İQTİSADİYYAT
Qeorqi Qaxaria: Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir
Tbilisi, 4 sentyabr, AZƏRTAC
"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi Gürcüstan üçün mühüm əhəmiyyətə malikdir. Bu və digər layihələr bizim üçün çox önəmlidir".
AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanın baş nazir postuna yeni namizəd Qeorqi Qaxarianın parlamentə təqdim etdiyi "2019-2020-ci illər üçün hökumət proqramı"nda qeyd olunub.
Sənəddə deyilir ki, Bakı-Tbilisi-Qars layihəsinin başa çatdırılması Asiya ilə Avropa arasında yüklərin daşınması üçün tələb olunan vaxtı əhəmiyyətli dərəcədə azaldacaq və bu da ölkəyə əlavə yükdaşımaları cəlb edə bilər. Gürcüstan bu layihəyə xüsusi önəm verir".
Məlumat üçün qeyd edək ki, Q.Qaxarianın baş nazir vəzifəsinə namizədliyi ötən gün təqdim olunub. Parlamentin onun başçılıq etdiyi hökumətə sentyabrın 8-də etimad göstərəcəyi gözlənilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2024 [19:11]
“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb
- 16.09.2024 [17:31]