Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qivami Rəhimli: Artıq muğam Qarabağdadır, bununla belə “İrəvanda xal qalmadı” xalq mahnısındakı yurd həsrəti hələ də qalır...

Qivami Rəhimli: Artıq muğam Qarabağdadır, bununla belə “İrəvanda xal qalmadı” xalq mahnısındakı yurd həsrəti hələ də qalır...

Bakı, 12 iyun, AZƏRTAC

bp şirkətinin hökumətlə işlər üzrə baş müşaviri, BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli “Əsrin kontraktı”nın ilk illərində həyata keçirdikləri “Uşaq Muğam Festivalı” layihəsi barədə xatirələrini AZƏRTAC-la bölüşüb. Onun fikirlərini təqdim edirik.

Əsrlər boyu Azərbaycanın mədəni irsi xalqımızın zəngin keçmişini və mədəniyyətini dəqiq şəkildə əks etdirmişdir. Milli varlığımız, özünəməxsus musiqi janrı olan şifahi xalq sənətinin incisi sayılan muğamlarımızla da sıx bağlıdır.

Muğam – sadəcə musiqi janrı deyil, - muğam xalqın ruhu, onun tarixi yaddaşı, çox ovsunlu bir aləmdir.

Daş ürəklərdə yanıb daşları sındırdı muğam.

Haqqa düşmən olanı haqqa tapındırdı muğam.

Nə güman eyləmisən ondakı tilsimləri sən,

“Kürü ahıyla qurutdu”, “salı yandırdı” muğam.

Onun hər guşəsi bir xatirə, bir canlı kitab,

Keçilən yolları hərdən bizə andırdı muğam.

Su çilər kinli ürəklərdə qəzəb tonqalına,

Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam.

Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,

Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.

Bəxtiyar Vahabzadənin “Muğam” poemasındakı bu misralar həmişə gözlərim önünə ustad xanəndələrimizin qəlbi riqqətə gətirən ifalarını, insanı ecazkar bir aləmə apararaq muğamın sehri ilə ovsunlayan avazlarını canlandırır.

Azərbaycanın müstəqilliyinin ilk illərində (1991-1993) ölkəmiz müxtəlif böhranlarla müşayiət olunan çox çətin və qeyri-sabit bir dövr yaşamışdı. Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərimizin işğalı, iqtisadi tənəzzül Azərbaycanı qeyri-sabit bir vəziyyətə gətirib çıxarmışdı.

Belə çətin dövrdə xalqın tarixinə, mədəniyyətinə və ona miras qalan ənənələrə dəstək olmaq, milli mühiti qoruyub saxlamaq milli kimliyin əsas tərkib hissələri olan vacib məsələlərdən idi.

bp Azərbaycandakı fəaliyyətinin ilk günlərindən etibarən ölkənin zəngin mədəni irsinə öz töhfəsini vermiş, Azərbaycan mədəniyyətinin inkişafına və təbliğinə dəstək məqsədilə bir sıra uğurlu layihələrin təşəbbüskarı olmuş, ölkənin yeni tarixində iz qoymuş bir sıra tədbirlər həyata keçirmişdi.

Bunların arasında ilk və ən mühüm təşəbbüslərdən biri 1997-ci ildə bp tərəfindən həyata keçirilən gənc muğam ifaçılarının yarışması olan “Uşaq Muğam Festivalı”nı göstərmək olar. Əslində, bu, Azərbaycanın 1991-ci ildə müstəqillik qazanmasından sonra ölkədə keçirilmiş ən böyük uşaq tədbiri idi. Yarışmada Azərbaycanın müxtəlif bölgələrindən 16 yaşa qədər yüzlərlə muğam və xalq musiqisi ifaçısı toplaşmışdı. İştirak edən istedadlı uşaqların əksəriyyəti Azərbaycanın musiqi beşiyi sayılan və bir çox görkəmli bəstəkarların, musiqiçilərin doğulduğu Qarabağdan köçkün düşmüş ailələrdən idi.

“Kainat” gənclik mərkəzi ilə birgə əməkdaşlıqda keçirtdiyimiz “Uşaq Muğam Festivalı”nın bp tərəfindən layihə meneceri olmaq mənə həmişə böyük qürur hissi verib. Çünki bu gənc səslərin qəlbi riqqətə gətirən ifaları mənə məşhur xanəndələr Cabbar Qaryağdıoğlu, Xan Şuşinski və digər bənzərsiz muğam ustadlarının qrammofon vallarını toplayan Əsgər babamı, atamın gənclik illərində tar çalmasını, hələ məktəb illərində qarmon ifaçılığını mənə öyrədən Elxan dayımı və nəhayət oğlum Anarın uşaq vaxtı xalq mahnılarını zümzümə etməsini yadıma salırdı. Mən elə bil sehrli bir aləmə düşürdüm.

Biz bp olaraq Qarabağdan pərvazlanmış muğamı Qarabağa qaytarmaq üçün belə bir layihəni həyata keçirdik. Çünki Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Qarabağda muğam yox olma təhlükəsi ilə üz-üzə qalmışdı. Bu layihə ilə biz Azərbaycan milli mədəniyyətinin mühüm bir hissəsinin yenidən canlanmasına təkan verərək qarabağlı uşaqların çox çətin şəraitdə öz kimliklərini qoruyub saxlamalarına dəstək olduq. Üç il ardıcıl olaraq dəstək verdiyimiz bu layihə böyük uğurlar gətirdi. Bu qədər gənc və ağır şəraitdə yaşayan uşaqlarda belə yüksək istedadın olması heyrətamiz idi. Onların müəllimləri, ustad sənətkarlar və musiqi üzrə milli ekspertlərinin göstərdiyi əzmkarlıq və fədakarlıq hamını ruhlandırırdı.

Biz əmin idik ki, belə bir təşəbbüsə dəstək verməklə Azərbaycanın mədəni irsinin həm yerli, həm də beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcəyik. Çünki bu layihə Azərbaycanın zəngin irsinin gələcək nəsillərə ötürülməsinə yönəlmişdi.

Gənc səslərin musiqi alətləri ilə yaratdığı qəlbi riqqətə gətirən ifaları, həm zildə və həm də bəmdə oxumağı bacaran balaca xanəndələrin muğam dəsgahları dinləyicilərdə yüksək ovqat oyadırdı.

Ağır həyat şəraitinə baxmayaraq, qədim muğam ənənələrini yaşadan azyaşlı uşaqların ifası insanı valeh edirdi. Köçkün düşərgələrində yaşayan istedadların seçimi zamanı14 yaşlı bir yeniyetmənin itirdiyi doğma yurduna sevgi hisslərini göstərən əsrarəngiz ifası insanı çox təsirləndirirdi:

Perik düşüb bağçamızın bülbülü,

Saralıb çiçəyi solubdur gülü.

Yanıb evlərimiz qalıbdır külü,

O yanan evləri könlüm istəyir.

Haqqımız yox danışmağa dağlardan,

Azad eyləməsək biz yağılardan.

İndi qəriblikdir məni ağladan,

O qalan yerləri könlüm istəyir.

Bütün bunlar onu göstərirdi ki, Azərbaycan xalqı qədim muğam ənənəsini yaşadır, muğamı Vətən torpağının erməni işğalından azad edilməsi uğrunda mübarizənin mənəvi dəyəri və mədəni irsi kimi qoruyur.

Bir korporativ vətəndaş olaraq biz bu nailiyyətə verdiyimiz töhfənin nə qədər vacib və dəyərli olduğunu görməkdən qurur duyurduq.

Müsabiqədə iştirak edən uşaqların səviyyəsi o qədər yüksək idi ki, muğam ustadlarından ibarət münsiflər heyətinin qərar verməsi çox çətin olurdu. Münsiflər heyətinin üzvləri olan Xalq artistləri Əlibaba Məmmədov, Sara Qədimova, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Canəli Əkbərov, Mələkxanım Eyyubova, Ağasəlim Abdullayev kimi böyük sənətkarlar muğamın ən mahir gənc ifaçılarının seçilməsində, yeni muğam ifaçıları nəslinin yetişdirilməsində böyük xidmətlər göstərmişlər. Öz yaradıcı fəaliyyətləri, misilsiz ifaları ilə muğamın yaşadılmasında və inkişafında böyük xidmətləri olan bu ustad sənətkarların xatirələri həmişə qəlbimizdə yaşayacaq.

Yaxşı ki, Qarabağdan köçkün düşmüş muğam barədə xatirələr bizim dəvətimizlə bu layihədə iştirak edən amerikalı muğam ifaçısı Cefri Verbokun təşəbbüsü və TEAS-ın maliyyə dəstəyi ilə “Uşaq muğam festivalı”ndan bəhs edən videomateriallar əsasında “Qədim nəğmə, gənc səslər” sənədli filmində öz əksini tapmış və bu filmin London, Paris və Bakıda təqdimatları olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı isə ordumuza dəstək və cəmiyyətdə qələbə ruhunu qaldırmaq üçün bu film Azərbaycan televiziya kanallarında nümayiş olunmuşdu.

İndi muğam sənəti daim diqqət mərkəzindədir. Azərbaycan Mədəniyyət Nazirliyi Heydər Əliyev Fondu ilə birlikdə bu istiqamətdə silsilə layihələr həyata keçirir. Bunun nəticəsi olaraq muğam dünya musiqi incisi kimi UNESCO-nun Bəşəriyyətin qeyri-maddi irs siyahısına salınması Azərbaycanın bu mədəni sərvətinin necə zəngin və kamil olduğunu göstərir. Bu isə muğamı yalnız Azərbaycan xalqının yox, bütün bəşəriyyətin mədəni sərvətinə çevirir.

Buna misal olaraq Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən “Muğam” Televiziya Müsabiqəsini göstərə bilərik.

Bu gün muğam bütün dünyaya yayılmaqla bərabər öz doğma yurdu Qarabağa da qayıtmışdır və “Muğam” Televiziya Müsabiqəsinin növbəti mərhələsi indi Ağdam Muğam Mərkəzində keçirilir.

İndi geriyə dönüb baxanda elə hey düşünürəm ki, İlahi, sən mənə nələr nəsib etmisən. Xalqımızın yaddaşında dərin iz buraxmış ustad sənətkarlarla bir arada olub onlarla söhbət etmək, yeni muğam ifaçıları nəslinin yetişdirilməsinin iştirakçısı olmaq bir möcüzə, sehrli bir tarixin canlanmasıdır. Artıq muğam Qarabağdadır, bununla belə “İrəvanda xal qalmadı” xalq mahnısındakı yurd həsrəti hələ də qalır...

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski Tramp və Rütte ilə Ukraynaya dəstək məsələlərini müzakirə edib

Xaçmazda “KamAZ” hasara çırpılıb, sürücü ölüb

ABŞ ilk mərhələdə NATO ölkələrinə 10 milyard dollar dəyərində silah satacaq

MEK cari ilin ilk yarımilində dövlətçiliyə dair daxil olan nəşrlərin virtual sərgisini təqdim edir

Qazaxda Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi olub

Tbilisidə “Vağzal meydanı”nda bina uçub, ölən var

Ukrayna Prezidenti Denis Şmıqalı müdafiə naziri vəzifəsinə irəli sürüb

Yuliya Sviridenko Ukraynanın formalaşacaq yeni hökumətinin əsas vəzifələrini açıqlayıb

Azərbaycan millisinin futbolçusu “Fənərbağça”ya keçib

Tramp: ABŞ Kiyevi Avropanın ödədiyi böyük həcmdə silahla təmin edəcək

“Milan” Luka Modriçin transferini açıqlayıb

Klublararası dünya çempionatına qatılan komandalar nə qədər qazanc əldə edib?

İtaliyanın “RAI” telekanalı Azərbaycandan reportaj yayımlayıb

Ermənistan silahlı qüvvələrinin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirilib

Avropa İttifaqı ABŞ məhsullarına qarşı yeni rüsumların siyahısını hazırlayır

London yaxınlığındakı təyyarə qəzasında dörd xarici vətəndaş həlak olub

Tramp Rusiyanı yüksək tariflərlə təhdid edib

Türkiyə və İran arasında regional təhlükəsizlik və müdafiə məsələləri müzakirə edilib

Tramp Ukraynaya silah tədarükü ilə bağlı NATO ilə razılaşdığını açıqlayıb

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib

ADA Universitetinin Qazax Mərkəzində Yusif Səmədoğlunun 90 illiyi ilə əlaqədar konfrans keçirilib VİDEO

ADA Universitetinin Qazax Mərkəzində Yusif Səmədoğlunun 90 illiyi ilə əlaqədar konfrans keçirilib VİDEO

Milli mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi keçirilib

Çinlə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Latviyanın məşhur ənənəvi bayramında ilk dəfə olaraq Azərbaycanın milli rəqsləri təqdim edilib

Rəşad Məcid: “150 illik Azərbaycan mətbuatı” biblioqrafik məlumat kitabının hazırlanması üçün işçi qrupu yaradılacaq

® “AccessBank” 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb YENİLƏNİB

® “Kapital Bank” 2025-ci ilin 2-ci rübü üzrə maliyyə nəticələrini elan edib

Naxçıvanda media nümayəndələri arasında şahmat birinciliyi keçirilib

“Air İndia”nın rəhbəri: Qəzaya uğrayan təyyarədə texniki nasazlıq aşkarlanmayıb

Gürcü siyasətçilər: Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə Qafqazın sülh və əməkdaşlığına töhfə verən böyük dövlət xadimidir

Böyük Britaniyanın bəzi bölgələrində quraqlıqla bağlı sudan istifadəyə məhdudiyyət tətbiq edilir

“Məktəbəqədər təhsil haqqında” Qanunda dəyişiklik VİDEO

“Məktəbəqədər təhsil haqqında” Qanunda dəyişiklik VİDEO

Gürcüstanda bəzi cinayət əməllərini törətmiş xarici ölkə vətəndaşları deportasiya olunacaqlar

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

İngiltərə millisinin sabiq futbolçusu altıncı liqa klubuna keçib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 19 dekabr tarixli 207 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları”nda dəyişiklik edilməsi və “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 46 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli 357 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Ordusunda Tovuz döyüşlərinin ildönümü qeyd olunub

Zebra balıqları eşitmə qabiliyyətinin bərpasında genetik mexanizmi aşkarlamağa kömək edib

Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edib

“Fənərbağça” sloveniyalı futbolçusu ilə vidalaşır

DOST könüllüləri üçün məişət zorakılığı ilə mübarizəyə dair təlim keçirilib

Xabarovskda yoxa çıxan helikopterin axtarışı dayandırılıb

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimat mərasimi olub

İcbari Sığorta Bürosu yeni ünvanda fəaliyyət göstərir

FHN-in Şimal-qərb Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi təşkil edib

® “Rabitəbank” 2025-ci ilin II rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə TəhsilPlus kartına dair müzakirə görüşü keçirilib

Qəbələnin hotel və mehmanxanaları altı ayda 42 mindən çox turistə xidmət göstərib

Suraxanı rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Nyu-Yorkda Marsın nəhəng parçası hərraca çıxarılıb

® “Unibank” 2025-ci ilin birinci yarımilinin maliyyə nəticələrini açıqlayıb

Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin iyulun 17-dək davam edəcəyi gözlənilir

“Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə İşçi qrupu”nun ilk iclası keçirilib

Araz çayında batan yeniyetmənin cəsədi tapılıb – YENİLƏNİB  VİDEO

Araz çayında batan yeniyetmənin cəsədi tapılıb – YENİLƏNİB VİDEO

Klublararası dünya çempionatının rəmzi komandası açıqlanıb

Berlində 15 xəstəni öldürməkdə təqsirləndirilən palliativ xidmət həkimi ilə bağlı məhkəmə prosesi başlayıb

® HONOR Azərbaycanda ilk rəsmi brend mağazasını açdı

SOCAR ilə Suriya hökuməti arasında imzalanan saziş Azərbaycanın Yaxın Şərqdə enerji siyasətində yeni mərhələ olacaq - Ekspert

Ədəbiyyat İnstitutu milli mətbuatın150 illiyini Xaçmazda qeyd edib

Sovet dövrü Azərbaycan ədəbiyyatını əhatə edən fundamental nəşr

Meksikada ilk Mayya hökmdarının sərdabəsi tapılıb

Deputat: 1969-cu ildə başlanan yol Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinə gətirib çıxarıb - ŞƏRH

Azərbaycan klubu futbolçusu ilə yollarını ayırıb

Fransalı siyasətçi: Emmanuel Makron ölkədə ona nə qədər nifrət edildiyini anlamır

Böyük Qayıdış: Xocalının Xanyurdu kəndinin sakinlərinə evlərinin açarları verilib –YENİLƏNİB FOTO  VİDEO

Böyük Qayıdış: Xocalının Xanyurdu kəndinin sakinlərinə evlərinin açarları verilib –YENİLƏNİB FOTO VİDEO

“Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub

Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbuluna başlanılır

Pakistanda avtobus qəzası nəticəsində 6 nəfər həlak olub, 40 nəfər isə yaralanıb

Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır- SƏRƏNCAM

“İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ukrayna Prezidenti Yuliya Sviridenkoya hökumətə başçılıq etməyi təklif edib

İstilik təchizatı haqqında
Azərbaycan Respublikasının Qanunu

Xocalı sakini: Şəhidlərimizin qanı tökülən torpaqlara gül-çiçək əkəcəyik VİDEO

Xocalı sakini: Şəhidlərimizin qanı tökülən torpaqlara gül-çiçək əkəcəyik VİDEO

Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Sumqayıtda suyu çirkləndirən quşçuluq fabrikinə qarşı inzibati icraata başlanılıb VİDEO

Sumqayıtda suyu çirkləndirən quşçuluq fabrikinə qarşı inzibati icraata başlanılıb VİDEO

Gürcüstanın daha bir müxalifət partiyası seçkilərdə iştirak edəcək

® “AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olunub

Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb

Dövlət orqanlarında ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

“Səyahət bağları” kitabının II hissəsinin III cildi çapdan çıxıb

Siyəzəndə dağlıq ərazidə yanğın başlayıb

İtaliya rəsmisi: Ticarət müharibəsində Avropa öz maraqlarını qorumalıdır

® “Expressbank”ın faiz gəlirləri 28 faiz artıb

Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşların müraciətlərini dinləyib

Vəkillər Kollegiyasının sədri ədliyyə orqanlarına qəbul olunan şəxslərə icbari tədris keçib

Dövlət Komitəsi “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirib

BMU-da yay məktəbində tədris aparan koreyalı müəllimlərlə görüş olub

Polis ekoloji mühitin qorunması məqsədilə nəzarət-profilaktik tədbirlər həyata keçirir

İşğaldan azad olunmuş ərazilərə portal üzərindən icazə ilə giriş vətəndaşların təhlükəsizliyinə xidmət edir – ŞƏRH

“WTDC-25” Könüllülük Proqramında müsahibə mərhələsi başa çatıb

“Süni intellekt elmi tədqiqatlarda” - elmi seminar

Bu ilin ilk yarısında gəmilərlə yükdaşımalarda artım qeydə alınıb

Kosmosda iki qara dəliyin nəhəng birləşməsi qeydə alınıb

Kəlbəcərdə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir

Qranit Caka Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb

Nizami rayonunda bank kartından oğurluq və dələduzluq edən şəxslər saxlanılıblar

İtaliyanın “RAI 1” kanalı “ASAN xidmət”in fəaliyyətini işıqlandırıb