“Qarabağ geyimləri kataloqu” üçün etnoqrafik ekspedisiya
Bakı, 11 iyun (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin etnoqrafiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının beynəlxalq xarakterli ikinci “Şuşa qrantı” müsabiqəsi üzrə “Qarabağ geyimləri kataloqu” layihəsinin iştirakçısı kimi Ağcabədi rayonuna ezam olunmuşdur.
Muzeydən AZƏRTAC-a bildirmişlər ki, məqsəd Qarabağ geyimləri haqqında yaşlı sakinlərdən məlumat toplamaq, bölgə əhalisinin milli qadın, kişi və uşaq geyimlərinin, eləcə də geyim bəzəklərinin araşdırılaraq kataloqlaşdırılması və tipoloji təsnifatının verilməsini təşkil etməkdir.
Layihə üzrə əsas məqsədlərdən biri də Qarabağ bölgəsi əhalisinin geyim mədəniyyətinin tam elmi-etnoqrafik təhlilini, təsvirini və şərhini vermək, tarixi təkamül və inkişaf mərhələlərində geyim dəstlərində baş vermiş keyfiyyət dəyişikliklərini izləməkdir. Həmçinin Qarabağ geyimlərinin şəksiz olaraq türk etnik-mədəni mühitində formalaşdığını sübuta yetirmək və bu geyimlərin Azərbaycan xalqının milli müəyyənlik göstəricisi olduğunu faktlarla təsdiq etmək də məqsəd kimi qarşıya qoyulmuşdur. Layihənin sonunda kataloqun nəşri nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]