Qazaxıstanda avtobus qəzası nəticəsində ölənlərin sayı 8-ə çatıb


Nur-Sultan, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də səhər saat 5 radələrində Qazaxıstanın Qızılorda-Kumkol avtomobil yolunda sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı 8-ə çatıb. Bundan başqa, 22 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, ölənlər və xəsarət alanlar Qazaxıstan vətəndaşlarıdır. Neft şirkətinə məxsus avtobusdakı sərnişinlərin hamısı həmin şirkətin əməkdaşları olublar.
Qazaxıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi avtobusun yolların buz bağlaması səbəbindən sürücünün idarəetməni itirməsi nəticəsində qəzaya uğradığını bildirib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [17:41]
Aktau limanında yeni konteyner qovşağının inşası müzakirə olunub
- 16.05.2025 [17:03]
Tramp İrana nüvə sazişi ilə bağlı təklif verildiyini təsdiqləyib
- 16.05.2025 [17:00]
Donald Tramp: “Biz Putinlə görüşməliyik”
- 16.05.2025 [16:33]
Hakan Fidan Kiyevi və Moskvanı sülh şansından istifadə etməyə çağırıb
- 16.05.2025 [15:39]
Melaniya Trampın Sloveniyadakı bürünc heykəli oğurlanıb
- 16.05.2025 [15:23]