Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qərbi Azərbaycandan olan 75 yaşlı Xanım nənə: Ömür vəfa etsə, dədə-baba yurduma qayıdacağam

Gəncə, 2 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

Zaman dayanmır, yaxşısı və pisi ilə bütün yaşananlar keçmiş adını qazanır. Elə hadisələr var ki, onlar tarixə yazılır, qan yaddaşına çevrilir, neçə-neçə nəsillər tərəfindən xatirələrlə bir-birinə ötürülür. Ötən əsrdə Qərbi Azərbaycandan soydaşlarımızın dəfələrlə didərgin salınması da unudulmur və unudulmayacaq. Öz dədə-baba yurdundan zorla qovulan 100 minlərlə azərbaycanlıdan biri də 75 yaşlı Xanım Həsənovadır.

Böyük Qarakilsə rayonunun Gözəldərə kəndindən olan soydaşımız AZƏRTAC-ın bölgə müxbirinə doğma yurdundan, oradakı xatirələrindən danışıb. Çoxuşaqlı ailədə dünyaya göz açan Xanım nənə ömrünün ən qayğısız, gözəl illərinin Gözəldərədə keçdiyini bildirir: “Kəndimiz mənzərəli yerdə idi, Bozabdal dağının ətəyində, Pəmbək çayının sol sahilində yerləşirdi. Qışı soyuq, yayı sərin keçirdi.

Atam, anam zəhmətkeş idilər, bizi halal əməkləri ilə böyüdüblər. Kəndimizin əhalisi əsasən əkinçilik, heyvandarlıqla dolanırdı, meyvə bağlarımız var idi”. Xanım Həsənovanın sözlərinə görə, 1988-ci ildə baş verən deportasiyaya qədər kənddə ancaq azərbaycanlılar yaşayıb. Yurd yerində hər kəs biri-biri ilə mehriban dolanıb. “Kənddə əhalinin sayı 1000-dən çox idi. Bütün adət-ənənələrimizi yaşadırdıq, böyüyə hörmət saxlayırdıq, uşaqlara qayğı ilə yanaşırdıq. Ailə bağlarımız möhkəm idi, yaxşı gündə, pis gündə qohum-əqrəba bir yerə toplanırdı. Bayramlarımız, toylarımız üçün bütün qadınlar yığılıb təndirxanada lavaş, çörək bişirirdik, ocaqda dadlı yeməklər hazırlayırdıq. Birliyimiz, şuxluğumuz var idi”, - deyən həmsöhbətim ata yurdunun gözəlliklərini vəsf etməkdən doymur. Kolxozda işləyən Xanım nənə o yerlərin havasının, suyunun təmiz, torpağının münbit olduğunu deyir: “İnsanlarımız uzunömürlü idilər, xəstəlik nədir bilmirdik. Kartof, kələm əkirdik, meyvəmiz bol olurdu, dağlardan şəfalı otlar yığırdıq. Mal-qara, ev quşları saxlayırdıq. Məhsulumuzu bir-birimizə pay verirdik, rayon mərkəzinə satmağa da aparırdıq. Erməniləri də elə orada görürdük. Özlərinə lazım olanda ikiüzlülük edirdilər, sonralar isə içlərində bəslədikləri kin-küdurət üzə çıxdı”.

Xanım Həsənova bildirir ki, yaşlı nəslin nümayəndələri dəfələrlə 1919-cu ildə azərbaycanlıların ermənilərin təcavüzünə məruz qalaraq kənddən deportasiya olunmaları haqqında danışıblar. Buna baxmayaraq, insanlar yenə də növbəti dəfə belə bir zülmə məruz qalacaqlarını ağıllarından belə keçirməyiblər: “Nə biləydik ki, qaçqın adını daşımaq bizə də qismət olacaq. 1988-ci ildə riyakar ermənilərin bizə münasibəti dəyişmişdi. Hər yolla bizi bezdirməyə çalışırdılar, malımızı almaq üçün ən ucuz qiymətlər deyirdilər, kəndi tərk etməyimizi istəyirdilər. Rayon mərkəzinə gediş-gəliş təhlükəli hala gəlmişdi. Kəndin kişiləri gecələr yatmır, evlərə keşik çəkirdilər”.

Müsahibimiz söyləyir ki, azərbaycanlılar kənddəki son günlərini gərginlik və təşviş içərisində keçiriblər. Sonda təzyiqlərə dözməyərək dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qalıblar. “Daşnakların Vartana kəndinə hücum edib bir ailəni vəhşicəsinə qətlə yetirdiklərini eşitdik, 10-dan çox adamı yandırmışdılar, bizi də belə taleyin gözlədiyini demişdilər. Kəndimizdən qovulduq, atamın qəbri, ev-eşiyimiz, nəyimiz vardısa hamısı orda qaldı, canımızı ancaq qurtardıq”, - deyən Xanım nənənin gözlərində yaş gilələnir...

O deyir ki, gizlənə-gizlənə birtəhər Qazaxa gələ biliblər, 4 ay Şəmkirdə yaşayıb, sonradan Gəncəyə üz tutublar. “Həyat yoldaşım başımıza gələnlərlə heç cür barışa bilmirdi, bir müddət sonra dünyasını dəyişdi. Qızım ailəli olsa da, 3 məktəbli oğlumun yükü üzərimdə qaldı, onları zülmlə böyütməli oldum. Ömrüm boyunca yurd həsrəti çəkdim. Bu gün də nəvələrimə kəndimizdən danışıram. Qoy bilsinlər ki, oralar tarixi torpaqlarımızdır”, - deyən 75 yaşlı Xanım nənə ömrü vəfa etsə, övladları və nəvələri ilə birgə dədə-baba kəndinə ləyaqətlə qayıdacağına çox inandığını bildirir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Superliqa: "Qalatasaray"dan vacib qələbə

Bundesliqa: “Bayer Leverkuzen”in 8 oyunluq qələbə seriyasına son qoyulub

İspaniya La Liqası: "Atletiko Madrid" çempionluq yolunda itki ilə üzləşib

Premyer Liqa: "Liverpul" və "Arsenal" turu qələbə ilə bitirib

Misli Premyer Liqasında XX turun daha iki oyunu keçirilib

Azərbaycanın güllə atıcısı Almaniyada bürünc medal qazanıb

Bakıda Çin Yeni ilinin qeyri-maddi mədəni irsi ictimaiyyətə təqdim olunub

İtaliya A Seriyası: "Atalanta" səfərdə üç xal qazanıb

Qar voleybolu üzrə Azərbaycan çempionatının ilk günündə 8 oyun keçirilib

"Neftçi" "Araz-Naxçıvan"la oyuna itkilərlə çıxacaq

Cəlilabadda otlaq sahəsində silah-sursat aşkarlanıb

Cənubi Koreya məhkəməsi Prezident Yun Sok Yolun həbs müddətini uzatmayıb

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya əfqan miqrantların daha bir qrupunu tezliklə ölkələrinə geri göndərməyi planlaşdırır

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi "Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş" nominasiyası üzrə təltif edilib

Azərbaycanda ağacəkmə aksiyaları davam edir

Serbska Respublikasının Prezidenti Azərbaycanın biznes dairələrini daha geniş əməkdaşlığa dəvət edib

Londonun “Queen Mary” Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

Türkiyənin xarici işlər naziri sabah İraqa rəsmi səfər edəcək

Türkiyə və Azərbaycanın Quru Qoşunları komandanları Suriya ilə sərhəddə olublar

Hakim Rüstəm Cəfərov: Azərbaycanda qar voleybolunun gələcəyi ilə bağlı nikbinəm

Əməkdar məşqçi: Azərbaycanda ağırlıqqaldırma idman növü yüksək səviyyədə inkişaf edir

Türkiyədə çökən binada aparılan axtarış-xilasetmə işləri başa çatıb

Тürk Mədəniyyəti və İrsi Fondu Şurasının iclasına hazırlıqla bağlı ikinci ekspert görüşü keçirilib

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi olub VİDEO

Münxendə 23 polis avtomobili yandırılıb

Azər Əmiraslanov: Belarusda seçkilərə hazırlıq yüksək qiymətə layiqdir

Ermənipərəst QHT-nin ECOSOC statusu ləğv edilməlidir - Ekspert şərhi

Həzi Aslanovun anadan olmasının 115 illiyi qeyd edilib

Azərbaycanla Türkiyə arasında hərbi-təhsil sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Bakıda yeni quraşdırılmış işıqfor qəza nəticəsində yararsız vəziyyətə düşüb

Davos Forumu Azərbaycanın imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır RƏY

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan qlobal elitaların toplaşdığı Davos Forumunun əsas iştirakçılarından biridir ŞƏRH

Qazaxda II Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib

İsveç partlayışların sayına görə rekord vurur: 24 gün ərzində 24 hadisə

Azərbaycanın dağlıq ərazilərinə qar yağacaq XƏBƏRDARLIQ

AMEA-nın Gəncə Bölməsinin elmi və təşkilati fəaliyyətinə dair hesabatı dinlənilib

Yerli cəmiyyətin əxlaqi dəyərləri və sosial media təzyiqi: qlobal mesajların gələcək nəsillərin əxlaq anlayışına təsiri - RƏY

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri təşkil edilib

Azərbaycan Ordusunun hərbçilərinin təlim-metodiki toplanışı keçirilib

Türkiyədə çökən binanın dağıntıları altından bir nəfərin cəsədi tapılıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Yaşar Güler Azərbaycan müdafiə nazirinin müavinini qəbul edib

AMEA-nın Qafqazşünaslıq İnstitutunun fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib

Qazaxıstanda neft bazasında partlayış olub

Türkiyə eksperti: Ermənilər Fransanın dəstəyi ilə “Qərbi Ermənistan” mifini təbliğ edirlər

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir VİDEO

Bakıda və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Akademik: Qarabağa, Şuşaya, Qərbi Azərbaycana və Qafqaz Albaniyasına həsr olunmuş 35-dən çox elmi iş araşdırılıb

FHN internat tipli ümumtəhsil məktəbində təlim təşkil edib

Qusar Dövlət Ləzgi Dram Teatrı "Sədəf" tamaşasını teatrsevərlərə təqdim edib

İtaliyada dəmir yolu işçiləri tətil edirlər

Rumıniyalı məşqçi yenidən "Neftçi"də işləyəcək

Avroliqa: “Fənərbağça” qalib gəlib, “Barselona” məğlub olub

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin Quba, Xaçmaz və Qusar sakinləri ilə görüşünün vaxtı dəyişdirilib

"Azercell" və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsinə start verir

Roma Papası İtaliyada ən güvənilən ictimai xadimdir - SORĞU

Davos Forumu çərçivəsində Azərbaycanın qlobal əməkdaşlıq imkanları diqqət mərkəzində olub RƏY

Oğuz rayonunda ilk “Avtoklaster” layihəsinə başlanılır VİDEO

“Hərbçilər qardaşımın barmağını kəsib nişan üzüyünü götürmüşdülər” - Neftçalanın Qara Yanvarı VİDEO

Avrasiyanın “quru körpüsü” Horqos Çin-Avropa yük daşımalarının vacib nöqtəsidir VİDEO

Qanunsuz saxlanılan 4 avtomat, 10 tüfəng və 453 ədəd müxtəlif çaplı patron aşkarlanıb

“AzerGold” ekoloji sahədə “2024-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib

“Ordubad” əmtəə nişanlı bal məhsulu utilizasiya edilib

Ötən gün ölkə ərazisində qeydə alınan 44 cinayətin üstü açılıb

Ağsuda silahlı narkokuryerlər saxlanılıb

Faktiki hava açıqlanıb

Azərbaycanda ilk dəfə keçirilən qar voleybolu üzrə ölkə çempionatı start götürüb VİDEO

Şəmkirdə beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Zaqatala sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb - YENİLƏNİB

Misli Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Ötən il ərzində 35 mindən çox hüquqpozma faktı aşkar edilib

Parisdə azərbaycanlı gənc rejissorun filmi nümayiş olunub

Alimlər Altsheymer xəstəliyinə səbəb ola biləcək nadir genetik mutasiya aşkarlayıblar - ARAŞDIRMA

Pit Heqset Pentaqonun yeni rəhbəri vəzifəsinə təsdiqlənib

Britaniyalı nazir ABŞ-ın Britaniyaya tarif təzyiqlərinə etiraz edib

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Azərbaycan müdafiə nazirinin müavinini qəbul edib

Çin və ABŞ-ın baş diplomatları arasında telefon danışığı olub

Dövlət Departamenti ABŞ-ın bütün xarici yardımlarını dayandırıb

Ciddə limanında bir milyondan çox psixotrop həb müsadirə edilib

Türkiyədə çökən binada aparılan axtarışlara 200 nəfər cəlb edilib - YENİLƏNİB

“Fənərbağça”nın sabiq baş məşqçisinin yeni klubu bəlli olub

Romada azərbaycanlı gənc rəssamların sərgisi açılıb VİDEO

Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Küveytdə terrorizmi maliyyələşdirən 38 nəfərin vətəndaşlığı ləğv edilib

Zaqatala sakini xəstəxanaya daxil olandan sonra anidən ölüb

Azərbaycan və Pakistan arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

“Kəpəz” yeni futbolçu transfer edib

Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

Almaniyada bir neçə məsciddə bomba xəbərdarlığı edilib

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

“Meta” bu il süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

Bakıda Hindistanın Respublika Günü qeyd edilib

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasının yekununa dair protokol imzalanıb

Naxçıvan Dövlət Universiteti “ASAN xidmət” mərkəzi ilə əməkdaşlıq edəcək

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib

Nazir müavini: Son 4 ildə Azərbaycana səyahət edən hindistanlı turistlərin sayı 40 dəfədən çox artıb VİDEO

Səfir: Hindistan və Azərbaycan dərin mədəni əlaqələrə malikdir VİDEO