Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏRH

Qarabağda məktəblərin inşası və təhsil quruculuğu xalqın milli-mənəvi yüksəlişinə xüsusi qayğının təzahürüdür ŞƏRH

Qarabağda məktəblərin inşası və təhsil quruculuğu xalqın milli-mənəvi yüksəlişinə xüsusi qayğının təzahürüdür  ŞƏRH

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan xalqının böyük ədibi Hüseyn Cavid deyirdi ki, bir millətin tərəqqisini və inkişafını görmək üçün həmin millətin məktəblərinə nəzər yetirmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyanı həyəcana salan Yaponiyanın bütün tərəqqisi məktəblər sayəsindədir. Bir millətin kimliyini tədqiq edib öyrənmək üçün məktəbi ən doğru meyar hesab edən Hüseyn Cavid, əlbəttə, haqlı idi. O hələ 100 il öncə qələmə aldığı publisistik məqalələrində rus-yapon müharibəsində yaponların ruslar üzərində qələbəsinin səbəbini yapon müəllimlərinin bacarığında görürdü. Onlar əsil yapon vətənpərvərləri yetişdirməyə nail ola bilmişdilər. Böyük ədib yapon müəllimlərinin təlim-tərbiyə işini yüksək səviyyədə təşkil etmək bacarığını təqdir edir və onların təhsil sahəsində əldə etdikləri yüksək nəticələri yapon müəllimlərinin millət naminə gördükləri işə böyük sevgi və yüksək məsuliyyətlə yanaşması ilə əlaqələndirirdi. Cavid filosof-şair, dramaturq olmaqla yanaşı, həm də böyük müəllim idi, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuşdu və məktəbə millətin əhvali-ruhiyyəsinin inikası kimi baxırdı.

"Həsb-hal" məqaləsində Hüseyn Cavid yazırdı: "Bu gün məktəbimiz və ədəbiyyatımız necədirsə, gələcəyimiz də elə olacaqdır". Bu həqiqət bu gün də öz aktuallığını itirməyib. Məktəb cəmiyyətin ictimai şüur barometri və mənəviyyat aynasıdır. Cəmiyyətin mənəvi sağlamlığı məhz məktəbdən qaynaqlanır. Milli tərəqqinin, elmi-intellektual yüksəlişin hər bir ailədən başlayan cığırı məhz məktəbdən keçməklə zirvəyə doğru hərəkət edir. Ona görə də məktəb öz qapısından, sinif otağından tutmuş orada fədakarlıqla çalışan müəllimlərinə qədər bütün varlığı ilə müqəddəs bir ocaqdır.

Bunu AZƏRTAC-a açıqlamasında fəlsəfə doktoru Cavanşir Feyziyev deyib.

O qeyd edib ki, Krımda Bağçasaray yaxınlığında adına "Zəncirli məbəd" deyilən bir mədrəsə var. Məbədə girəndə mütləq başını əyməlisən, yoxsa qapının yuxarısından asılmış zəncir zərblə adamın alnının ortasından dəyə bilər. Məbəd bələdçisi deyir ki, bura əvvəllər mədrəsə olub, gənclər təlim almaq üçün bu müqəddəs məkana gəlirlərmiş. Elm ocağına girəndə hörmət əlaməti olaraq baş əymək və ona təzim eləmək lazım idi. Məbədin girəcəyində asılmış zəncirlər də məhz elmə, biliyə və bu biliyi yayan peşəyə ehtiramın zəruriliyini təlqin edən rəmzi işarədir. Bu adət məktəbin hər bir millət üçün müqəddəs məbəd olması anlayışını çox gözəl ifadə edir.

Fəlsəfə doktorunun sözlərinə görə, işğaldan azad olunmuş Qarabağ torpaqlarında abadlıq-quruculuq işlərinin elə ilk addımında həmin ərazilərdə məktəblərin inşasına və təhsil quruculuğuna başlanılması Azərbaycan dövlətinin xalqın təhsilinə, milli-mənəvi yüksəlişinə göstərdiyi xüsusi diqqətin, qayğının aydın təzahürüdür.

“Azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. On illərlə yaradılmış və 30 il ərzində bünövrəsinədək məhv edilmiş bir infrastrukturun tam bərpası mümkün olmasa da, işğaldan sonrakı qısa zaman kəsiyində Zəngilanda, Füzulidə, Şuşada, Laçında ümumtəhsil müəssisələrinin, Kəlbəcərdə isə modul tipli orta məktəbin fəaliyyətə başlaması özü çox böyük uğurdur. Bu uğurlar Prezident İlham Əliyevin milli təhsilə göstərdiyi böyük diqqət və qayğısından qaynaqlanır. Bu gün Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması Azərbaycan maarifçilik tarixində önəmli hadisələrdən biridir. Xankəndidə açılan yeni Universitetin timsalında Qarabağ adının təhsil sistemimizdə xüsusi yer və status alması tarixi zəfərimizin mənəvi tərəfini tamamlayan və dolğunlaşdıran əhəmiyyətli bir hadisədir.

Məktəblərin və Universitetin açılışı işğaldan əvvəl Qarabağda mövcud olmuş təhsil ənənələrinin davamıdır. Hələ 1969-cu ildə Qarabağda ilk ali təhsil müəssisəsi kimi Azərbaycan Pedaqoji İnstitutunun filialı açılmış və 1988-ci ilədək uğurla fəaliyyət göstərmişdi. İşğal həyatın bütün sahələrində olduğu kimi Qarabağda təhsil fəaliyyətinə də son qoymuşdu. 2023-cü ilin sentyabr ayında keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində Xankəndi şəhərinə nəzarət bərpa olunduqdan sonra Azərbaycan Prezidenti Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzaladı. Qarabağda mövcud olmuş təhsil ənənələrinin bərpası və regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksək ixtisaslı kadrların hazırlanması üçün Qarabağ Universitetində təhsil alacaq tələbələr və tədris prosesini təmin edəcək akademik heyət üçün müasir standartlara uyğun fəaliyyət mühitinin formalaşdırılmasına başlanıldı. Qısa müddət ərzində Sərəncamın icrası ilə bağlı əhəmiyyətli addımlar atıldı və nəhayət, 2024-2025-ci tədris ilində universitetə ilk tələbə qəbulu həyata keçirildi”, - deyə C.Feyziyev bildirib.

O deyib ki, builki tələbə qəbulu imtahanlarında respublika üzrə ən yüksək nəticələr əldə etmiş 101 gənc təhsil almaq üçün məhz Qarabağ Universitetini seçib. Universitet öz fəaliyyətinə Pedaqoji, İqtisadiyyat, Humanitar və Sosial elmlər, Mühəndislik, İncəsənət və Turizm ixtisasları üzrə 6 fakültə və 27 ixtisas qrupu ilə başlayır. İlk tədris ilini 1200 tələbə və 100 akademik heyətlə başlayan Qarabağ Universiteti tezliklə ölkənin ən nüfuzlu ali təhsil müəssisələrindən birinə çevrilməyi hədəfləyir.

Fəlsəfə doktorunun sözlərinə görə, dördüncü sənaye inqilabının tələblərinə və perspektivlərinə uyğun çağdaş təhsil standartlarının tətbiqi tezliklə Qarabağ Universitetini ölkəmizin aparıcı elm və təhsil müəssisəsinə çevrilməsini təmin edə bilər. Texnoloji proseslərin sürətlə dəyişdiyi bir dünyada hər bir xalqın gələcəyi, ilk növbədə, onun təhsil və elm sahəsindəki uğurlarından asılıdır. Gələcəyimiz üçün ən məsuliyyətli bir fəaliyyətin ilk addımlarını atan Qarabağ Universitetinin uğurları gələcək nəsillərimizin həyatın bütün sahələrində ölkə və dünya miqyasında qazanacağı uğurları təmin edəcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncədə milli-mənəvi dəyərlərimizin qorunması mövzusunda konfrans keçirilib

Azərbaycan və Kolumbiya vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb

Bosniya və Herseqovinada daşqın azı 14 nəfərin həyatına son qoyub

Rusiyanın xarici işlər naziri Azərbaycanın yeni səfiri ilə görüşüb

Salyanda yol qəzası olub, xəsarət alanlar var

NDU-da təhsildə inkişaf mərhələlərinə dair II Respublika elmi konfransı keçirilib

Bu il Ümumdünya Kosmos Həftəsi “Kosmos və iqlim dəyişmələri” mövzusuna həsr olunub

Bakıda fərdi yaşayış evində baş verən yanğın söndürülüb YENİLƏNİB VİDEO

Cəbrayıl bərpa və firavanlıq yolundadır - RƏY

Lənkəranda hündürlükdən yıxılan ustalardan biri ölüb

Səfirlik Gürcüstandakı Amerika vətəndaşlarına xəbərdarlıq edib

71 ölkədən 335 QHT COP29-da birgə addımları müzakirə edib

Fransada solçu deputatlar yeni Baş nazirə etimadsızlıq votumu irəli sürüb

Gürcüstanda Azərbaycanın maliyyə vəsaiti hesabına inşa olunan yeni uşaq bağçası istifadəyə verilib

İkiqat Olimpiya iştirakçısı Azərbaycan gimnastlarına ustad dərsi keçib

“Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib

Azərbaycanın müdafiə naziri Türkiyədə işgüzar səfərdədir

Əli Əhmədov: Azərbaycanla Gürcüstan arasındakı münasibətlər bütün sahələrdə inkişaf edir

“İrəvan gündəliyi” kitabının təqdimatı olub

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzi yaradılacaq

Cəbrayılda Şəhər Günü qeyd olunub FOTO

Balaxanı Sənaye Parkında daha iki şirkət rezident statusu alıb

Ötən ay “Azərbaycan Dəmir Yolları” ilə 809 minə yaxın sərnişin daşınıb

Tacikistan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə İqtisadi Elmi-Tədqiqat İnstitutu əməkdaşlıq edəcək

® “Waze” şirkətinin həmtəsisçisi Bakıya gəlir

“Azərbaycan Respublikası Xatirə kitabı”nın IV cildinin xüsusi buraxılışının təqdimatı keçirilib

Türkiyə ilə Azərbaycanın prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əlaqələr yüksək səviyyədə inkişaf edir

Kristofer Çop: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı debatlarda iştirak etməməsi təəssüf doğurur VİDEO

TDT ölkələrinin XİN başçıları müavinlərinin siyasi məsləhətləşmələrinin ikinci mərhələsi keçirilib

Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Niderlandın koalisiya hökumətinə etiraz məktubu ünvanlayıb

ADPU-da görüş – 40 il sonra yenidən doğma universitetdə

Misli Premyer Liqası: “Kəpəz” bu mövsüm ilk qələbəsini “Neftçi” üzərində qazanıb

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Şuşada və Xankəndidə erməni vandalizminin ağır nəticələrini müşahidə edib

Kemi Seba “ASAN xidmət”də olub

Daha 15 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Yeni nəşr: “Azərbaycan beynəlxalq münasibətlər sistemində (XV-XVI əsrlər)”

ABŞ mətbuatı: Paşinyan niyə daha Vardanyanı dəstəkləmək istəmir?

Bakı Beynəlxalq Kitab Sərgisinin Çindən olan iştirakçıları ilə ADU-da görüş keçirilib

Parlamentdə daha bir komitənin bu ilin payız sessiyası üçün iş planı təsdiqlənib

Baş nazirin müavini Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Naxçıvanda “KOB Fest” sərgi-satış yarmarkası açılıb

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Hərbi əməliyyatlarda fədakarlıq göstərmiş tibb heyəti təltif edilib

Kürdəmirin Cəyli kəndində 36 il istismarda olan qaz xətləri yenilənir

AYNA: “Qırmızı körpü”də 350 avtomobil gözləmədədir

Babək rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Azərbaycan “Lapis Lazuli” marşrutu üzrə əməkdaşlıq imkanlarını müzakirə edib – YENİLƏNİB

Çimərlik futbolu üzrə Azərbaycan millisi İngiltərəni darmadağın edib

Türkiyənin ədliyyə naziri Azərbaycan Ali Məhkəməsində olub

“İnsan hüquqları və dünya dinləri” - seminar

Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaşları qəbul edib

Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində “Naxışların rəqsi” adlı sərgi açılıb VİDEO

Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar

Qarabağ Universitetinin rektoru tələbələrlə silsilə görüşlər keçirib

Azərbaycan Qazaxıstanda keçirilən böyük tibb forumunda təmsil olunub

Nərimanov rayonunda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb

Dubayda keçirilən “WGES-2024” sammitində COP29 ərəfəsində prioritetlər müəyyən edilib

Slovakiyanın metrologiya, standartlar və akkreditasiya qurumlarının nümayəndələri AzMİ laboratoriyaları ilə tanış olublar

Azərbaycan klubunun avrokubok oyunlarını idarə edəcək hakimlər dəyişdirilib

İqlim dəyişikliyinin transsərhəd su idarəçiliyinə təsiri məsələləri müzakirə edilib

Britaniya Livana əlavə 10 milyon funt-sterlinqlik yardım ayırıb

Naxçıvanda “Regional medianın inkişafı” layihəsi çərçivəsində tədbir keçirilib

“Yeni doğulmuş qız övladları üçün qutu” layihəsi Salyanda davam etdirilib

Azərbaycanda tanınmış alim vəfat edib

Avropa İttifaqı Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırıb

Agentlik: Orta məktəblərdə 151 minə yaxın müəllim fəaliyyət göstərir

“Azərreyl” Kolumbiya millisinin voleybolçusunu transfer edib

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilib YENİLƏNİB

Əlilliyi olan şəxslər reabilitasiya vasitələri ilə evlərində təmin edilib

Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə edilən məsələlər plenar iclasa tövsiyə olunub

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA Universitetində keçirilən tədbirdə startapların əhəmiyyətindən danışılıb

Qida Təhlükəsizliyi İnstitutu sahibkarlara müraciət edib

Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçirilib YENİLƏNİB

Yunis Hüseynov: “Qarabağ”ın oyununda hansısa çatışmazlıq görünmür

“PAŞA Bank Kuboku VI” proqramlaşdırma müsabiqəsinin qalibləri mükafatlandırılıb

ADY-də yük əməliyyatlarının müddəti 20 dəqiqə azalıb

Elmi çağırışların həllində qlobal və regional əməkdaşlığın roluna dair müzakirə aparılıb

“Azəripək” MMC-də pambıq parça istehsalına başlanılacaq

Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib

Azərbaycanın və Bəhreynin Ombudsman təsisatları arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda istifadədə olan ödəniş kartlarının sayı 18,5 milyonu ötüb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

® “Kapital Bank”dan kredit götürən müştərilər həyat sığortası əldə edə biləcəklər

Məktəblilər arasında “BilBacar” müsabiqəsi başlayır

Parlamentin İnsan hüquqları komitəsinin ilk iclasında iki məsələ müzakirə edilib

Türkiyədə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

Aqrar Xidmətlər Agentliyinin sədri Qusarda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Səhiyyə sahəsi iqlim dəyişikliyi müzakirələrində getdikcə daha vacib yer tutur

Sumqayıt Kimya Sənaye Parkında İtaliya şirkəti ilə yaşıl layihə həyata keçiriləcək

Azərbaycan Yazıçılar Birliyində Reyhan Mirzəzadənin “Qafqazın poetik abidəsi” kitabının təqdimatı olub

Dünyanın ən zəngin ikinci adamı Mark Zukerberq olub

Dövlət Komitəsinin sədri Yardımlıda vətəndaşlarla görüşüb

“Sumqayıt” kanadalı basketbolçu ilə güclənib

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında iki məsələyə baxılıb

Qlobal Metanın Azaldılmasının İnkişafı təşəbbüsünün nəticələrinə dair beynəlxalq konfrans keçirilib

Avropalı alimlər Azərbaycanın ekoloji siyasəti barədə məlumatlandırılıblar

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin geniş tərkibdə iclası keçirilib

Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb

Cahangir Novruzov: Qarabağ Universitetinin hər bir müəllimi öz ölkəsinin əsl vətənpərvər övladıdır