SİYASƏT
Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir VİDEO
Bakı, 24 sentyabr, AZƏRTAC
Qarabağ bölgəsindəki müxtəlif ərazilərdə Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus növbəti döyüş texnikası, hərbi avadanlıqlar, həmçinin anbar kimi istifadə edilən mülki tikililərdən silah-sursat müsadirə edilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, xeyli sayda raket, artilleriya mərmiləri və minalar olan anbarda, həmçinin müxtəlif çaplı döyüş sursatları da aşkarlanıb.
Qeyd edək ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.