QAZAXISTAN SENATI ÖLKƏ NEFTİNİN BAKI-TBİLİSİ-CEYHAN VASİTƏSİLƏ NƏQLİNƏ RAZILIQ VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Qazaxıstan parlamenti Senatının mətbuat xidmətinə istinadla xəbər verir ki, Senatın aprelin 24-də keçirilən plenar iclasında “Qazaxıstan respublikasından neftin Xəzər dənizi və Azərbaycan respublikası ərazisindən keçməklə Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə nəql olunması və beynəlxalq bazarlara çıxarılmasına şərait yaradılması haqqında Qazaxıstan və Azərbaycan arasında imzalanmış Müqavilənin paraflanması haqqında” Qanun layihəsini bəyənmişdir.
Senatın yaydığı məlumatda deyilir ki, bu müqavilədə Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql olunması üçün yeni Aktau-Bakı sisteminin və neftdoldurma, neftdaşıma infrastrukturunun yaradılması, Eskene-Kurık neft boru kəmərinin çəkilməsi, Xəzər sahilindəki Kurık limanının genişləndirilməsi və gücünün artırılması da nəzərdə tutulur.
Xatırladaq ki, Kaşağan və Tengiz yataqlarından çıxarılan neft məhz Kurık limanından Xəzər dənizi vasitəsilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə çatdırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]