DÜNYA
Qiymətlərdəki fərq Almaniyadakı korrupsiyanın nəticəsidir
Bakı, 26 (AZƏRTAC). İsveçrə hökuməti Almaniyanın “BMW” avtokonsernini 163 milyon dollar dəyərində cərimələmişdir. Buna səbəb maşınların qiymətinin İsveçrə ərazisində süni artırılması göstərilmişdir. Belə ki, “lyuks” kateqoriyalı avtomobillərin Almaniya və İsveçrədəki qiymətləri arasında 12-15 min avro fərqi isveçrəlilərin 2010-cu ildən başlayaraq, hökumətin aidiyyəti orqanlarına şikayət ərizələri yazması ilə nəticələnmişdir. “BMW” rəsmiləri bütün ittihamları rədd edərək hər ölkədə xidmət səviyyəsinə görə alınan haqqın müxtəlif olduğuna görə qiymət fərqinin yarandığını bildirmiş və ittihamları əsassız adlandırmışlar.
Lakin göründüyü kimi, izahat tutarlı olmamış və İsveçrənin rəqabət üzrə komissiyası “BMW” şirkətinə 163 milyon dollar məbləğində cərimə tətbiq etməkdən çəkinməmişdir. İsveçrə mətbuatı isə bəzi araşdırmalara əsasən yazır ki, qiymətlərdəki fərq Almaniyadakı korrupsiyanın nəticəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.12.2023 [17:09]
Çin şirkəti metanla uçan raketlə orbitə üç peyk buraxıb
- 09.12.2023 [16:52]
Bloomberg: İsveçrə saatlarının populyarlıq zirvəsi geridə qalıb
- 09.12.2023 [16:03]
Aİ-də süni intellektlə bağlı tarixi saziş üzrə razılıq əldə olunub
- 09.12.2023 [15:30]
Sorğu: Almanların 74 faizi Olaf Şoltsun işindən narazıdır
- 09.12.2023 [15:17]
Əbu-Dabi və Ər-Riyad Moskva ilə daha sıx əməkdaşlıq edəcək
- 09.12.2023 [13:59]
Türkiyədə daha bir cinayətkar qruplaşma zərərsizləşdirilib
- 09.12.2023 [13:49]
Kiyev prokurorluğu metroya su dolması ilə bağlı təhqiqata başlayıb
- 09.12.2023 [13:44]