CƏMİYYƏT
Qəmər Adalarının rəsmisi: Ümid edirəm ki, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün maliyyə məsələsində razılığa gələ biləcəyik
Bakı, 11 noyabr, AZƏRTAC
Qəmər adalarında adaptasiya sahəsində təşəbbüslərə ehtiyacımız var, çünki iqlim dəyişikliyi baxımından kövrək ölkəyik. COP29 iqlim dəyişikliyinə qarşı mübarizə üçün maliyyə məsələsinə həsr edilib. Ümid edirik ki, burada razılığa gələ biləcəyik və bu, ehtiyacı olan ölkələrə daha yaxşı adaptasiya imkanı verəcək, eyni zamanda, yerli əhalini iqlim dəyişikliyinin təsirləri ilə bağlı maarifləndirəcək.
Bunu AZƏRTAC-a müsahibəsində Bakıda COP29 tədbirində iştirak edən Qəmər Adalarının Ətraf mühit və meşə üzrə direktor müavini Mohamed Said Mkandzile Abd-El-Malik dit Siradj Eddine deyib.
“Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizədə yaratdığı bu platformaya, eləcə də iqlim dəyişikliyinə qarşı mübarizədə inkişaf etməkdə olan ölkələrə verdiyi dəstəyə görə minnətdarıq. Azərbaycan hökumətinə COP29-un təşkilatçılığına, göstərdiyi səylərə görə təşəkkür edirik. Bu tədbirdən çox razıyıq”, - deyə o əlavə edib.