CƏMİYYƏT
Qədir Xəlilov: Qrant müsabiqəyə 500-dən çox fiziki şəxs və 100-dən çox təşkilat müraciət edib
Bakı, 17 yanvar, AZƏRTAC
“Ötən il Gənclər Fondu qloballaşmanın və xüsusilə rəqəmsal məzmunların, eləcə də informasiya texnologiyalarının cəmiyyətimizə təsirini nəzərə alaraq, il ərzində gənclər üçün müxtəlif layihələr həyata keçirib”.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Gənclər Fondunun direktoru vəzifələrini icra edən Qədir Xəlilov deyib.
O qeyd edib ki, “Rəqəmsal” mövzulu qrant müsabiqəsi ilk dəfə olaraq həm fiziki şəxslər, həm də gənclər təşkilatları üçün açıq elan edilib: “Müraciət prosesi ərzində 500-dən çox fiziki şəxs və 100-dən çox təşkilat öz layihələrini təqdim edib. Layihələr rəqəmsal məzmunlu ideyaları ilə fərqlənib və xüsusi yaradılan qiymətləndirmə komissiyası tərəfindən dəyərləndirilib. Nəticədə 100-dən çox gənc və 15 gənclər təşkilatı qalib elan edilib. Ötən ilin sonunda isə fond tərəfindən qaliblərlə görüş təşkil edilib. Bu görüşdə onların layihələri müzakirə olunub və layihələrin uğurlu icrası üçün bütün zəruri şəraitin yaradılacağı vurğulanıb. Ümid edirik ki, bu layihələr təkcə ölkəmiz üçün deyil, eyni zamanda dünya miqyasında müsbət nəticələr yaradacaq”.