QHT sektoru artıq xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətini gücləndirilməsinə effektiv yardım göstərir

Bakı, 19 may, AZƏRTAC
Azərbaycan QHT sektorunun fəaliyyəti artıq lokal çərçivəni və ölkə xaricindəki fraqmentar təşəbbüslər həyata keçirmək mərhələsini adlayıb. Forum qlobal təşəbbüslər irəli sürmək, reallaşdırmaq, beynəlxalq əməkdaşlıq formatları yaratmaq mərhələsinə qədər inkişaf edib
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli bu gün keçirilən mətbuat konfransında deyib.
Z. İbrahimli qeyd edib ki, QHT sektoru artıq xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətinin gücləndirilməsinə effektiv yardım göstərir: "Bu onu göstərir ki, Milli QHT Forumu əsas məqsədlərdən birinə-QHT-lərin inkişaf siyasətinin milli inkişaf prioritetlərinə uyğunlaşdırılmasına nail olunub. Artıq inamla deyə bilərik ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən, qayğısı, diqqəti ilə dəstəklənən QHT-lərin inkişafı siyasətinin uğurları ilə hər bir azərbaycanlı qürur duya bilər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2025 [18:25]
Səbaildə Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib
- 13.06.2025 [17:56]
Şirvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində seminar keçirilib
- 13.06.2025 [17:44]
Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib
- 13.06.2025 [17:43]
Qanunvericiliyi pozan taksi şirkəti cərimələnib
- 13.06.2025 [17:42]
Paytaxtda ifşa olunmamaq üçün otellərdə gecələyən narkotacir saxlanılıb
- 13.06.2025 [17:38]
Polşanın nüfuzlu “Wnet” radiosu Qərbi Azərbaycan barədə material hazırlayıb
- 13.06.2025 [17:38]