QAZAX VƏ ZAQATALADA EFİRƏ RADİONƏZARƏT MƏNTƏQƏLƏRİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi Qazax və Zaqatalada efirə radionəzarət məntəqələrini (ERNM) istifadəyə vermişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, yeni ERNM Qazax və Zaqatala Telekommunikasiya Qovşaqlarının inzibati binaları da müasir üslubda qurulmuşdur. Məntəqələrə Yaponiyanın AOQ şirkətinin istehsalı olan TV və radio qəbulediciləri, uyğun antenna sistemləri alınmışdır.
Qazax ERNM respublikanın qərb rayonlarında, Zaqatala ERNM şimal-qərb rayonlarında ölkədə və qonşu dövlətlərdən yayımlanan radio-TV proqramların yayımına nəzarəti təmin edəcəkdir.
Məntəqələr üzrə 10 yeni iş yeri açılmışdır.