edən şəxsləri saxlayıb

Dünya səyyahları Cəbrayılda minatəmizləmə prosesini izləyib VİDEO

Dünya səyyahları Cəbrayılda minatəmizləmə prosesini izləyib VİDEO

Aydar Kurmaşev: Azərbaycan ilə Qazaxıstan arasında ekspert əməkdaşlığının inkişafına diqqəti artırmaq lazımdır - MÜSAHİBƏ

Azərbaycan və Pakistan arasında strateji əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

Zelenski və Tramp Romada görüşüblər

Dubay şəhərində Azərbaycanın “Şuşa” adlı ilk süni intellekt rəssamının təqdimatı olub

Ədliyyə naziri İmişli rayonunda vətəndaşları qəbul edəcək

BANM-ın “Agroficient” komandası 25 min avro investisiya qazanıb

Yeganə Hacıyeva: Azərbaycan Prezidenti CGTN-ə müsahibəsində ölkəmizin qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişafı ilə bağlı mövqeyini növbəti dəfə bəyan etdi

“McDonalds” Rusiya bazarına qayıdış prosesinə başlayıb

Azərbaycan Prezidenti: Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur VİDEO

Azərbaycan Prezidenti: Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur VİDEO

Gürcüstan məktəblərində kompüter texnologiyalarının öyrənilməsi məcburi olacaq

Prezident: Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var

Ötən gün əksər rayonlarda hava şəraiti yağıntılı və küləkli keçib, arabir şimşək çaxıb

Dəmir yolu stansiyasında silah-sursat aşkarlanıb

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Prezident İlham Əliyev: Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir VİDEO

Prezident İlham Əliyev: Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB  VİDEO

Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB VİDEO

Prokurorluq əməkdaşları iki hektar ərazidə 1250-dən çox ağac əkiblər

Milli Kitabxanada “26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı kitab sərgisi açılıb

Şərur rayon sakininin öldürülməsi ilə bağlı daha bir şəxs tutulub

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində daha 47 nəfər saxlanılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstanda soydaşlarımızla görüşüb

Sabah bəzi yerlərdə havanın arabir yağıntılı olacağı proqnozlaşdırılır

Respublika Gənclər Kitabxanasında “Professor Mir Cəlal Paşayev” adlı virtual kitab sərgisi hazırlanıb

Dəniz kənarında inşa edilən qanunsuz tikili sökülüb

Premyer Liqa: "Zirə" "Kəpəz"in qonağı olacaq

Azərbaycan və İsveçrə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Dünya bazarında qızılın ucuzlaşması davam edir

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanda mühakimə olunan Ruben Vardanyanla və digər 15 erməniəsilli şəxslə rəftar ilə bağlı Ermənistanın iddialarını rədd edib

Dünya birjalarında neft bahalaşıb

Dünya Məktəbinin yubiley tədbiri keçirilib VİDEO

Dünya Məktəbinin yubiley tədbiri keçirilib VİDEO

Axtarışda olan 75 nəfər saxlanılıb

Zelenski Papa Fransisklə vida mərasimində iştirak etmək üçün Romada səfərdədir

Azərbaycan neftinin qiyməti artıb

Almaniyada yol-nəqliyyat hadisələri nəticəsində ölən hər altı nəfərdən biri velosipedçidir

Azərbaycanda Çernobıl əlillərinin sosial təminatı sahəsində aparılan işlər açıqlanıb

Özbəkistanda “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş tədbir keçirilib

DİN: Ötən gün vətəndaşların bank kartlarından 23 min manatdan çox pul oğurlanıb

Həsənov, pərdəni çək, bura sənin üçün Şuşa deyil - Çernobıl hadisələrinin iştirakçısı danışır...

Gəncə dovğası: dad, yaddaş və ənənələr

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Qazaxıstan super kompüterin yaradılmasına 50 milyon dollar yatırım edəcək

Bir yazıçı ömrünün manifesti...

Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib

Səudiyyə Ərəbistanının “əş-Şarq əl-Avsət” qəzeti Azərbaycan Prezidentinin Çinə səfərindən yazıb

Viktor Orban: Ukrayna üçün Aİ-yə qoşulmaq hələ tezdir

Naxçıvanda “Görmək Gözəldir” aksiyası çərçivəsində qazilər və ailələri müayinədən keçiblər

Baş direktor: Qazaxıstan türk dövlətlərinin birgə peykinin orbitə çıxarılması layihəsini dəstəkləyir

Yardımlıda qanvermə aksiyası keçirilib

ICESCO nümayəndəsi: Azərbaycanlı həkimlər “Kosmik təbabətin əsasları” proqramı çərçivəsində təlim keçmək üçün Bəhreynə gedəcəklər

ABŞ və Rusiya Moskva ilə Kiyev arasında birbaşa danışıqların mümkünlüyünü müzakirə ediblər

Avrasiya İqtisadi Zirvəsinin təqdimat tədbiri keçirilib