Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlobal Bakı Forumunda "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası" mövzusunda müzakirələr aparılıb VİDEO

Bakı, 14 mart, AZƏRTAC

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu ikinci günündə işini panel iclaslarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, Latviyanın sabiq prezidenti Valdis Zatlersin moderatorluğu ilə keçirilən sessiya "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası" mövzusuna həsr edilib. Panel sessiyada Bosniya və Herseqovina prezidentliyinin serb üzvü Zeljka Cvijanovic, Nigeriyanın sabiq prezidenti Olusequn Obasanjo, Moldovanın sabiq baş naziri Nataliya Qavrilita, Qırğızıstanın sabiq baş naziri Comart Otorbayev, Rumıniyanın sabiq xarici işlər naziri Lazar Komanesku, Türkiyənin Avropa İttifaqı işləri üzrə sabiq naziri Volkan Bozkır, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Sinqapur Parlamentinin sabiq üzvü Penni Lovun çıxışları dinlənilib.

Bosniya və Herseqovina prezidentliyinin serb üzvü Zeljka Cvijanovic ölkəsindəki vəziyyətdən söz açaraq, Bosniya və Herseqovinanın inkişafı, sabit və firavan ölkə olması üçün atılmalı olan addımlardan bəhs edib.

Nigeriyanın sabiq prezidenti Olusequn Obasanjo çıxışında ölkəsində vətəndaş müharibəsinin getdiyi vaxtları xatırladıb. Bildirib ki, onun töhfəsi ölkəsinin vahidliyini qoruyub saxlamaqdan ibarət olub.

Moldovanın sabiq baş naziri Nataliya Qavrilita Rusiya-Ukrayna müharibəsindən sonra ticarətə dəyən zərərin göz önündə olduğunu vurğulayıb: "Düşünürəm ki, bu münaqişə tezliklə həll olunmalıdır. Əgər müharibənin dayandırılmasını istəyiriksə, prosesdə təhlükəsizlik zəmanəti və beynəlxalq səviyyədə əməl edilən qaydalar əsas şərt olmalıdır. Sözsüz ki, münaqişədən sonra yenidənqurma işləri də böyük rol oynayır. Çünki müharibədən sonra yenidənqurma işlərinə ehtiyac yaranacaq. Bu, özəl sektorların münaqişədən sonra sərmayə yatırması üçün fürsət kimi dəyərləndirilə bilər. Bütün bunların yeganə yolu isə təhlükəsizlik zəmanətidir. Böyük və güclü ölkələr birgə həllərin tapılmasına dəstək olmalıdırlar. Münaqişələr adətən böyük güclərin müdaxiləsi səbəbindən yaranır".

Qırğızıstanın sabiq baş naziri Comart Otorbayev Azərbaycanın işğaldan azad etdiyi Qarabağda həyata keçirdiyi yenidənqurma işlərinin çox müfəssəl olduğunu bildirib. Qeyd edib ki, Qarabağda münaqişədən sonrakı inkişafın təmin olunması üçün hazırlanan hərtərəfli plan onu valeh edib: "Mən dünyanın başqa yerlərində belə əhatəli proqram görməmişəm. Azərbaycan məqsədyönlü yanaşma sayəsində öz hədəflərinə çatacaq və bütün dünya üçün həqiqətən də münaqişədən sonrakı bərpa işləri üçün nümunə olacaq".

Rumıniyanın sabiq xarici işlər naziri Lazar Komanesku qeyd edib ki, sülh və bərpa prosesində kifayət qədər zəmanət və əminlik olmalıdır, yoxsa uğur qazana bilməzsən. Onun sözlərinə görə, münaqişənin səbəbləri araşdırmalıdır. Səbəb aydınlaşmadan onun həll yolları tapıla bilməz: "Burada əsas məsələ planları nəzərdən keçirmək deyil, müzakirələr aparmaq, münaqişənin yaratdığı fəsadları başa düşməkdir. Digər tərəfdən də bərpa prosesi olmalıdır. Bu öhdəlik isə beynəlxalq və regional təşkilatlara düşür", - deyə Lazar Komanesku bildirib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qlobal Bakı Forumunun siyasəti formalaşdıranlar üçün mühüm platformaya çevrildiyini bildirib: "Biz hazırda panel sessiyada sülh üçün yenidənqurma proseslərindən danışırıq. Azərbaycan da bir çoxları kimi münaqişənin ağrılarını yaşayır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa prosesi xalqımızın iradəsini göstərir. Daha dayanıqlı şəhərlər yaratmaq istəyirik ki, sakinlər üçün rahat olsun. Hazırda azad edilmiş ərazilərdə tikinti prosesi gedir. Biz ora həyatları və inamı qaytarırıq. Azərbaycan hökuməti azad edilmiş ərazilərdə dövlət büdcəsindən yenidənqurma işlərinə böyük vəsait ayırıb. Çox geniş yol şəbəkəsi çəkilib, səhiyyə, təhsil müəssisələri yaradılıb. Ötən il Qarabağ Universitetinin açılışı oldu. Növbəti beş il ərzində 7000 tələbənin Qarabağ Universitetində təhsil alması planlaşdırılır. Hazırda 150 kilometrlik dəmir yolu inşa olunur. Biz tikinti prosesində ağıllı texnologiyalardan istifadə edirik. Münaqişədən sonra yenidənqurma yolu çox uzundur. Sülhün qurulması isə regional prosesdir. Çağırışlar imkanlara çevrilməlidir", - deyə komitə sədri diqqətə çatdırıb.

Türkiyənin Avropa İttifaqı işləri üzrə sabiq naziri Volkan Bozkır çıxışında ölkəsinin şəhərlərin yenidən qurulması və bərpası ilə bağlı təcrübəsinin müharibə səbəbindən baş vermədiyini bildirib: "Bizim müxtəlif şəhərlərimizdə 3 zəlzələ baş verib, zəlzələ səbəbindən minlərlə insan həyatını itirib. Ancaq bir çox qonşu ölkələrdə bu problem müharibə səbəbindən yaranır. Yenidənqurma proseslərində ilk olaraq maliyyə nəzərə alınmalıdır. Təəssüf ki, yenidənqurmada ehtiyacı olan dövlətlərə verilən maddi yardımın dörddəbiri vasitəçi təşkilatlara gedir”.

O bildirib ki, Türkiyənin yenidənqurma və bərpa təcrübəsi Suriya üçün nümunə olmalıdır. Suriyada qarşıdurmalar səbəbindən infrastruktur olduqca ağır vəziyyətdədir. Ancaq tarix boyu Suriya Yaxın Şərqin əsas dövlətlərindən biri olub. Hazırda Suriya üçün humanitar yardıma ehtiyac var.

“Digər bir nümunə Azərbaycanın Qarabağda apardığı tikinti-quruculuq işləridir. Təəssüf ki, 30 illik işğal dövründə Qarabağ kimi tarixi məkanın mədəni irsinin böyük qismi məhv edilib. Hazırda bərpa prosesi gedir, bunun bağlı Azərbaycanı təbrik etmək istəyirəm. Şəhərlər bərpa olunarkən tarixi abidələr qorunur. Əhalinin Qarabağa qayıtması üçün məktəblər, xəstəxanalar, iş yerləri yaradılır. Azərbaycanın bunun da öhdəsindən gələcəyinə inamım tamdır”, - deyə Volkan Bozkır əlavə edib.

Sinqapur Parlamentinin sabiq üzvü Penni Lov isə çıxışında ölkəsinin uğurlu dövlət kimi tanındığını xatırladıb: “Amma biz bu günlərə elə asan gəlməmişik. İkinci Dünya müharibəsindən sonra Sinqapur dağıntılar altında idi. Çətin yollardan keçərək uğurları qazandıq".

Onun sözlərinə görə, sülh olmadığı təqdirdə təkamül mümkün deyil. İnsanlar məmnun olmalıdır, etibar bərpa edilməlidir.

Penni Lov Qarabağda aparılan bərpa işlərindən də danışaraq, bu istiqamətdə atılan addımları çox cəsarətli baxış adlandırıb.

O, həmçinin qeyd edib ki, çox xaotik dünyada insanlara şüurlu rəhbərlik lazımdır: “Biz liderlər insanların həyatlarına töhfələr veririk. Hər bir vətəndaşın həyatı bizim verdiyimiz qərarlardan asılıdır", - deyə parlamentin sabiq üzvü diqqətə çatdırıb.

Müzakirələrdən sonra panel sessiya öz işini başa çatdırıb.

Qlobal Bakı Forumunda "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası" mövzusunda müzakirələr aparılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycan Kubokunun final oyununun nominal meydan sahibi məlum olub

NDU-da akademik Zərifə Əliyevaya həsr olunan elmi-praktik konfrans keçirilib

Sabah dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycan “Qlobal Kiberidman Tur” adlı tədbirə ev sahibliyi edə bilər

® “Kapital Bank” istifadəçiləri diqqətli olmağa çağırır: Lisenziyasız proqramlardan istifadə təhlükəlidir

Yol qəzası bu dəfə daha çox məktəblilərin istifadə etdiyi svetoforu yararsız vəziyyətə saldı

AQTA-nın sədri Ağsuda vətəndaşların müraciətlərini dinləyib

AMEA-da akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr edilmiş konfrans keçirilib

BDU-da Xalq şairi Osman Sarıvəllinin 120 illik yubileyi qeyd olunub

Azərbaycanla FIBA arasında mövcud və gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Əfqan Nifti: Azərbaycan Avropa və Mərkəzi Asiya arasında əsas qapıdır

Ağstafada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

XİN: Revanşist və etnik nifrətə əsaslanan düşüncənin açıq təzahürləri beynəlxalq səviyyədə pislənməlidir

Tramp: Nizamlanma prosesinin sonunda Krım Rusiyada qalacaq

Zərərçəkmiş şəxs: Ermənistandan Qarabağa adam və silah daşınırdı

“Azərkosmos”un nümayəndəsi: Şirkət daxilində süni intellekt əsasında öyrədilmiş modellər yaratmağa çalışan mütəxəssislərimiz var

“Heydər Əliyev və dini tolerantlıq” mövzusunda elmi konfransın materialları çapdan çıxıb

Almaniyada polis atəşi ilə ölənlərin sayı rekord həddə çatıb

Azərbaycanla Aİ arasında əməkdaşlıq gündəliyinin inkişaf perspektivləri müzakirə edilib

Bağçalarda müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib

GUAM-a üzv dövlətlərdə iqtisadi-ticari əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib

Karbon izini ölç, təbiəti qoru: “Ecotracker” mobil tətbiqi təqdim olundu

"Azərreyl"in kişi voleybol komandası da Azərbaycan çempionu olub

Gürcüstanda sərnişin qatarında yanğın olub

BƏƏ nümayəndəsi: Bakıda texnologiya və kosmik proqramların inkişafı planında qazanılan nailiyyətlər haqqında məlumat aldıq

Keçmiş məcburi köçkün qadınların peşə bacarıqları təkmilləşdirilib

Naxçıvanda kümçülərə 40 qutu ipəkqurdu toxumu paylanılacaq

Sudanlı tələbə: Arzuladığım təhsili BMU-da ala bilirəm

Ekspert: Yaşıl enerji sahəsində Çin-Azərbaycan əməkdaşlığı yüksək potensiala malikdir - MÜSAHİBƏ

“Daimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarlar”ın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Dövlət Kukla Teatrı Ankarada çıxış edib

Pakistan Hindistanın şimalındakı hücumda iştirakını inkar edib

“Hərbi avadanlığın (ləvazimatların), hərbi avadanlıq (ləvazimatlar) hesab edilməyən təhlükə potensiallı, o cümlədən xüsusilə təhlükəli yüklərin (malların) mülki və eksperimental hava gəmiləri ilə daşınmasına icazə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

® “JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir

“Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri tutduğu vəzifədən və siyasətdən gedib

“Mülki hava gəmilərinə sertifikatların verilməsi, növ dizaynında dəyişiklik və ya onların təmiri, onların uçuşa yararlılıq və ətraf mühitin mühafizəsi üzrə tələblərin müəyyən olunması Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Hava gəmilərinin dövlət qeydiyyatının və uçotunun aparılması, mülki hava gəmilərinin dövlət reyestrinə daxil edilməsi və çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

FIBA-nın baş katibi Azərbaycanda basketbolun inkişafını yüksək qiymətləndirib

Binədə qəsdən adam öldürmədə şübhəli bilinən şəxs tutulub

Akademik Zemfira Səfərova haqqında kitab nəşr olunub

İsveçdə yeni vətəndaşlıq alanların sayının xeyli azalacağı gözlənilir

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Bərdədə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Azərbaycanın paralimpiya çempionu “Prezident Kuboku”nda gümüş medal qazanıb

Gürcüstan əhalisinin sayı cüzi artıb

Azərbaycan-Gürcüstan diplomatik münasibətlərindən bəhs edən kitab çap olunub

KOBİA sədri: Türk dövlətləri arasında iqtisadi əlaqələrin inkişafında ticarət platformaları mühüm rol oynayır

14-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələri açıqlanıb

Prezident İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana katolik kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı verib YENİLƏNİB

ADPU-da ötən il 47 elmi-tədqiqat işi tədrisdə tətbiq hüququ qazanıb

Türkiyənin Rusiyadakı sabiq səfiri: Regiondankənar aktorlar Ankara və Bakının sülh səylərinə mane olmamalıdır

Musiqi və incəsənət məktəblərinə elektron ərizə qəbulu başlayıb

Azərbaycanla Avropa Voleybol Konfederasiyası arasında əməkdaşlıq müzakirə olunub

® “SİMA İmza” və “Yelo Bank”dan yenilik: Sahibkarlar banka getmədən kredit götürəcəklər

İradə Aşumova: Afina Olimpiadasında silah sözümə baxmadı, güllə tez açıldı - MÜSAHİBƏ

Gündüz Kərimov: Sahibkarlar qeyri-yaşayış sahələrindəki tikinti amnistiyasından fəal istifadə etməlidirlər VİDEO

Gündüz Kərimov: Sahibkarlar qeyri-yaşayış sahələrindəki tikinti amnistiyasından fəal istifadə etməlidirlər VİDEO

Göygöldə "Dost" kafesində normativ tələblərin pozulduğu müəyyən edilib

“Airbus” nümayəndəsi: “OneSat” peykinin təqdimatında maraqlı tərəfləri əməkdaşlığa dəvət edirik

Vyanada “Əli və Nino”nun öz evinə uzun dönüş yolu” adlı məruzə axşamı təşkil edilib

Nəsimi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib YENİLƏNİB

Cənubi Koreya şirkətinin nümayəndəsi: “Azərkosmos”a iki istiqamətdə əməkdaşlıq təklif edirik

Türkiyəli professor BDU-da tələbələrə ustad dərsi keçib

Prezident İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib  YENİLƏNİB  VİDEO

Prezident İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib  YENİLƏNİB VİDEO

Masallıda restoranda nöqsanlar aşkarlanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağstafada vətəndaşların müraciətlərini dinləyib

Kamran Əliyev: Yeni inzibati binaların açılışı prokurorluq sistemindəki davamlı islahatların və şəffaflığın göstəricisidir

“Azərkosmos” Monakonun peyk operatoru ilə əməkdaşlığa başlayıb

Hindistan DİN bütün Pakistan vətəndaşlarını ölkədən çıxarmağa çağırıb

® “Kapital Bank”ın dəstəyi ilə keçirilən Beynəlxalq Autizm festivalı başa çatıb

Ali nümayəndə: Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır VİDEO

Ali nümayəndə: Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır VİDEO

® Mərkəzi Gömrük Hospitalında Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

DGK sədri: Məhkəmə qərarları hüquqi cəhətdən əsaslı olmalı və onların icrası təmin edilməlidir VİDEO

DGK sədri: Məhkəmə qərarları hüquqi cəhətdən əsaslı olmalı və onların icrası təmin edilməlidir VİDEO

MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq

Avropa Voleybol Konfederasiyasının prezidenti Azərbaycan yığmalarının üzvləri ilə görüşüb

Nazir: Azərbaycanın mina problemi bütövlükdə region üçün ciddi təhlükə mənbəyidir VİDEO

Nazir: Azərbaycanın mina problemi bütövlükdə region üçün ciddi təhlükə mənbəyidir VİDEO

“Sənətkarın dostu” layihəsinin növbəti qonağı Xalq artisti Salman Qəmbərov olacaq

Kaya Kallas: Azərbaycan regionda mühüm tərəfdaşdır VİDEO

Kaya Kallas: Azərbaycan regionda mühüm tərəfdaşdır VİDEO

"Sabah" və "Neftçi" klubları azarkeşlərinə görə cərimələnib

Ceyhun Bayramov: Ermənistanın sürətlə silahlanması region üçün təhlükə mənbəyi olaraq qalır VİDEO

Ceyhun Bayramov: Ermənistanın sürətlə silahlanması region üçün təhlükə mənbəyi olaraq qalır VİDEO

Nazir: Ermənistan Konstitusiyasında Azərbaycan torpaqlarına dair iddiaların aradan qaldırılması vacibdir VİDEO

Nazir: Ermənistan Konstitusiyasında Azərbaycan torpaqlarına dair iddiaların aradan qaldırılması vacibdir VİDEO

Azərbaycan parataekvondoçusu “Prezident Kuboku”nda bürünc medal qazanıb

Azərbaycan kikboksçuları Lavtiyada beynəlxalq turnirdə mübarizə aparacaqlar

Nazir: Aİ-nin ali nümayəndəsinin Azərbaycana səfəri münasibətlərimizin perspektivləri baxımından böyük bir imkandır VİDEO

Nazir: Aİ-nin ali nümayəndəsinin Azərbaycana səfəri münasibətlərimizin perspektivləri baxımından böyük bir imkandır VİDEO

Misli Premyer Liqasında XXXIV turun proqramı açıqlanıb

Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib YENİLƏNİB VİDEO

UEFA Çempionlar Liqasının yarımfinal oyunları bir dəqiqəlik sükutla başlayacaq

ABŞ qoşunlarının Avropadan çıxarılmasının ehtimal olunan nəticələri açıqlanıb

“Rafale” üçün yaxşı və pis xəbər: “F-35” ilə rəqabət çətindir

Həkim və əczaçıların sertifikasiyası ilə bağlı yeni mexanizm tətbiq olunacaq

Yeni Zelandiyanın Oklend şəhərində güclü yanğın baş verib

Şagirdlərə fövqəladə hallarda düzgün davranış qaydaları öyrədilir

Şəhidlər xiyabanında Milli Qəhrəman Albert Aqarunovun xatirəsi anılıb

Lətif Qəndilov: Prezidentlərin razılaşması ən yüksək səviyyədə yerinə yetirilib

Azərbaycanın paralimpiya çempionu “Prezident Kuboku”nda finala yüksəlib

NDU-da “Gənclərin karyera inkişafında təhsilin və innovasiyanın rolu” mövzusunda forum keçirilib

Sertifikasiya imtahanından keçməyən tibb işçilərinin əməkhaqqı 6 ay müddətində qorunacaq

Aprelin 26-da gözlənilən hava şəraiti açıqlanıb

Qəbələdə “Peşə təhsilinin şəhid məzunları” kitabının təqdimatı olub