Qazaxıstanda iğtişaşlara səbəb olan ərəb şirkəti qazax xalqından üzr istəyib
Bakı, 1 iyul, AZƏRTAC
Qazaxıstanın Atırau vilayətinin Tenqiz qəsəbəsində iğtişaşlara səbəb olan "Consolidated Contracting Engineering & Procurement S.A.L. Offshore" (CСЕР) adlı ərəb şirkətinin rəhbəri qazax xalqından üzr istəyib.
AZƏRTAC Qazaxıstan KİV-nə istinadla xəbər verir ki, şirkətin baş direktoru Kauaş Hişam Tenqiz fəhlə qəsəbəsinə gələrək livanlı əməkdaşının nalayiq hərəkətinə görə qazaxlardan üzr istəyib. O, Livan vətəndaşının qazax qızı ilə sosial şəbəkələrdə yayılmış fotoşəkilini rəhbərlik etdiyi şirkətin dəyərlərinə və prinsiplərinə ziddir. Şirkətin baş direktoru iğtişaşların səbəbkarının işdən çıxarıldığını da qeyd edib.
Qəsəbə rəhbərliyi məlumat verib ki, iyunun 29-da başlamış iğtişaşlar artıq səngiyib və onların nəticəsində 45 nəfər xəsarət alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]