QAX RAYONUNDA BARAMA TƏDARÜKÜ DAVAM EDİR
Qax, 22 iyun (AZƏRTAC). Qax rayon damazlıq ipəkçilik stansiyası kümdarlardan barama qəbuluna başlamışdır. Cari mövsümdə barama istehsalı ilə əlaqədar 40 kümdar ailəsi ilə müqavilə bağlanmış və onlara 2,3 kiloqram ipəkqurdu toxümü paylanmışdır. Kümdarlar indiyədək stansiyaya 1,5 ton yaş barama təhvil vermişlər.
İstehsalçılara yetişdirdikləri məhsulun hər kiloqramı üçün 3 manat ödənilir. Tasmalı kəndindən Səməd Məmmədovun ailəsi stansiyaya hamıdan çox-176 kiloqram, Zəyəm kəndindən Amid Mahmudovun ailəsi isə 168 kiloqram yaş barama təhvil vermişdir. Tədarük edilmiş barama stansiyada qurudulduqdan sonra “Şəki-İpək” ASC-yə təhvil veriləcəkdir.
Rayonda barama tədarükü davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]