QAZAXISTAN PREZİDENTİ MƏRKƏZİ ASİYA DÖVLƏTLƏRİNİN BİRLİYİNİ YARATMAĞI TƏKLİF EDİB
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev Qazaxıstanda səfərdə olmuşdur. Onun dövlət başçısı Nursultan Nazarbayevlə görüşündə əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə edilmişdir.
Görüşdə Qazaxıstan Prezidenti Mərkəzi Asiya dövlətlərinin birliyini yaratmağı təklif etmişdir.
Nursultan Nazarbayev demişdir: “Yeni birliyin yaranması bütün dünyada bizim regiona diqqəti artıracaq. Çünki Mərkəzi Asiyanın təbii ehtiyatları və insan kapitalı Avropaya çox lazımdır. Asiyanın isə Avropanın yüksək texnologiyalarına ehtiyacı böyükdür. Bu regionda 55 milyon insan yaşayır. Mərkəzi Asiya özünü qaz, su, energetika ehtiyatları, ərzaqla təmin etməyə qadirdir. Belə birlik yaransa, sərhədlər açılacaq və sərbəst hərəkət etmək imkanı yaranacaq, beləliklə də, biznes strukturları inkişaf edəcəkdir”. N.Nazarbayev demişdir ki, gələn il Qazaxıstanda region ölkələrinin iqtisadi birliyinin yaradılması ilə əlaqədar böyük forum keçiriləcəkdir.
Qırğızıstan Prezidenti belə bir birliyin yaranmasını alqışlamışdır.
Prezidentlər Qırğızıstan-Qazaxıstan İnvestisiya Fondunun yaradılması haqqında da razılığa gəlmişlər. Qırğızıstanın bu fonda 5 milyon ABŞ dolları, Qazaxıstanın isə bundan 5 dəfə artıq vəsait qoyması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]