SİYASƏT
Qərar № 5/25
10.01.2010
2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar vətəndaş
Abbasov Fikrət Çərkəz oğlunun və digərlərinin 9 yanvar 2010-cu il tarixli 655 saylı
müraciətinə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
Q Ə R A R I
2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar 80 saylı İmişli - Beyləqan seçki dairəsi üzrə Sarıxanlı bələdiyyəsinin üzvlüyünə namizəd Abbasov Fikrət Çərkəz oğlu və digərləri 9 yanvar 2010-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, 80 saylı İmişli - Beylə-qan seçki dairəsinin dairə seçki komissiyasına göndərilmiş çoxsaylı müraciətlərin seçki komissiyası tərəfindən baxılmadığını bildirərək, seçki prosesində baş vermiş qanun pozuntularına görə müvafiq bələdiyyə seçkiləri üzrə nəticələrin ləğvini və qanuna uyğun olaraq digər tədbirlərin görülməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma zamanı əldə edilmiş sübutlardan görünür ki, Mərkəzi Seçki Komissiyasının qərarı ilə araşdırılması üçün göndərilmiş adları yuxarıda qeyd edilən bələdiyyə üzvlüyünə namizədlərin şikayət ərizəsi 80 saylı İmişli - Beyləqan seçki dairəsinin dairə seçki komissiyasında 2 yanvar 2010-cu il tarixdə qeydə aılnmışdlr. Bu barədə, elə həmin gün, dairə seçki komissiyasının iclası keçirilmiş və qərar qəbul edilmişdir. Lakin ərizəçilərə araşdırmanın, eləcə də dairə seçki komissiyasının iclasının vaxtı və yeri barəsində məlumat verilməmişdir. Səslərin yenidən hesablanması nəticəsində dairə seçki komissiyası 2 yanvar 2010-cu il tarixdə 113 saylı qərar qəbul edərək ərizəçilərin şikayətini təmin etməmişdir. Qəbul edilən qərarın surətinin ərizəçilərə vaxtında çatdırılması da sübuta yetirilməmişdir.
Həmçinin 80 saylı İmişli - Beyləqan seçki dairəsinin dairə seçki komissiyası tərəfindən bələdiyyə üzvlüyünə namizəd Abbasov Fikrət Çərkəz oğlunun və digərlərinin şikayətinin araşdırılması və bununla bağlı qərarın verilməsi zamanı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112.1-ci maddələrinin, “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın, habelə dövlət hakimiyyəti orqanlarlında kargüzarlıq qaydalarının aparılması ilə bağlı prosedur qaydalarının pozulduğu, nəticədə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.7-ci maddəsinin tələblərinə zidd olaraq, şikayətçilər öz iddialarını təsdiq edə biləcək dəlil və sübutlarının olduğu təqdirdə, onları təqdim etmək imkanından məhrum edildiyi müəyyən olunmuşdur.
Araşdırma zamanı, həmçinin maraqlı şəxslər tərəfindən təqdim edilmiş 32, 33 və 34 saylı seçki məntəqələrində səsvermənin yekunları haqqında məntəqə seçki komissiyalarının protokolları ilə həmin seçki məntəqəsi üzrə səsvermənin yekunları haqqında rəsmi protokollar arasında müqayisələrin aparılması zamanı seçicilərin iradəsini müəyyən etməyi imkan verməyən uyğunsuzluqlar aşkar edilmişdir. Bu səbəbdən də, müvafiq seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmalıdır.
Bütün bunlar müvafiq dairə seçki komissiyası tərəfindən vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı şikayət və müraciətlərə baxılması qaydalarının pozulduğunu, habelə həmin komissiyanın vətəndaşların seçki hüquqlarını təmin və müdafiəsi ilə bağlı vəzifələrini lazımi səviyyədə yerinə yetirməməsini göstərir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 240.2.1-ci maddəsinə uyğun olaraq bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində seçicilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçicilərin ümumi sayını 1/4-dən dən çoxunu təşkil etsin, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası müvafiq bələdiyyə üzrə seçkiləri etibarsız sayır.
Göstərilənlərə əsasən 80 saylı İmişli - Beyləqan seçki dairəsi üzrə Sarıxanlı bələdiyyəsini əhatə edən 32, 33 və 34 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılaraq ləğv edilməli və bələdiyyə üzrə seçkilər etibarsız sayılmalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 23.2-ci maddəsinin tələbinə görə aşağı seçki komissiyası tərəfindən vətəndaşların seçki və referendumda iştirak etmək hüquqları pozulduqda və belə bir hal nəticəsində Mərkəzi Seçki Komissiyası müvafiq ərazidə səsvermənin nəticələrini etibarsız hesab etdikdə, Mərkəzi Seçki Komissiyası həmin aşağı seçki komissiyasını buraxa bilər.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. Vətəndaş Abbasov Fikrət Çərkəz oğlunun və digərlərinin 9 yanvar 2010-cu il tarixli 655 saylı müraciəti əsaslı olduğundan təmin edilsin.
2. 80 saylı İmişli - Beyləqan seçki dairəsi üzrə Sarıxanlı bələdiyyəsini əhatə edən 32, 33 və 34 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılaraq ləğv edilsin.
3. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 240.2-ci maddəsinə əsasən 80 saylı İmişli - Beyləqan seçki dairəsi üzrə Sarıxanlı bələdiyyəsinə seçkilər etibarsız sayılsın.
4. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən 80 saylı İmişli - Beyləqan seçki dairəsinin dairə seçki komissiyası, eləcədə 80 saylı İmişli - Beyləqan seçki dairəsinin 32, 33 və 34 saylı seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılsın.
5. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli