SİYASƏT
Qərar № 5/27
10.01.2010
2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizəd Gülağa Əliağa oğlu Əzizov və digərlərinin 05 yanvar 2010-cu il tarixli 403 saylı, bələdiyyə üzvlüyünə namizəd Rəşid Məmmədağa oğlu Əliyev və digərlərinin 05 yanvar 2010-cu il tarixli 405 saylı, vətəndaş İltizam Ələkbərlinin 07 yanvar 2010-cu il tarixli 558 saylı, vətəndaş Davud Əvəz oğlu Zülfüqarovun 07 yanvar 2010-cu il tarixli 603 saylı, vətəndaş İbayev Elxan və digərlərinin 08 yanvar 2010-cu il tarixli 608 saylı, bələdiyyə üzvlüyünə namizəd Sadıqov Yolçu Əsgərxan oğlu və digərlərinin 08 yanvar 2010-cu il tarixli 610 saylı, vətəndaş Bəxtiyar Məhəmməd oğlu Əhmədov və digərlərinin 08 yanvar 2010-cu il tarixli 612 saylı, bələdiyyə üzvlüyünə namizəd Qəhrəman Qaraxan oğlu Qəhrəmanov və digərlərinin 08 yanvar 2010-cu il tarixli 613 saylı, bələdiyyə üzvlüyünə namizəd Tomar Çıraq oğlu Əhmədovun 08 yanvar 2010-cu il tarixli 615 saylı, bələdiyyə üzvlüyünə namizəd Şirin Ömərov və digərlərinin 08 yanvar 2010-cu il tarixli 616 saylı, vətəndaş Möysüm Əliqaya oğlu Quliyev və digərlərinin 08 yanvar 2010-cu il tarixli 618 saylı, bələdiyyə üzvlüyünə namizəd Carullah Saleh oğlu Qaziyev və digərlərinin 08 yanvar 2010-cu il tarixli 619 saylı, vətəndaş Orxan Nizami oğlu Hüseynov və digərlərinin 08 yanvar 2010-cu il tarixli 620 saylı, bələdiyyə üzvlüyünə namizəd İsaq Muxtar oğlu Hüseynovun 08 yanvar 2010-cu il tarixli 624 saylı, bələdiyyə üzvlüyünə namizəd Ömər Şəmsəddin oğlu Məmmədov və digərlərinin 08 yanvar 2010-cu il tarixli 625 saylı, vətəndaş Səfər Surxay oğlu İsmayılovun 08 yanvar 2010-cu il tarixli 632 saylı, bələdiyyə üzvlüyünə namizəd Vaqif Katib oğlu Əliyev və digərlərinin 640 saylı, bələdiyyə üzvlüyünə namizəd Saleh Həsənağa oğlu Əsədov və digərlərinin 08 yanvar 2010-cu il tarixli 643 saylı, vətəndaş İldırım Hümbət oğlu Əhmədov və digərlərinin 09 yanvar 2010-cu il tarixli 651 saylı, vətəndaş Məzahir Qurbanov və digərlərinin 09 yanvar 2010-cu il tarixli 652 saylı, vətəndaş Kübra Abbas qızı Ağayeva və digərlərinin 09 yanvar 2010-cu il tarixli 653 saylı, bələdiyyə üzvlüyünə namizəd Tahir İslam oğlu İsmayılov və digərlərinin 09 yanvar 2010-cu il tarixli 654 saylı, vətəndaş Şakir Həsən oğlu Əsgərovun 09 yanvar 2010-cu il tarixli 656 saylı müraciətlərinə baxılması barədə Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
Q Ə R A R I
2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə üzvlüyünə namizəd Gülağa Əliağa oğlu Əzizov və digərləri 2010-cu il yanvarın 5-də, bələdiyyə üzvlüyünə namizəd Rəşid Məmmədağa oğlu Əliyev və digərləri 2010-cu il yanvarın 5-də, vətəndaş İltizam Ələkbərli 2010-cu il yanvarın 7-də, vətəndaş Davud Əvəz oğlu Zülfüqarov 2010-cu il yanvarın 7-də, vətəndaş İbayev Elxan və digərləri 2010-cu il yanvarın 8-də, bələdiyyə üzvlüyünə namizəd Sadıqov Yolçu Əsgərxan oğlu və digərləri 2010-cu il yanvarın 8-də, vətəndaş Bəxtiyar Məhəmməd oğlu Əhmədov və digərləri 2010-cu il yanvarın 8-də, bələdiyyə üzvlüyünə namizəd Qəhrəman Qaraxan oğlu Qəhrəmanov və digərləri 2010-cu il yanvarın 8-də, bələdiyyə üzvlüyünə namizəd Tomar Çıraq oğlu Əhmədov 2010-cu il yanvarın 8-də, bələdiyyə üzvlüyünə namizəd Şirin Ömərov və digərləri 2010-cu il yanvarın 8-də, vətəndaş Möysüm Əliqaya oğlu Quliyev və digərləri 2010-cu il yanvarın 8-də, bələdiyyə üzvlüyünə namizəd Carullah Saleh oğlu Qaziyev və digərləri 2010-cu il yanvarın 8-də, vətəndaş Orxan Nizami oğlu Hüseynov və digərləri 2010-cu il yanvarın 8-də, bələdiyyə üzvlüyünə namizəd İsaq Muxtar oğlu Hüseynov 2010-cu il yanvarın 8-də, bələdiyyə üzvlüyünə namizəd Ömər Şəmsəddin oğlu Məmmədov və digərləri 2010-cu il yanvarın 8-də, vətəndaş Səfər Surxay oğlu İsmayılov 2010-cu il yanvarın 8-də, bələdiyyə üzvlüyünə namizəd Vaqif Katib oğlu Əliyev və digərləri, bələdiyyə üzvlüyünə namizəd Saleh Həsənağa oğlu Əsədov və digərləri 2010-cu il yanvarın 8-də, vətəndaş İldırım Hümbət oğlu Əhmədov və digərləri 2010-cu il yanvarın 9-da, vətəndaş Məzahir Qurbanov və digərləri 2010-cu il yanvarın 9-da, vətəndaş Kübra Abbas qızı Ağayeva və digərləri 2010-cu il yanvarın 9-da, bələdiyyə üzvlüyünə namizəd Tahir İslam oğlu İsmayılov və digərləri 2010-cu il yanvarın 9-da, vətəndaş Şakir Həsən oğlu Əsgərov 2010-cu il yanvarın 9-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək bir sıra seçki dairələrinin ərazilərində seçki prosesi zamanı bəzi qanun pozuntularının baş verməsini bildirmiş və qanunla müəyyən edilmiş tədbirlərin görülməsini xahiş etmişlər.
Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən nəzərdən keçirilərək bu barədə müvafiq rəylər verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Daxil olmuş müraciətlər nəzərdən keçirilmiş və onların verilmə tarixindən müəyyən edilmişdir ki, şikayətlər seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvləri şikayətlərin geri qaytarılması barədə rəylər vermişlər.
Belə ki, yuxarıda göstərilən Təlimatın 7.1-ci bəndinə əsasən seçki komissiyaları tərəfindən şikayət qeydə alındıqdan və baxılması üçün ekspertə təqdim edildikdən sonra ekspert həmin şikayəti ilkin olaraq nəzərdən keçirir. Bu zaman ekspert şikayətin Seçki Məcəlləsi və bu Təlimatla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə qrup koordinatorunu məlumatlandırmaqla, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqından Təlimat”ın 4.1.2-ci bəndinə əsasən seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
Ona görə də iddia edilən qanun pozuntularından qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə şikayət verilmədiyindən, müraciətlər mahiyyəti üzrə araşdırılmadan geri göndərilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1.1-ci, 4.1.2-ci və 7.1-ci bəndlərinə əsasən q ə r a r a a l ı r:
1. Bələdiyyə üzvlüyünə namizəd Gülağa Əliağa oğlu Əzizov və digərlərinin 05 yanvar 2010-cu il tarixli 403 saylı, bələdiyyə üzvlüyünə namizəd Rəşid Məmmədağa oğlu Əliyev və digərlərinin 05 yanvar 2010-cu il tarixli 405 saylı, vətəndaş İltizam Ələkbərlinin 07 yanvar 2010-cu il tarixli 558 saylı, vətəndaş Davud Əvəz oğlu Zülfüqarovun 07 yanvar 2010-cu il tarixli 603 saylı, vətəndaş İbayev Elxan və digərlərinin 08 yanvar 2010-cu il tarixli 608 saylı, bələdiyyə üzvlüyünə namizəd Sadıqov Yolçu Əsgərxan oğlu və digərlərinin 08 yanvar 2010-cu il tarixli 610 saylı, vətəndaş Bəxtiyar Məhəmməd oğlu Əhmədov və digərlərinin 08 yanvar 2010-cu il tarixli 612 saylı, bələdiyyə üzvlüyünə namizəd Qəhrəman Qaraxan oğlu Qəhrəmanov və digərlərinin 08 yanvar 2010-cu il tarixli 613 saylı, bələdiyyə üzvlüyünə namizəd Tomar Çıraq oğlu Əhmədovun 08 yanvar 2010-cu il tarixli 615 saylı, bələdiyyə üzvlüyünə namizəd Şirin Ömərov və digərlərinin 08 yanvar 2010-cu il tarixli 616 saylı, vətəndaş Möysüm Əliqaya oğlu Quliyev və digərlərinin 08 yanvar 2010-cu il tarixli 618 saylı, bələdiyyə üzvlüyünə namizəd Carullah Saleh oğlu Qaziyev və digərlərinin 08 yanvar 2010-cu il tarixli 619 saylı, vətəndaş Orxan Nizami oğlu Hüseynov və digərlərinin 08 yanvar 2010-cu il tarixli 620 saylı, bələdiyyə üzvlüyünə namizəd İsaq Muxtar oğlu Hüseynovun 08 yanvar 2010-cu il tarixli 624 saylı, bələdiyyə üzvlüyünə namizəd Ömər Şəmsəddin oğlu Məmmədov və digərlərinin 08 yanvar 2010-cu il tarixli 625 saylı, vətəndaş Səfər Surxay oğlu İsmayılovun 08 yanvar 2010-cu il tarixli 632 saylı, bələdiyyə üzvlüyünə namizəd Vaqif Katib oğlu Əliyev və digərlərinin 640 saylı, bələdiyyə üzvlüyünə namizəd Saleh Həsənağa oğlu Əsədov və digərlərinin 08 yanvar 2010-cu il tarixli 643 saylı, vətəndaş İldırım Hümbət oğlu Əhmədov və digərlərinin 09 yanvar 2010-cu il tarixli 651 saylı, vətəndaş Məzahir Qurbanov və digərlərinin 09 yanvar 2010-cu il tarixli 652 saylı, vətəndaş Kübra Abbas qızı Ağayeva və digərlərinin 09 yanvar 2010-cu il tarixli 653 saylı, bələdiyyə üzvlüyünə namizəd Tahir İslam oğlu İsmayılov və digərlərinin 09 yanvar 2010-cu il tarixli 654 saylı, vətəndaş Şakir Həsən oğlu Əsgərovun 09 yanvar 2010-cu il tarixli 656 saylı müraciətləri qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərə geri göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Almas Qəhramanlı
Oktay Hümbətli