Qazaxıstanlı magistrantlar Azərbaycan Tibb Universitetində elmi təcrübə keçiblər
Bakı, 5 aprel, AZƏRTAC
Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universitetinin elmi-pedaqoji kadr hazırlığı üzrə magistrantları Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər, anesteziologiya və reanimatologiya, histologiya, embriologiya və sitologiya, terapevtik və pediatrik propedevtika, ümumi gigiyena və ekologiya, ictimai sağlamlıq və səhiyyənin təşkili kafedralarında təcrübə keçiblər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Qazaxıstandan gələn magistrantlar elmi ədəbiyyatın toplanması, klinik və morfoloji tədqiqatların aparılma metodikası, elmi məqalələrin və dissertasiyaların tərtibi forması ilə tanış olublar, mühazirə və praktik dərslərdə iştirak ediblər.
Proqramın sonunda təcrübəni uğurla başa vuran tələbələrə sertifikat təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]