“Qarabağ” akademiyasının koordinatoru: “Udineze”dən sonra “Levante” ilə əməkdaşlığa başlaya bilərik

Bakı, 14 may, AZƏRTAC
İtaliyanın köklü klublarından “Udineze” ilə əməkdaşlıq akademiyamıza müsbət təsir göstərəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ” Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev deyib.
O, hansı yaş kateqoriyasının İtaliya təmsilçisinin təlim-məşq toplanışına yollanacağı ilə bağlı hələlik qərar vermədiklərini bildirib: “Anlaşma yeni bağlandığı üçün planlarımız qarşıdadır. Bu əməkdaşlıq klub prezidentləri səviyyəsində olub. Əlbəttə ki, hədəflərimiz böyükdür. Akademiya səviyyəsində İspaniya “Levante”si ilə görüşümüz olub. Onlar bizə bir neçə təklif irəli sürüb. Tanınmış klubların bizimlə işləməsi futbolumuzun inkişafından xəbər verir. Valensiya təmsilçisi ilə əməkdaşlığı qarşıdakı aylarda rəsmiləşdirə bilərik. Bizdən sonra hər iki klubun rəhbərliyi arasında da görüş olmalıdır. Çalışırıq ki, azərbaycanlı uşaqları tez-tez xarici komandaların toplanışlarına göndərək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2025 [18:53]
“Sabah” ispaniyalı futbolçu ilə yollarını ayırıb
- 17.06.2025 [18:29]
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
- 17.06.2025 [17:42]
On altı ildən sonra Superliqaya yüksələn klub tanınmış hücumçu ilə anlaşıb
- 17.06.2025 [17:09]
UEFA Avropa Liqası: “Sabah”ın rəqibi məlum olub
- 17.06.2025 [16:56]
Azərbaycan cüdoçusu: Dünya çempionatında qazandığım medal qızıla bərabərdir
- 17.06.2025 [16:47]
Filippo İnzaqi yenidən İtaliya B Seriyasında işləyəcək
Müstəqil siyasətin təzahürü
- [17:32]
Komitə: Əhalinin gəlirləri artıb
- [16:08]
İctimai iaşə dövriyyəsi artıb
- [15:39]