Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağın mədəni irsi və Ədəbiyyat Muzeyinin Qarabağ filialı insan hüquqları kontekstində - elmi sessiya YENİLƏNİB

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 18-də “İnsan Hüquqları Aylığı” çərçivəsində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Qarabağın mədəni irsi və Ədəbiyyat Muzeyinin Qarabağ filialı insan hüquqları kontekstində” mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, elmi sessiyanı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov açaraq Azərbaycanda İnsan Hüquqları Gününün tarixi əhəmiyyətini qeyd edib.

Səksən il öncə dünya tarixində əlamətdar hadisənin baş verdiyini - İkinci Dünya müharibəsinin başa çatdığını söyləyən akademik Rafael Hüseynov bildirib ki, bununla da dünyanın siyasi xəritəsi dəyişikliyə uğrayıb. Beynəlxalq əməkdaşlıq qurmaq və növbəti toqquşmalara imkan verməmək üçün BMT və digər beynəlxalq təsisatlar yaradılıb, bir sıra bəyannamələr, mühüm sənədlər qəbul edilib. Direktor vurğulayıb ki, həmin sənədlərdən biri 1948-ci il dekabrın 10-da BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir. Bu bəyannaməyə əsasən 1950-ci ildən başlayaraq hər il dekabrın 10-da dünya ölkələrində Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunur. Bəyannamə indi də aktuallığını qoruyub saxlayır və insan hüquqlarının təşviqi, müdafiəsi və təminatı sahəsində əsas istinad mənbəyi rolunu oynayır.

Akademik Rafael Hüseynov Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçdiyini, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və bir sıra beynəlxalq konvensiyalara qoşulduğunu bildirib. Qeyd edib ki, xüsusilə 1998-ci ilin avqustunda Azərbaycan Hökuməti ilə BMT arasında imzalanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandum bu sahədə beynəlxalq dəstəyin institusional əsaslarını möhkəmləndirib.

O, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-nin Azərbaycanda İnsan Hüquqları Günü elan edildiyini vurğulayıb. Qeyd edib ki, həmin Sərəncamla dövlət səviyyəsində insan hüquqlarının müdafiəsi sahəsində yeni mərhələnin əsası qoyulub, bu istiqamətdə vahid və sistemli fəaliyyət proqramının həyata keçirilməsinə başlanılıb.

Akademik Rafael Hüseynov 2001-ci ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına üzv qəbul olunduğunu xatırladaraq, ölkəmizin insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərə daim sadiq qaldığını, beynəlxalq və regional qurumlarla səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, xalqımıza qarşı erməni millətçiləri tərəfindən müxtəlif vaxtlarda məqsədyönlü şəkildə həyata keçirilmiş terror, etnik təmizləmə, soyqırımı siyasətindən danışıb, 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edildiyini vurğulayıb.

Daha sonra “Qarabağ savaşının ən böyük qurbanı – mədəni irsimiz” mövzusunda məruzəsini təqdim edən akademik Rafael Hüseynov bildirib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalı zamanı Qarabağ ərazisində xalqımıza məxsus yüzlərlə tarix, mədəniyyət və dini abidələr, qəbiristanlıqlar dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb. Direktor vurğulayıb ki, artıq işğaldan azad edilmiş Qarabağımızın bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. İllərdir düşmənin dağıdaraq viran qoyduğu yurd yerlərimizə indi yeni nəfəs gəlib. Quruculuq işləri çərçivəsində tarixi, mədəni və dini irsimizin bərpası həyata keçirilir.

Tədbirdə Ədəbiyyat Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyev “Qarabağın mədəni irsi – tarixi-memarlıq abidələri” adlı məruzə ilə çıxış edib. Məruzəçi XVIII əsrin ortalarında Pənahəli xan Cavanşir tərəfindən yaradılmış Qarabağ xanlığından bəhs edərək Bayat qalası, Şahbulaq və Əsgəran qalalarından, Pənahabad qalasının tikilmə tarixindən söz açıb. Elmi işçi arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələrinin Azərbaycanın bu bölgədəki qədim mədəniyyətini, iqtisadi, ictimai və mədəni tarixini hərtərəfli əks etdirdiyini bildirib. O, “Böyük Qayıdış” proqramı çərçivəsində Şuşanın zəngin mədəni irsinin dirçəldilməsindən bəhs edib.

Sonra Qarabağ filialının kiçik elmi işçisi Məhsəti Əhmədova “XIX əsr Qarabağ ədəbi məclisləri zənginliyi ilə seçilən mədəni irsimizdir” mövzusunda məruzə ilə çıxış edib. Məhsəti Əhmədova Azərbaycan xalqının tarixində dönüş əsri olan XIX əsrin müasir ədəbiyyatımızın əsas xüsusiyyətlərini səciyyələndirən cəhətlərin yaranması üçün bilavasitə təməl olduğunu qeyd edib. Məruzəçi həmin dövr ədəbiyyatımızın inkişafında müsbət rol oynamış görkəmli şair və mütəfəkkirlərin Şuşada bir araya gəldiyi “Məclisi-üns” və “Məclisi-fərəmuşan” ədəbi məclislərindən söz açıb. O bildirib ki, Qarabağ məclisləri təkcə poeziya deyil, həm də ana dilinin və maarifçiliyin təşəkkül tapdığı canlı mədəni ocaqlar olub.

Daha sonra muzeyin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin elmi işçisi Natəvan Bağırova “Qarabağ mədəni irsinin mühafizəsi və zənginləşməsində Ədəbiyyat Muzeyi fondunun rolu” mövzusunda çıxış edib. O, Elmi fondun müxtəlif bölmələrində - əlyazmalar, orijinal foto, incəsənət əsərləri, xatirə əşyaları və s. mühafizə olunan nümunələrdən bəhs edib. Burada Qarabağın ədəbi, mədəni, ictimai xadimlərinin həyat və yaradıcılığını, fəaliyyətini əks etdirən zəngin eksponatların saxlandığını bildirib. Məruzəçi qeyd edib ki, bu nümunələr təkcə tarixi yaddaşımızın bir hissəsi deyil, həm də milli-mənəvi kimliyimizin daşıyıcılarıdır.

Sonra muzeyin Doktorantura və elmi inkişaf şöbəsinin elmi işçisi Rəhilə Sadıqova “Qarabağ mədəni irsinin qorunması və təbliğində Ədəbiyyat Muzeyinin konseptual missiyası” adlı məruzə ilə çıxış edib. Qeyd edib ki, Ədəbiyyat Muzeyinin ekspozisiyası təkcə bədii və mədəni eksponatların sərgiləndiyi məkan deyil, həm də milli-mədəni irsin hüquqi müdafiə predmeti kimi təqdim olunduğu, ictimai şüurun formalaşdırıldığı və kollektiv yaddaşın bərpa olunduğu mühüm elmi-mədəni mərkəzdir.

Sonda tədbir iştirakçıları “Qarabağ ulduzları” mövzusunda sərgi ilə tanış olublar.

Xatırladaq ki, 1998-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə İnsan Hüquqları üzrə Dövlət Proqramı qəbul olunub və bu mühüm sənəd insan hüquq və azadlıqlarının qorunması istiqamətində atılmış tarixi addım olub. Ulu Öndərin müdrik siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən bu gün ölkəmizdə Milli İnsan Hüquqları Günü kimi qeyd olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Az miqdarda qəbul edildikdə belə, emal olunmuş qidalar xroniki xəstəlik riskini artırır - ARAŞDIRMA

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinə yeni rəhbər təyin edilib

Vyanada OPEC Beynəlxalq Seminarı çərçivəsində rəsmi ziyafət verilib

Klublararası dünya çempionatı: PSJ finalda "Çelsi" ilə qarşılaşacaq

Muxtar Babayev: OPEC ölkələrinin dekarbonizasiya və yaşıl enerji yanaşmaları maraq doğurur

Avropa Komissiyası: Çexiyada korrupsiya cinayətlərinin araşdırılmasındakı problemlər hələ də aradan qaldırılmayıb

UEFA Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri qarşılaşıb

Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalını qadağan edib

”UTair” aviaşirkətinin Gəncə–Moskva reysi təxirə salınıb

2025-ci ilin ilk yarısında Türkiyədə 18 mindən çox zəlzələ olub

Gürcüstanda İkinci Qarabağ müharibəsindən bəhs edən “İstiqamət Şuşadır” kitabı təqdim edilib

Şuşa Dövlət Musiqili Dram Teatrında “Ümid işığı” tamaşasının premyerası keçirilib

“Zirə” yoxlama matçında Türkiyə klubuna qalib gəlib

Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Azərbaycana yola salınıb

Babək Quliyevə UEFA-dan növbəti təyinat

Çindən Orta Dəhliz vasitəsilə Avropaya daha bir qatar marşrutu açılıb

Qazaxda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Rejissor: “Söz” filminin kadrları birdəfəyə çəkilib VİDEO

Rejissor: “Söz” filminin kadrları birdəfəyə çəkilib VİDEO

Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib VİDEO

Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib VİDEO

Pərviz Şahbazov: Azərbaycan ilk gündən OPEC+ formatında fəal iştirak edir VİDEO

Pərviz Şahbazov: Azərbaycan ilk gündən OPEC+ formatında fəal iştirak edir VİDEO

Baş katib: Azərbaycan effektiv, loyal və etibarlı tərəfdaşdır VİDEO

Baş katib: Azərbaycan effektiv, loyal və etibarlı tərəfdaşdır VİDEO

Volodimir Zelenski Romada italiyalı həmkarı və Papa Leo ilə görüşüb

OPEC-in Baş katibi: AZƏRTAC xəbər agentliyinə media tərəfdaşlığına görə təşəkkür edirəm VİDEO

OPEC-in Baş katibi: AZƏRTAC xəbər agentliyinə media tərəfdaşlığına görə təşəkkür edirəm VİDEO

Almaniya müdafiə xərclərini bir neçə il ərzində iki dəfədən çox artıracaq

Rəşad Nəbiyev “WSIS+20 Yüksək Səviyyəli Tədbir 2025” çərçivəsində nazirlərin dəyirmi masasında iştirak edib

“DOST Müfəttiş” layihəsi çərçivəsində ATİB üzvü olan şirkətlərlə görüş keçirilib

Albert Riera: "Sabah" klubuna hörmət edirik

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Pərviz Şahbazov Vyanada OPEC, GECF-in Baş katibləri və misirli həmkarı ilə görüşlər keçirib

Diplomatik xidmət orqanlarının rəhbərləri Şuşa şəhəri ilə tanış olublar VİDEO

Diplomatik xidmət orqanlarının rəhbərləri Şuşa şəhəri ilə tanış olublar VİDEO

Azərbaycanda plastik boru kəmərləri sahəsində yeni dövlət standartları qəbul edilib

Almaniyanın Silahlı Qüvvələrin büdcəsi 86 milyard avroya yüksəlib

Sosial xidmət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Tofiq Bəhramov adına Respublika Stadionu beynəlxalq assosiasiyaya üzv qəbul edilib

Saatlıda “Qərbi Azərbaycan irsi” kitabının təqdimat mərasimi keçirilib

DMA-nın həmtəşkilatçılığı ilə Malayziyada beynəlxalq tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri ÜƏMT-nin Baş Assambleyasında onlayn rejimdə çıxış edib

NİİM moped, motosiklet və skuter sürücülərinə müraciət edib

“Lion”un Fransa Liqa 1-də qalacağı dəqiqləşib

Abşeron rayonunda “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olub

Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub VİDEO

“Araz-Naxçıvan”ın baş məşqçisi: Yoxlama oyunlarında nəticə önəmli deyil

BƏƏ kapitallı şirkətə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentliyi statusu verilib

“Roma”nın futbolçusu İstanbul klubuna keçib

AZSTAND nümayəndəsi Çex Respublikasının Texniki Komitənin iclasında iştirak edib

Azərbaycan ilə Tacikistan arasında tekstil sektorunda Anlaşma Memorandumu imzalanıb

Fransada ifrat sağçı Milli Birlik partiyasının mənzil-qərargahında axtarış aparılıb

BMMT-yə üzv ölkələrin müvafiq qurumları arasında əlaqələrin perspektivləri müzakirə edilib

Vətəndaşlar Qarabağda beş gün qala biləcəklər VİDEO

Vətəndaşlar Qarabağda beş gün qala biləcəklər VİDEO

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

AYB katibi: Ədəbi tənqid yaradıcı prosesi tamamlayan əsas halqadır

Polşanın milli müdafiə naziri: Baltik dənizi NATO-nun daxili dənizidir

“Daşınmaz abidələrin pasportlaşdırılması Qaydaları”nın və “Daşınmaz abidələrin pasportunun nümunəvi forması”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başlayıb

Avropa Liqası: Sloveniya klubu “Sabah”la oyun üçün Bakıya gəlib

Ukraynada «Neptun» raket kompleksi barədə gizli sənədləri oğurlamağa cəhd edən casuslar həbs edilib

Rəşad Məcid: “Ədəbi proses” müşavirələri ədəbi hərəkata çevrilib

AMEA-da “Ədəbi proses – 2024” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib

“İki sahil” qəzeti 34 yaşını qeyd edir

Polis motosiklet, velosiped və skuter sürücüləri ilə profilaktik tədbirləri davam etdirir

“Araz-Naxçıvan” Türkiyə klubuna darmadağınla qalib gəlib

İspaniyalı futbolçu ikinci dəfə xərçəng xəstəliyinə qalib gəlib

Yay mövsümündə Mərakeşin sahilyanı kəndləri böyük turizm mərkəzlərinə çevrilir

DİM-in iyun ayında keçirdiyi imtahanlarda 51 mindən çox şəxs iştirak edib

“Azərreyl” serbiyalı voleybolçunu transfer edib

Tələbələrin köçürülməsi prosesinə start verilir

“Qarabağ”ın bir neçə futbolçusu İspaniya klubunun düşərgəsinə yollanacaq

Hər il dünyada 12 milyona yaxın qız erkən nikaha məcbur edilir

İntellektual qabiliyyətli bölmələrdən tərxis edilən gənclərlə görüş olub

Akademik İsa Həbibbəyli: “Ədəbi proses” müşavirələri 2020-ci ildən “Zəfər diskursu dövrü” kimi mühüm əhəmiyyət daşıyır

UNESCO gəncləri “İpək yolu gənclərin gözü ilə” 7-ci fotomüsabiqədə iştirak etməyə dəvət edir

Ermənilərin “Gorus” toponimini öz mənşəylərinə uyğunlaşdırmaq istəyi tam mənasız bir təbliğatdır – Araşdırma

Azad olunmuş ərazilərə giriş prosedurlarının sadələşdirilməsi vətəndaşların təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilir ŞƏRH

Suriyada meşə yanğınlarının söndürülməsinə dəstək üçün “Copernicus” proqramı aktivləşdirilib

Cəbrayıla köçürülən 686 sakin məşğulluq tədbirlərinə cəlb olunub

ADPU ilə Türkiyənin Çağ Universiteti əməkdaşlığa başlayıb

Azərbaycan klubu futbolçusu ilə yollarını ayırıb

Düzayaqlılıq, onun səbəbləri və aradan qaldırılması yolları

Azərbaycan və Çin arasında dəmiryol sahəsində anlaşma memorandumu imzalanıb

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanuna dair kommentariyanın təqdimatı keçirilib

QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ gecəsi” xeyriyyə konserti təşkil olunub

Şəki-Oğuz yolunda qəza baş verib, ana və övladı xəsarət alıb

Bu ilin birinci yarısında büdcəyə Dövlət Vergi Xidmətindən daxil olan vəsaitin həcmi açıqlanıb

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı prioritet hüququ tətbiq edilən məktəblərin siyahısı açıqlanıb

Nizami rayonunda oğurluq edən şəxs saxlanılıb

Çin dünyada yüksəksürətli qatarların inkişafına mühüm töhfə verəcək

Sumqayıtda fiziki zor tətbiq edərək qadının 6 min manatını götürən şəxs saxlanılıb

Qusarda biçin kampaniyasına 70-ə yaxın kombayn cəlb olunub VİDEO

Qusarda biçin kampaniyasına 70-ə yaxın kombayn cəlb olunub VİDEO

Energetika naziri: Davamlı enerji təchizatı sərmayə olmadan mümkün deyil

“Qalatasaray” Kuba millisinin voleybolçusunu transfer edib

Bakı və Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar

İşğaldan azad edilmiş ərazilərə səfərin müddətinin uzadılması vətəndaşlara yeni imkanlar yaradır-ŞƏRH

Çexiyada Karl körpüsünün ildönümü teatrlaşdırılmış şəkildə qeyd olunub

“Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” layihəsi gənclərə Vətən sevgisi aşılayır

Seroloji monitorinq keçiriləcək

Avropa Liqası: “Sabah”–“Selye” oyununa 5 min bilet satılıb

Gürcüstanın ümumi xarici borcu 25,5 milyard dollara çatıb

Azərbaycanı Universiadada 13 cüdoçu təmsil edəcək

“Barselona”nın skautlar üzrə rəhbəri vəzifəsindən ayrılıb

Türkiyə-Azərbaycan Universitetində “Açıq qapı” günü keçirilib