QISAMÜDDƏTLİ DÖVLƏT İSTİQRAZLARININ YERLƏŞDİRİLMƏSİ ÜZRƏ HƏRRAC KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 22-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Bir sərmayədarın təqdim etdiyi sifarişin nominal məbləği 726 min manatdır. Sifariş 97,39 faiz (gəlirlilik dərəcəsi 10,99 faiz) qiymətdə təqdim edilmişdir.
İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti və orta ölçülmüş qiymət 97,39 faiz (gəlirlilik dərəcəsi 10,99 faiz) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış dəyəri 726 min manat müəyyənləşdirilmişdir.
İstiqraz vərəqələri avqustun 19-da ödəniləcəkdir.
İstiqraz vərəqələrinin mülkiyyət hüquqlarının uçotu BFB-nin depozitarisində aparılır.