CƏMİYYƏT
Qəbələdəki Şəhidlər xiyabanı yenidən qurulmuşdur
Qəbələ, 22 yanvar (AZƏRTAC). Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan soydaşlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə Qəbələ şəhərində salınmış Şəhidlər xiyabanı əsaslı təmir olunaraq yenidən qurulmuşdur.
AZƏRTAC xəbər verir ki, Şəhidlər xiyabanının ərazisinə 2600 kvadratmetr qranit daş, 632 kvadratmetr tamet plitə döşənmiş, 150 məzarın üstünə şəhidlərin şəkilləri əks olunmuş qranit daşlar qoyulmuşdur.
Şəhidlər xiyabanında “Ədəbi məşəl” kompleksi inşa edilmiş, işıqlandırma sistemi dəyişdirilmiş, əraziyə içməli su və təbii qaz xətti çəkilmişdir.
Xiyabanda ağac və gül kolları əkilmiş, çəmənlik salınmış, ətraf abadlaşdırılmışdır.