Qaradağda əməliyyat: Polis 18 kiloqram narkotik vasitə aşkarlayıb VİDEO

Bakı, 18 iyun, AZƏRTAC
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat zamanı narkoşəbəkənin daha 2 üzvü - 39 yaşlı Vitaliy Belenki və 44 yaşlı Miralim Əliyev saxlanılıblar. Onlardan 18 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Həmin şəxslər narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.07.2025 [19:49]
Zəfər parkı ərazisində Zəfər muzeyinin tikintisi sürətlə davam edir
- 15.07.2025 [18:55]
"Dəniz təbabəti ensiklopediyası" çapdan çıxıb
- 15.07.2025 [18:25]
Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib
- 15.07.2025 [18:05]
Günvurmadan necə qorunmaq olar? VİDEO
- 15.07.2025 [16:22]