CƏMİYYƏT
Qəbələnin Vəndam və Nic qəsəbələri gündən-günə müasirləşir
Qəbələ, 28 yanvar (AZƏRTAC). Qəbələ rayonunun ən böyük yaşayış məntəqələri olan Vəndam və Nic qəsəbələrində ötən il görülən işlərə və qarşıda duran vəzifələrə həsr edilmiş yığıncaqlar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yığıncaqlarda hər iki qəsəbədə tikinti-quruculuq və abadlıq işlərinin genişləndiyi, yeni parklar salındığı, mərkəzi yollara asfalt döşəndiyi, müasir işıqlandırma sisteminin quraşdırıldığı, ticarət obyektlərinin inşa olunduğu, 50-dək yeni iş yerlərinin açıldığı qeyd edilmişdir.
Bununla bərabər Vəndam qəsəbəsində mədəniyyət evinin və uşaq bağçasının təmirə ehtiyacı olduğu bildirilmişdir.
Çıxışlarda əhalinin həyat səviyyəsinin yüksəldilməsinin, yeni iş yerlərinin açılmasının Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanıldığı vurğulanmışdır.
Tədbirlərdə qarşıya qoyulan vəzifələrdən də danışılmış, qaldırılan problemlərin həlli yolları ətrafında fikir mübadiləsi aparılmışdır.