REGİONLAR
Qəbələdə “buster” doza vaksin olunanların sayı 32 minə yaxınlaşır


Qəbələ, 8 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Qəbələ rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir. Əhalinin peyvəndlənməsi modul tipli xəstəxana binasında, həmçinin xüsusi olaraq ayrılmış həkim məntəqələrində həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Qəbələ rayonu üzrə vətəndaşlara 146 min 784 doza vaksin vurulub.
Rayon icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, vaksinasiya prosesinin həyata keçirildiyi tibb müəssisələrində əhalinin rahatlığının təmin edilməsi üçün hər cür şərait yaradılıb. Ümumiyyətlə, bu günədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 59 min 407 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 55 min 406 nəfərdir. Rayon sakinləri vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib olduğunu nəzərə alaraq üçüncü doza vaksinin vurulmasında da fəallıq nümayiş etdirirlər. Belə ki, bu günədək 31 min 791 nəfərə “buster” doza vaksin vurulub.