QƏDİM ŞƏMKİR QALASINDA APARILAN ARXEOLOJİ QAZINTILAR DAVAM ETDİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin, Regionların İnkişafı İctimai Birliyinin təşəbbüsü ilə orta əsr Şəmkir qalasına keçən il təşkil olunan ekspedisiya zamanı aşkar olunmuş tapıntılar arxeologiya elmini yeni məlumatlarla zənginləşdirmişdir.
Qalanın içərisində 400 kvadratmetr sahədə aparılan qazıntı zamanı böyük bir kompleks və bünövrəsi daşdan, yuxarı hissələri çiy kərpicdən hörülmüş istehkamın qalıqları aşkar edilmişdir. Aşkar olunan təndir, küçə qalıqları, xüsusilə də kanalizasiya xətti hələ IX-X əsrlərdə Azərbaycanda yüksək səviyyəli şəhər mədəniyyətinin formalaşdığını sübut etmiş, burada tapılan əşyalar isə o dövr sənətkarlığını öyrənmək üçün alimlərə əlavə məlumatlar vermişdir.
Bütün bunları nəzərə alan Mədəniyyət və Turizm Nazirliyi, Regionların İnkişafı İctimai Birliyi arxeoloji qazıntıları bu il də davam etdirməyi qərara almışlar. İctimai Birliyin idarə heyətinin sədri Seymur Quliyevin verdiyi məlumata görə, qış mövsümü ilə əlaqədar arxeoloji qazıntılar dayandırılmışdı. İyunun 1-dən qazıntı işləri davam etdiriləcəkdir. Tarix elmləri doktoru Tarix Dostuyevin rəhbərliyi ilə aparılacaq qazıntı işlərində yay tətilinə buraxılacaq tələbələrin qüvvəsindən də istifadə olunması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]