Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Qazax ekspert: Transxəzər marşrutu Avrasiyanın əsas nəqliyyat arteriyası olmaq üçün bütün ilkin şərtlərə malikdir - MÜSAHİBƏ

Qazax ekspert: Transxəzər marşrutu Avrasiyanın əsas nəqliyyat arteriyası olmaq üçün bütün ilkin şərtlərə malikdir - MÜSAHİBƏ

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan və Mərkəzi Asiya ölkələri strateji əhəmiyyəti artan vahid tarixi, mədəni və geosiyasi məkandır. Ölkəmiz iki Mərkəzi Asiya ölkəsinin - Qazaxıstan və Türkmənistanın daxil olduğu Xəzər beşliyindən biridir. Məhz mövcud coğrafi məkanına görə Azərbaycan Mərkəzi Asiyada mövcud olmağa “məhkumdur”.

Avqustun 9-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvətilə Prezident İlham Əliyev Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edib. Bu tədbirdə çıxış edən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiyanın dövlət başçılarının görüşlərinə dəvət olunması ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin, inkişaf edən əməkdaşlığın göstəricisidir.

Jurnalist T.Məmmədova AZƏRTAC üçün mövzu ilə bağlı qazaxıstanlı iqtisadi ekspert, Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun Çin və Asiya Araşdırmaları proqramının rəhbəri Janseitov Ersultan ilə müsahibə hazırlayıb. Müsahibəni təqdim edirik.

- Azərbaycan Prezidenti Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının görüşlərində iştirak etmək üçün dəvət olundu. Bu görüşlər rəsmi Bakı ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafına necə təsir edir?

- Qeyd edək ki, cənab İlham Əliyev demək olar ki, Qazaxıstanın keçirdiyi bütün tədbirlərdə iştirak edir, Qazaxıstan paytaxtında tez-tez qonaq olur. Bütün bunlar Qazaxıstanla Azərbaycan arasında ikitərəfli münasibətlərin səviyyəsinin tarixi maksimumda olduğunu simvolizə edir. Biz təkcə strateji tərəfdaş deyilik, ən yaxın müttəfiqlərik. Bizim əməkdaşlığımız qardaşlıq münasibətlərinə əsaslanır. Ölkələrimiz türk dövlətləridir, ona görə də biz bütün beynəlxalq məsələlərdə bir-birimizi dəstəkləməyə məhkumuq. Rəsmi Bakı Mərkəzi Asiya ölkələrinin regional inteqrasiyası proseslərində mühüm rol oynayır. Hazırda əlaqələrimizin inkişafı Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Türk Dövlətləri Təşkilatı (TDT) və Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində formalaşır. BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramını – SPECA-nı da qeyd etmək vacibdir. Azərbaycanla Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında investisiya layihələri fəal şəkildə həyata keçirilir, birgə investisiya fondları yaradılıb. Bundan əlavə, rəsmi Astana və Bakı Mərkəzi Asiya və Cənubi Qafqazın geosiyasi qarşılıqlı fəaliyyətində əsas rol oynayır. Bu, hər iki ölkənin böyüyən iqtisadiyyatı, demoqrafik göstəriciləri və nəqliyyat imkanlarını gücləndirir.

- Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri nəqliyyat və tranzit sektorunda əməkdaşlıqdır. Ölkələrimiz arasında bu sahədə hansı mühüm layihələr həyata keçirilib?

- 2022-ci ildən Qazaxıstanın xarici siyasətində təbii ki, geosiyasi kontekstlə əlaqədar olaraq, nəqliyyat və tranzit sektoru kontekstində xüsusi əhəmiyyətə malik Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi əsas rol oynayır. Bu marşrutun böyük potensialı var. Təkcə ötən il Transxəzər marşrutu ilə yükdaşımalar 65 faiz artaraq 3 milyon tona yaxın olub. Qazaxıstanın hədəfi 2027-ci ilə qədər bu rəqəmi 10 milyon tona çatdırmaqdır. Qeyd etmək lazımdır ki, bu istiqamətdə böyük potensial var və gələcəkdə biz ticarət axını artdıqca tədarük olunan malların həcmini də artıra bilərik. Transxəzər marşrutu Avrasiyanın əsas nəqliyyat arteriyalarından birinə çevrilmək üçün bütün ilkin şərtlərə malikdir. Bundan əlavə, rəsmi Bakı Şərq-Qərb dəhlizi boyunca Mərkəzi Asiya ölkələri üçün etibarlı tranzit ölkə rolunu oynayır. Əhəmiyyətli irəliləyiş təşəbbüsü Rəqəmsal İpək Yoludur. Layihəyə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi planları daxildir ki, bu da regionda rabitə xidmətlərinin rəqəmsallaşmasına və inkişafına mühüm töhfə verəcək.

- İşğaldan azad edilmiş Qarabağ ərazilərinin bərpasında Mərkəzi Asiya ölkələri Azərbaycana hansı yardımı göstərmək niyyətindədirlər?

- Qarabağ işğaldan azad edildikdən sonra bütün Mərkəzi Asiya ölkələri işğaldan azad edilmiş ərazilərin bərpasında öz imkanları daxilində Azərbaycan tərəfinə dəstək verirlər. Ötən il Füzuli şəhərində Mirzə Uluqbəy adına orta məktəb, bu il isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi istifadəyə verilib. Bu dəstək Özbəkistan və Qazaxıstanın hədiyyəsidir. Bu il də Qırğızıstanın dəstəyi ilə Ağdam rayonunda orta məktəb binasının təməlqoyma mərasimi olub. Məncə, Azərbaycan torpaqlarının infrastrukturunun bərpasına dəstəyin göstərilməsi çox simvolikdir. Bu, demək olar ki, tariximizin nəsildən-nəslə ötürüləcək parlaq səhifələrindən biridir.

- Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Ölkələrimiz yaşıl iqtisadiyyatı inkişaf etdirmək üçün güclərini necə birləşdirə bilərlər?

- İstər Mərkəzi Asiya ölkələri, istərsə də Azərbaycan bu məsələyə böyük önəm verir. Çünki biz bilirik ki, karbohidrogenlər dövrü, neft əsri get-gedə ötüb gedir. Hər halda, bu gün baş verməsə belə, gələcəkdə bu, qaçılmaz tendensiya olacaq. Ona görə də biz zamanla ayaqlaşmalı və vaxtında yeni alternativ mənbələrə keçməliyik. Mərkəzi Asiya ölkələrilə əməkdaşlıq kontekstində Qazaxıstan, Özbəkistan və Azərbaycan arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq. Elektrik enerjisinin regionumuzdan Avropa ölkələrinə ixracı üçün Xəzər dənizinin dibi ilə və daha sonra Qara dənizin dibi ilə kabellərin çəkilməsi nəzərdə tutulur. Bundan əlavə, Almaniya tərəfi ilə əməkdaşlıqda Qazaxıstan yaşıl hidrogen istehsalı üzrə böyük layihə hazırlayır. Bu kontekstdə Transxəzər marşrutu Avropa ölkələrinə, ilk növbədə Almaniyaya ixracına görə prioritetdir. Ona görə də Azərbaycan bu məsələdə bizim əvəzsiz tərəfdaşımızdır və yaşıl enerji ilə əməkdaşlıq məsələsi gələcəkdə ən aktual məsələlərdən biri olacaq.

- Noyabrda Azərbaycanda COP29 konfransı keçiriləcək. Qazaxıstan bu tədbirin keçirilməsində Bakıya necə dəstək vermək niyyətindədir?

- Qazaxıstan iqlim gündəliyinə böyük əhəmiyyət verir. Bu baxımdan Qazaxıstan BMT-nin məsuliyyətli dövləti kimi öz növbəsində bu ilin payızında Bakıda mötəbər İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsini dəstəkləmək üçün hər cür səy göstərəcək. Əminəm ki, Qazaxıstandan ekspert dəstəyi və informasiya dəstəyi lazımi səviyyədə olacaq və bizim tərəf də Azərbaycana lazım olan bütün yardımları göstərəcək. Qazaxıstanın 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq üçün uzunmüddətli hədəfi var. Bu, bizim uzun müddət üçün etalonumuzdur. Bundan əlavə, Almatıda iqlim və yaşıl enerji məsələləri üzrə layihə mərkəzi yaradılır. Qazaxıstan Mərkəzi Asiyada iqlim məsələləri üzrə regional mərkəz və koordinator kimi fəaliyyət göstərir. Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən sammitində Prezident Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstan COP29 gündəliyinin formalaşmasında birbaşa iştirak edəcək. Hesab edirəm ki, burada tərəflər Xəzər dənizi üzərindən nəqliyyat və tranzit potensialını inkişaf etdirməklə yanaşı, dənizin qorunub saxlanması üçün də birgə fəaliyyət göstərə bilərlər. Çünki biz indi bilirik ki, Xəzərin səviyyəsinin aşağı düşməsi tendensiyası var və burada Transxəzər marşrutunun inkişafı üçün əsas meyarlardan biri onun ekoloji cəhətdən təmiz olmasıdır. Yəni dövlətlər bu məsələyə məsuliyyətlə yanaşmalı, ilk növbədə Xəzər dənizinin fauna və florasını qorumalı, bu su anbarının bütün biomüxtəlifliyinin yox olmasına imkan verməməli və Xəzər dənizinin çirklənməsinin qarşısını almalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ sahillərinə “Fransin” qasırğası yaxınlaşır

Nüfuzlu “Eurasia Review” nəşrinin saytında Prezident İlham Əliyevin İtaliyaya səfəri ilə bağlı məqalə yayımlanıb

Britaniya mediası: Kral Çarlzın səhhətində müsbət irəliləyişlər var

“Bayatı-Şiraz” Norveç səhnəsində səsləndirilib

Azərbaycan idmançılarının V Dünya Köçəri Oyunlarındakı mübarizəsi: uğurlar və çətinliklər

Bülbülün Memorial Muzeyində Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

DİN: Quldurluq əməlində şübhəli bilinən şəxsi polis zərərsizləşdirib

“Apple” yeni dizaynlı “iPhone 16”nı təqdim etdi

Stokholm hava limanının fəaliyyəti dronlar səbəbindən dayandırılıb

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 sentyabr 2024-cü il tarixli 61 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 sentyabr 2024-cü il tarixli 60 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 sentyabr 2024-cü il tarixli 66 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 sentyabr 2024-cü il tarixli 62 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 4 sentyabr və 5 sentyabr tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Karen Danqer-Manafzadə: Azərbaycan musiqisini dünyanın müxtəlif ölkələrində təmsil etməkdən qürur duyuram

Şəhid jurnalistlərin xatirəsinə həsr olunan üçüncü futbol turnirinin püşkatma mərasimi olub VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı təşkil edilib

İsveç Ukraynaya yeni hərbi yardım paketi ayırıb

İtaliyanın ən böyük buzlağı 2040-cı ilədək yoxa çıxacaq

Uels Şahzadəsi kimyaterapiya müalicəsini başa vurduğunu açıqlayıb

® “Birbank” taksit kartı sahiblərinə “Trendyol”da 6 aylıq faizsiz taksit imkanı

® “Unibank”ın “Əjdaha” lotereyasının qaliblərinə hədiyyələr təqdim olunub

Bakıda “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilib

Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Qərara dəyişiklik edilib

Ayxan Hacızadə: Ermənistan həqiqətən də kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərini yerinə yetirməlidir

XİN: Ermənistan növbəti dəfə ictimaiyyətin fikirlərini real vəziyyətdən yayındırmaq məqsədi güdür

® “Bank of Baku”da əmanət faizi artaraq 11,5 faiz oldu

Azərbaycan Avropa Müstəqil Mətbuat Şuraları Alyansının konfransında təmsil olunub

Gürcüstanda QHT-lərə dövlət dəstəyi göstəriləcək

Bakalavriat səviyyəsinə əlavə yerləşdirmə ilə qəbul olunan şəxslərin qeydiyyatına start verilib

Slovakiyalı mütəxəssislər Baş Qərvənddə “ağıllı kənd” inşa edəcəklər

Fuad Muradov: Hər bir ölkədə alimlərimiz üçün mərkəzlər yaradılacaq

Şanxay Əməkdaşlıq Təşkilatının Siyasi Partiyalar Forumu keçiriləcək

Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub

Ağdam şəhərində, Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində genişmiqyaslı tikinti işləri aparılır FOTO VİDEO

İspaniya teleradiosunda azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən danışılıb

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək

Qlobal gündəmin əksər mövzularında Azərbaycanın və İtaliyanın mövqeyi üst-üstə düşür – RƏY

“Elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 oktyabr tarixli 375 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın və “Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydası və məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dəniz əməliyyatları bazası reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikasının “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2020-ci il 24 aprel tarixli 61-VIQD nömrəli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 581-VIQD nömrəli, “Məhkəmələr və hakimlər haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Dəniz limanları haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 8 iyul tarixli 582-VIQD nömrəli və “Yol hərəkəti haqqında”, “Prokurorluq haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Notariat haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Biometrik informasiya haqqında”, “Fərdi məlumatlar haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 8 iyul tarixli 584-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Əməkdar rəssam ABŞ-da “Yaz təranələri” əsəri ilə Azərbaycanı təmsil edir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 dekabr tarixli 386 nömrəli Qərarı ilə təsdiq edilmiş “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin miqdarının müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 346 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Makroiqtisadi dayanıqlıq üzrə işçi qrupu”nun növbəti iclası keçirilib

Azərbaycan-İtaliya münasibətləri dünya ölkələri üçün nümunədir ŞƏRH

Azərbaycanın ən böyük gənclər festivalı “Yay Fest” uğurla yekunlaşıb

Azərbaycanın yeniyetmə şahmatçısı: Məqsədim milli komandada çıxış etməkdir

Harrisin komandası debat hazırlığına Trampın dublyorunu cəlb edib

“Sədərək” gömrük postunda nəqliyyat vasitəsində patronlar və sandıqça aşkarlanıb

AHİK sədri sanatoriyalara baxış keçirib, müalicə olunanların rəy və təkliflərini dinləyib

“Miras şərikliyi və mirasın bölüşdürülməsi” adlı elmi-praktik vəsait çap olunub

“İrəvanda Azərbaycan tarixi silinir” adlı sənədli filmin premyerası olub

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ilk günü başa çatıb

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda artan güc və nüfuzunun göstəricisidir ŞƏRH

DİN: Avtomobil yollarında gücləndirilmiş iş rejimində fasiləsiz xidmət aparılır VİDEO

Türk Dövlətləri Təşkilatı Ədliyyə Nazirləri Şurasının 2-ci iclası gələn il Azərbaycanda keçiriləcək

Hərbi Hava Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib

Azərbaycanın daha bir idmançısı V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib YENİLƏNİB VİDEO

BMT Baş Assambleyası Türkmənistanın təşəbbüsü əsasında qətnamə qəbul edib

BDU-105: Şərqşünaslıq fakültəsi - tarix və müasirlik arasında körpü

Azərbaycan-Oman ikitərəfli əlaqələrinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb

Son 10 ilin yay aylarında ölkə ərazisində müşahidə edilmiş hava şəraitinin müqayisəli təhlili

BMT İnsan Hüquqları Şurasının 57-ci sessiyası Əfqanıstandakı vəziyyətin müzakirəsi ilə açılacaq

Bidzina İvanişvili: Sülh və təhlükəsizlik hər bir ölkə üçün müstəqillik qədər vacibdir

Rövzət Qasımov: Seçki ilə bağlı sosial şəbəkələrdə 508 görüntü tirajlanıb

MSK sədri: Seçki ilə bağlı sosial şəbəkələrdə paylaşılan məsələlər araşdırılır

Azərbaycanın iki idmançısı V Dünya Köçəri Oyunlarında bürünc medal qazanıb

“Yaşıl Həmrəylik - 2024” ideya müsabiqəsi təşkil edilib

Amerikalı basketbolçu “Şəki”yə keçib

Rəşad Məcidin 60 illiyinə həsr edilmiş kitab çap olunub

“Qarabağ” fransalı hücumçu ilə yollarını ayırıb

Paris Olimpiadası İngiltərə Premyer Liqasını geridə qoyaraq ən dəyərli idman hadisəsi olub

BMT-nin Baş katibi: Təhsil hüququ insan haqlarının təməlidir

Xəzər dənizində baş verən apvellinq hadisələri tədqiq olunub

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Rusiyalı voleybolçu Azərbaycan klubuna keçib

Premyer Liqa: X tur Tovuzda başlayıb, Sumqayıtda başa çatacaq

Xüsusi təyinatlılarımız “Sonsuz qardaşlıq – III” təlimində iştirak edir

Türkiyə qarşıdakı 30 il ərzində enerji sahəsində xarici asılılığı minimum endirmək istəyir

Azərbaycanın U-21 millisinin heyətində iki dəyişiklik edilib

Le Pen: Fransanı yeni növbədənkənar seçkilər gözləyir

® ABB-də bank xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istifadə etmək olar

ARDNF rəhbərliyi Çində bir neçə şirkətin rəhbərləri ilə investisiya perspektivlərini müzakirə edib

Premyer Liqa: Təxirə salınmış oyunların vaxtı açıqlanıb

ANAMA: Ötən həftə 1583 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycanlı rejissorun ekran əsəri Kazan Film Festivalında iştirak edir

Azərbaycan Premyer Liqası: Üç turun oyun cədvəli açıqlanıb

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsləri barədə həbs qətimkan tədbiri seçilib

Fransanın şəhərlərində izdihamlı anti-Makron etiraz aksiyaları keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrində 106 nəfər uğur qazanıb

Sumqayıtda açıq sahədə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Səhiyyə Nazirliyi qrip əleyhinə vaksinasiya ilə bağlı əhaliyə müraciət edib

Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Atıcılıq üzrə Azərbaycan çempionatı keçirilib