Qəbələli gənclər Zəfər Gününə həsr olunmuş intellektual yarışda biliklərini sınayıblar










Qəbələ, 5 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Qəbələ nümayəndəliyinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yanında “Karyera Mərkəzi”nin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Şanlı Zəfər” adlı intellektual yarış keçirilib. Peşə Təhsil Mərkəzində təşkil olunan yarışda 13 komandanın tərkibində 65 gənc iştirak edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə GİKM-in Qəbələ nümayəndəliyinin direktoru Teymur Alşanov məlumat verib.
Bildirilib ki, yarış iştirakçıları 44 günlük Vətən müharibəsi, Milli qəhrəmanlarımız, yerli silahlar və Qarabağın tarixinə dair sualları cavablandırıblar.
İntellektual yarışın yekun nəticələrinə əsasən, “Qələbə” komandası birinci yerə layiq görülüb. “Şuşa” və “Əsgər” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Yarışın qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.