Qar uçqununda həlak olan hərbi qulluqçu Rüstəm Həmidov Bərdədə torpağa tapşırılıb VİDEO



Bərdə, 22 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu Həmidov Rüstəm Ruslan oğlu Bərdədə dəfn edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vida mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin, YAP Bərdə Rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon sakinləri və hərbiçilər iştirak edib.
Cənazə namazından sonra Rüstəm Həmidov Güloğullar kənd qəbiristanlığında dəfn edilib. Ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [18:30]
Tərtərdə ağacəkmə aksiyası keçirilib
- 25.04.2025 [18:25]
Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib
- 25.04.2025 [17:50]
Şəki teatrında Bəxtiyar Vahabzadənin əsəri səhnələşdirilir
- 25.04.2025 [17:27]