COP29
Qana karbon bazarının inkişafı ilə bağlı başqa ölkələrlə bir sıra tərəfdaşlıq sazişləri əldə edib
Bakı, 13 noyabr, AZƏRTAC
“Ən böyük irəliləyiş əldə etdiyimiz sahə karbon bazarının inkişafına və onun ticarətinə baxan 6.2-ci maddədir. Burada başqa ölkələrlə bir sıra tərəfdaşlıq sazişləri əldə edirik. Onlardan biri İsveçrədir, digəri Sinqapurdur”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən COP29-un iştirakçısı, Qana Ətraf Mühitin Mühafizəsi Agentliyinin icraçı direktoru Con Kingsley Krugu deyib. “Bu gün Qana Ətraf Mühitin Mühafizəsi Agentliyi əsasən karbon bazarı reyestrini rəqəmsallaşdırmaq və beynəlxalq ictimaiyyətə şəffaf şəkildə karbon kreditləri sata biləcəyimiz platformanı genişləndirmək üçün Sinqapurla anlaşma memorandumu imzalayır. Keçən ay biz karbon inkişafı layihələri üçün müraciətlər dərc etdik. Bunun nəticəsində bir sıra layihələr həyata keçirildi. Tezliklə bu layihələrlə bağlı beynəlxalq ictimaiyyətə elanlar verəcəyik.