Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə bağlı gələcək fəaliyyət istiqamətləri dəqiqləşdirilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın III nəşrinin hazırlanması üzrə işçi qruplarının növbəti toplantısı keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, hibrid formada təşkil edilən iclasa AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova sədrlik edib. İclasda Botanika və Zoologiya institutlarının, Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun, Bakı Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin, Azərbaycan Ornitoloji Cəmiyyətinin və s. təşkilatların botanik və zooloq alimləri, həmçinin Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN) komissiya üzvü Andrev Rodrigues iştirak ediblər.

Akademik İradə Hüseynova yeni nəşrlə bağlı işlərin sürətləndirilməsinin vacibliyinə diqqət çəkib, AMEA rəhbərliyinin bu istiqamətdə təşkilatlara və alimlərə hər cür dəstək göstərdiyini və bundan sonra da göstərməyə hazır olduğunu bildirib, ötən dövrdə III nəşrin AMEA üzrə redaksiya heyəti, işçi qrupları, alim və mütəxəssislər tərəfindən görülmüş müvafiq işlər, elmi və elmi-təşkilati tədbirlər haqqında iştirakçıları məlumatlandırıb. İradə Hüseynova “Qırmızı kitab”ın III nəşrinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” ölkə Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın tədbirlər planına salındığını bildirib və kitabın “Heydər Əliyev İli”nə mühüm töhfə olması üçün çox iş görülməli olduğunu vurğulayıb.

Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva və şöbə müdiri biologiya elmləri doktoru Aydın Əsgərov, Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən Ələddin Sadıqov, həmin institutun icraçı direktoru biologiya elmləri doktoru, dosent Elşad Əhmədov “Qırmızı kitab”ın III nəşri üzrə ayrı-ayrı işçi qrupları tərəfindən görülmüş işlərin hesabatını veriblər, oçerklərin əhəmiyyətli bir hissəsinin artıq hazır olduğunu, yeni nəşrə salınması planlaşdırılan növlərin ümumi hazırlanmış siyahılarını nümayiş etdiriblər, eyni zamanda, razılaşdırılmalı məsələlərin də qaldığını bildiriblər və qiymətləndirmələrdə istifadə olunan meyarlardan danışıblar. Həmçinin bildirilib ki, WWF-in Azərbaycan nümayəndəliyi və Zoologiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın III nəşrinə salınacaq növlərin IUCN-in Qırmızı siyahısının kateqoriya və kriterilərinə görə qiymətləndirməsi üçün təlimlər keçirilib. Təlimdə “Qırmızı kitab”ın III nəşrinin hazırlanmasında iştirak edən müxtəlif təşkilatların işçi qruplarının üzvləri iştirak ediblər.

Müzakirələrdə Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri biologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Sultanov, BP şirkətinin ətraf mühitin mühafizəsi və sosial məsələlər üzrə baş məsləhətçisi biologiya üzrə fəlsəfə doktoru Nicat Həsənov, WWF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov, Zoologiya İnstitutunun laboratoriya müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İskəndərov və biologiya üzrə fəlsəfə doktoru Hafiz Muxtarov, Bakı Dövlət Universitetinin kafedra müdiri dosent Əbülfəz Tağıyev, Botanika İnstitutunun şöbə müdiri dosent Dilzarə Ağayeva, laboratoriya müdiri Rəşad Səlimov, onlayn formada isə Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun baş elmi işçisi akademik Tariyel Talıbov, Gəncə Dövlət Universitetinin kafedra müdiri AMEA-nın müxbir üzvü Vaqif Novruzov və başqaları iştirak ediblər.

Müzakirələrdə gələcək fəaliyyət istiqamətləri dəqiqləşdirilib, perspektivlərdən və problemlərdən danışılıb, onların həlli ilə bağlı çoxsaylı təkliflər verilib. Çıxışların əsas mövzuları növlər üzrə yazılan oçerklərin və bu oçerklərdə istifadə ediləcək yayılma xəritələrinin ümumi formatı, ədəbiyyat siyahıları, onlara istinadlar və digər bu kimi məsələlər olub.

Müzakirələrə yekun vuran akademik İradə Hüseynova tədbirin və bundan sonra III nəşrin AMEA üzrə redaksiya heyəti, müvafiq işçi qrupları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə atılacaq addımların əhəmiyyətini vurğulayıb. O, “Qırmızı kitab”la bağlı yekun işlərin optimallaşdırılması üçün işçi qruplarının birgə toplantıların daha sıx-sıx keçirilməsi kimi ümumi razılıqla qarşılanmış təkliflərlə çıxış edib. Akademik İradə Hüseynova Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə məsləhətləşmələrin davam etdiriləcəyini diqqətə çatdırıb, mövcud planların icrasının intensivləşdirilməsi istiqamətində tövsiyə və tapşırıqlarını verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İƏT-in Baş katibi üzv dövlətləri əlillərin cəmiyyətə daha fəal inteqrasiyasına çağırıb

BŞTİ-yə noyabr ayında 15 min 890 müraciət daxil olub

COP28 çərçivəsində ölkəmizin mina probleminə dair yan tədbir keçirilib

ANAMA-nın nümayəndəsi: Azad olunmuş ərazilərdə 148 min hektara yaxın sahə yüksək səviyyədə çirklənib

SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib

® “Araz” supermarketlər şəbəkəsi Beynəlxalq SAP tərəfindən mükafatlandırılıb

Kənd təsərrüfatı naziri sahibkarlarla görüşüb

Draqana Koiç: BQXK mina probleminin həllində Azərbaycana dəstək verməyə hazırdır

Ombudsman: Ölkəmizdə 1991-ci ildən bu günədək 3416 nəfər minadan zərər çəkib

Astarada 111,5 kilometr kanal və çay məcraları lildən təmizlənib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Hacıqabulda kommunikasiya kabelləri oğurlayan şəxs digər cinayət əməlini də etiraf edib

Samuxda oğurluq etməkdə şübhəli bilinən qohumlar saxlanılıb

Paytaxtın bir sıra yollarında sıxlıq yaranıb

Almaniyanın iqtisadiyyat naziri büdcə böhranı səbəbindən iqlim konfransına qatılmayacaq

Gəncədə köşklərdən oğurluq edən şəxs saxlanılıb

İndoneziyada vulkan püskürməsi nəticəsində 11 nəfər ölüb

Qəzzadan təxliyə edilən daha 142 Türkiyə vətəndaşı İstanbula gəlib

Filippində universitetdə baş verən partlayış nəticəsində ölənlərin sayı 11-ə çatıb

Qətər Dövləti Qəzza zolağında 3 min yetim uşağa və 1,5 min yaralıya kömək edəcək

Moskva hava limanlarında 70-dən çox reys gecikib, bir çoxu da təxirə salınıb

Son iki gündə Qəzzanı 850-dən çox xarici vətəndaş tərk edib

Muzey Mərkəzdə “Rənglərdə yaşayan ömür” adlı sərgi açılıb

Pentaqon: Qırmızı dənizdə ABŞ hərbi gəmisi və bir çox ticarət gəmisi hücuma məruz qalıb

Moskvada avtomobil zavodunda baş verən yanğın lokallaşdırılıb

BMT Qəzza zolağında yayılan xəstəliklərlə bağlı xəbərdarlıq edib

Monteneqroda əhalinin siyahıyaalınması prosesi başlayıb

Filippin sahillərində növbəti zəlzələ qeydə alınıb

Türkiyə Prezidenti Qətərə gedir

Ciorcia Meloni: Qərbi Balkan ölkələri Aİ-yə qoşulmayanadək Avropanı birlik adlandırmaq olmaz

Azərbaycan dövləti hər zaman Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğı göstərib

İsrail Qəzzanın cənubunda aktiv hərbi əməliyyatlar keçdiyini açıqlayıb

Musiqili Teatrda Qazaxıstan Mədəniyyət Günləri çərçivəsində "Qaragöz" tamaşası nümayiş olunub

Filarmoniyasında Mariya Kallasın 100 illiyinə həsr olunmuş konsert keçirilib

Bakıda “Disney” studiyasının 100 illiyi qeyd olunub

Vaxtanq Maisaya: Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər

Yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı işdən çıxarılıb

Şirvanda küçələrin asfaltlanması işləri görülür

Giorgi Qoqua: Ermənistan Zəngəzur dəhlizinin əhəmiyyətini dərk etmir

Papa Fransisk ənənəvi “Angelus” duasını yenə videobağlantı ilə edib

Saatlı sakini babasından qalmış yivli silahı könüllü olaraq polisə təhvil verib

İtaliyanın Baş naziri Belqradda Serbiya Prezidenti ilə görüşüb

Marneulidə Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş bilik yarışması

COP28 çərçivəsində Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialı ilə bağlı təqdimat olub YENİLƏNİB

Bəzi beynəlxalq qüvvələr Cənubi Qafqazda münaqişənin yenidən artmasını istəyir - ŞƏRH

Azərbaycanın energetika naziri COP28 çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcək

Gəncə Dövlət Filarmoniyasında ilk layihə təqdim olunub

Xəzərsahili dövlətlərin xarici işlər nazirlərinin görüşü keçiriləcək

Rəşt-Astara dəmir yolu tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdıracaq

ABŞ Hind-Sakit Okean regionunda ortamənzilli raketlər yerləşdirəcək

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Lissabon sammitindəki diplomatik uğurumuz tarixi Zəfərimizə dayanıqlı beynəlxalq zəmin yaratdı - ŞƏRH

Filippin sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

Xarici ölkələrdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər

Bəzi dağlıq rayonlarda dumana görə yollarda görünüş məsafəsi məhdudlaşacaq

Münhen hava limanında 500-dən çox reys təxirə salınıb VİDEO

Ağsu və Mingəçevir sakinləri odlu silahları polisə könüllü təhvil veriblər

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq yarışda 1-ci yeri qazanıb

Sabah paytaxtda şimal-qərb küləyi əsəcək

Aşqabadda keçirilən “Qış Milli Mətbəx Xeyriyyə Festival”ında Azərbaycan da təmsil olunub

Türkiyə vətəndaşlarının Qəzzadan təxliyə işləri bərpa edilib

İcma: BMT-nin xüsusi məruzəçisinin iddialarını kəskin şəkildə pisləyirik

Azərbaycan nümayəndə heyəti Çində Dünya Media Sammitində iştirak edir VİDEO

Qərbi Azərbaycan İcması Fransız-alman Arte kanalında yayımlanan reportajla bağlı bəyanat yayıb

Ukrayna ərazisinə qanadlı raket və kamikadze dronları ilə hücum edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Nəsimi, Səbail və Xətai rayonlarında içməli suyun verilişində məhdudiyyətlər olacaq

“Times of Israel”: İsrail əməliyyatdan sonra Qəzzaya qoşun yeritməyəcək

Azərbaycan çempionatında 41 komandadan 167 boksçu mübarizə aparacaq

Paraqvaylı deputat təyyarə qəzasında həlak olub

DYP sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı sürücülərə müraciət edib

Bu gün Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür

Nizami rayonunda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb - YENİLƏNİB-2

Peruda silahlı şəxslərin hücumu nəticəsində 9 nəfər həlak olub

Mumiyalanmış “yadplanetlilərin” qalıqlarında naməlum DNT-yə rast gəlinib

Filippin universitetində baş verən partlayışda 3 nəfər ölüb, 40-dan çox yaralı var

DİM xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirir

Zooloqlar delfinlərin Yerin maqnit sahəsini hiss etdiklərini üzə çıxarıblar

“Toyota” avtomobillərinin yanacaq sistemində ciddi problem aşkarlanıb

İqlimşünaslar bu mövsüm rekord dərəcədə isti qış proqnozlaşdırırlar

Yaşıl Əjdaha ili: 2024-cü ilin Şərq təqvimi nə vəd edir?

Almaniyanın “Rheinmetall” konserni Ukraynada zirehli texnika istehsalına başlayacaq

Filippinin cənubunda “Daula İslamiyyə” qruplaşmasının 11 üzvü öldürülüb

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

Çin yeni respirator xəstəliklər dalğasını məlum olan yoluxucu viruslarla əlaqələndirib

Fiziki məhdudiyyətli uşaqların bacarıqları inkişaf etdirilir

GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək

ABŞ gələn il orbitə 20-dən çox hərbi məqsədli peykin buraxılmasını planlaşdırır

Şamaxıda “Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktiki konfrans təşkil olunub

“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Sumqayıtda Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub

Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib

Birgünlük kirayə evlər 20-60 manata təklif olunur – Gədəbəyin qış turizmi VİDEOREPORTAJ

AVRO-2024: Final mərhələsinin püşkü atılıb, Türkiyə millisinin rəqibləri məlum olub

Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir

Beynəlxalq Muğam Mərkəzində "HasSak” ansamblının konserti olub

Laçın rayonunun işğaldan azad olunması və yaranan hərbi infrastruktur – AÇIQLAMA

Filippin sahillərində 6,4 bal gücündə daha bir zəlzələ olub

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib VİDEO

Ölkəmizdə Qazaxıstan mədəniyyəti günləri keçirilir