“QARA DƏNİZ TERMİNALI” İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 16-da Gürcüstanın Kulevi bölgəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin həyata keçirdiyi “Qara dəniz terminalı” layihəsinin açılış mərasimi olmuşdur.
İldə təqribən10 milyon ton neft məhsulları nəql etmək gücünə malik olan terminalın açılışında Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə, Gürcüstan Prezidenti Mixail Saakaşvili, Baş nazir Vladimir Qurqenidze, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və başqa rəsmi şəxslər iştirak etmişlər.
Kulevi terminalının anbar parkının ümumi tutumu 320 min kubmetrdir. Tbilisi-Poti mərkəzi dəmir yolu magistralı ilə Kulevini birləşdirən 14 kilometr uzunluğunda yeni dəmir yolu çəkilmiş, daxili yollar bərpa edilmişdir. Layihənin həyata keçirilməsində 2500-dən çox adam çalışmışdır. Gələcəkdə terminal servisinin geniş miqyasda inkişafı planlaşdırılır. Burada quru yüklərin və mayeləşdirilmiş qaz terminallarının tikintisi də nəzərdə tutulur.
Kulevi terminalı Azərbaycan-Gürcüstan enerjidaşıyıcıları dəhlizinin tranzit potensialının rəqabət qabiliyyətinin artırılması işində mühüm addım sayılır. Məlum olduğu kimi, “SOKAR Enerci Corcia”nın təsisçisi ARDNŞ-dir. “SOKAR” ın Gürcüstana qoyduğu sərmayənin məbləği 380 milyon ABŞ dollarından çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]