Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qlobal Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub  YENİLƏNİB VİDEO

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir.

AZƏRTAC xəbər verir ki, Belçikanın sabiq Baş naziri İv Lötermin moderatorluğu ilə keçirilən “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” adlı panel iclasında əvvəlcə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus çıxış edib. O, ABŞ-ın ÜST-dən çıxmasını itki olaraq qiymətləndirərək deyib: “Təcrid olmaq bir seçim deyil. Beynəlxalq əməkdaşlıq vacibdir. Yeganə imkan birgə mübarizədir. ABŞ inkişafa dəstəyin 30 faizini ödəyir. Odur ki, bu maliyyənin ödənilməməsi səhiyyəyə təsir göstərəcək. Məsələn, Qazanılmış İmmunçatışmazlığı Sindromuna (QİÇS) qarşı mübarizəyə və digər sahələrə maliyyə yardımının göstərilməməsi qabaqcıl tədbirlərin görülməməsinə səbəb olacaq. Anbarlarda kifayət qədər dərmanların olmaması, çatdırılmanın gecikməsi müalicəni çətinləşdirir. Burada xüsusilə Afrika qitəsini qeyd etmək lazımdır. Yeddi yüzdən çox laboratoriyanın fəaliyyətini dayandırmalı olacağıq”.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov beynəlxalq münasibətlər sisteminin yeni mərhələdən keçdiyinə diqqət çəkib: “Geosiyasi dəyişikliklər, daha geniş münaqişələr müşahidə olunur. Məhz bu sahədəki böhran çağırışlarının həll variantlarının tapılması olduqca vacibdir. Bir çox təsisatlar təsirli yanaşmalar tətbiq etməyə çalışırlar. Gücün tətbiqindən əl çəkmək, tərəfləri daha çox bir araya gətirmək istəyirlər”.

Nazir bildirib ki, çoxqütblülük qlobal səviyyədə güclərin dəyişməsi, tarazlığın bərpası deməkdir. Dövlətlər ideoloji baxımdan daha sıx işləməyə çalışırlar. İkitərəfli razılaşmalara daha çox üstünlük verilir, nəinki daha böyük razılaşmalara.

“Azərbaycan münaqişələrə və çağırışlara baxmayaraq, tərəfdaşlarla əməkdaşlıq edir. Biz bərabərliyi üstün tuturuq. Azərbaycan çoxtərəfli münasibətlərə önəm verir. Bütün beynəlxalq təşkilatlarla əlaqələr qururuq. Biz milli maraqlarımızı müdafiə edirik, eyni zamanda, digərlərinin maraqlarına hörmət bəsləyirik”, - deyə nazir əlavə edib.

Finlandiyanın sabiq Prezidenti Tarya Halonen çoxqütblü dünyanın hər kəs üçün vacib olduğunu bildirərək vurğulayıb: “Düşünürəm ki, Təhlükəsizlik Şurasının tərkibi daha çoxşaxəli olmalıdır. Hazırda bütün dünyada gedən dəyişikliklər olduqca mürəkkəbdir”.

İspaniyanın sabiq xarici işlər naziri Ana Palasio isə sülhə nail olmağın yolunun qarşılıqlı məsləhətləşmələr olduğunu deyib. Onun sözlərinə görə, çoxqütblülük mövzusunun müzakirə edilməsi olduqca vacib məsələdir.

“Bir çox məsələlər müzakirə olunur. Ancaq əsas düşündürücü məqam bütün proseslərin başlama səbəbidir. İnsanlar süni intellekt, kosmos və insan irqi barədə narahatdırlar. Çalışmaq lazımdır ki, narahatlıq yaradan problemlərin həll yolları axtarılsın. Bu səbəbdən Qlobal Bakı Forumunun çox əhəmiyyətli platforma olduğunu düşünürəm”, - deyə o əlavə edib.

BMT Baş Assambleyasının 62-ci sessiyasının sədri, Şimali Makedoniyanın keçmiş xarici işlər naziri Srgjan Kerim beynəlxalq münasibətlərdə dərin böhran və tektonik dəyişikliklərin olduğunu xatırladaraq qeyd edib: “Biz əsas diqqətimizi qeyri-tarazlığın necə aradan qaldırılmasına yönəltməliyik. Yeni dünya düzənində güclərin tarazlığı olacaqmı, yoxsa maraqların? Bu, ən vacib iki məqamdır”.

O, həmçinin bildirib: “BMT yeganə beynəlxalq universal qurumdur. Onun buraxılması faciəvi səhv olardı. Tarixdən dərs çıxarmalıyıq. Belə bir qurumun mövcud olmaması İkinci Dünya müharibəsinə gətirib çıxardı. Artıq uzun müddətdir ki, BMT-də islahatların aparılmasının vaxtı yetişib. Bu sistem daxilində illərdir həmin istiqamətdə çağırışlar var. Biz əsas diqqətimizi məhz bu məsələyə yönəltməli və sadəcə, çoxqütblü dünyaya uyğunlaşmalıyıq.”

Ərəb Liqasının sabiq Baş katibi, Misirin sabiq xarici işlər naziri Amr Musa beynəlxalq münasibətlərdə ünsiyyətin, qarşılıqlı əməkdaşlığın önəmini xatırladaraq vurğulayıb: “Mən səmimi-qəlbdən ümid edirəm ki, hazırda dünyadakı geosiyasi vəziyyəti olduğu kimi görürsünüz. Bu, gələcəyin gündəmidir. Beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlər birbaşa müharibələrlə əlaqəlidir”.

“Reinventing Bretton Woods” Komitəsinin təsisçisi və icraçı direktoru Mark Uzan son 30 ildə qlobal maliyyə sisteminin bir çox maliyyə böhranı ilə üzləşdiyini bildirərək deyib: “İlk böhran ötən əsrdə başladı. Meksika böhranını xatırlaya bilərsiniz, sonra Kanada maliyyə böhranı gəldi və nəhayət, 2008-ci ilin böyük qlobal maliyyə böhranı baş verdi. Bütün bu böhranlar beynəlxalq əməkdaşlıq mexanizmi sayəsində həll edildi”, - deyə o diqqətə çatdırıb.

Renmin Universitetinin Avropa Araşdırmaları Mərkəzinin direktoru Vanq Yivei isə çoxtərəfliliyi dəstəkləməyin vacibliyini vurğulayıb. O qeyd edib ki, bu, təkcə bir proses deyil, həm də əldə olunan nəticələrə əsasən daha çox üstünlük verilməli yanaşmadır.

“Çin də eyni mövqedədir və biz çoxtərəfliliyin tərəfdarıyıq. Çində biz deyirik ki, hər şey xalqa xidmət üçündür”, – deyə o diqqətə çatdırıb.

Vanq Yivei, həmçinin əlavə edib: “Suriyadan Avropaya axın edən qaçqınların sayına baxdıqda, bunun müxtəlif yan təsirlərlə bağlı olduğunu görürük. Biz dünyada bir ailə kimi yaşamalıyıq”.

Panel mövzu ətrafında müzakirələrlə davam edib.

Qlobal Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub  YENİLƏNİB  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADAU-da “Kənd təsərrüfatı” ixtisasları üzrə hazırlanacaq yeni təhsil proqramlarının işçi qrupunun iclası keçirilib

Sahibə Qafarova: Azərbaycan və Rusiya parlamentləri arasında ikitərəfli görüşlər qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün son dərəcə vacibdir

Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Əhalinin gəlirləri açıqlanıb

“AzerGold” və DMXEİA-nın rəhbərliyi mişardaşı karxanası və əhəngdaşı yataqlarına baxış keçirib

Perunun paytaxtında fövqəladə vəziyyət elan edilib

Manatla olan əmanətlərin həcmi artıb

Qalib Həsənoğlu: Azərbaycanın Qarabağ Zəfərinə və onu ölkəmizə bəxş edən şəxsiyyətə musiqi həsr etmək istəyirəm MÜSAHİBƏ

Bakıda silah-sursat aşkarlanıb

Azərbaycanın olimpiya mükafatçısı taekvondo üzrə beynəlxalq turnirdə 2-ci yeri tutub

Azərbaycandan Almaniyaya təqribən 22 milyon dollarlıq meyvə-tərəvəz ixrac olunub - TƏHLİL

ANAMA: Ötən həftə 1651,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş olub

Agentlik: Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq

Ukrayna ordusu başqa ölkələrin ərazilərində hərbi əməliyyatlarda iştirak edə biləcək

Bakı Dövlət Universiteti və COMSTECH arasında əməkdaşlıq əlaqələri qurulur

Lyova Mnatsakanyan: Məni qondarma rejimin “müdafiə naziri” “vəzifəsi”nə Seyran Ohanyanın təqdimatı ilə Serj Sarkisyan təyin edib

Xankəndi və Xocalı Novruz bayramına hazırlaşır

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

Uşaq Opera Teatrının tanınmış bəstəkarın 75 illiyinə ərməğanı

ABAD məhsulları ABŞ bazarında

Mnatsakanyan: Qondarma rejimin silah-sursat təminatını Ermənistan Müdafiə Nazirliyi həyata keçirirdi

Xarici turistlərin iştirakı ilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda Novruz şənliyi keçirilib

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırıb

Bayram günlərində “ASAN xidmət”in iş rejimi necə olacaq?

Avarçəkmə üzrə Azərbaycan birinciliyi yekunlaşıb, qaliblər mükafatlandırılıblar

Hərbi Prokurorluqla birgə Novruz bayramına həsr olunmuş tədbirlər keçirilib

Vəli Qasımov: “Neftçi” və “Sabah”ın kubokda şansları azdır, çünki həmin yarışda “Qarabağ” da var

Qusarda yerləşən istirahət mərkəzinin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb VİDEO

Bu il xarici ticarətdə artım müşahidə olunub

İsmayıllıda heyvanlardan analizlər götürülüb – Araşdırmalar davam edir

Gediş haqqı nağdsız ödənilən avtobusların sayı açıqlanıb

BMT-nin tarixi qərarı: Azərbaycan əleyhinə manipulyasiyalar puça çıxdı - RƏY

Əmək hüquqlarını pozan “Elay İnşaat” MMC cərimələnib

“Azərenerji”nin nizamnaməsi və strukturu yenidən təsdiq ediləcək

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

Çağırışların fürsətə çevrilməsi

Nəsimi rayonunda orta məktəbdə şagirdlərə narkomaniyanın zərəri barədə məlumat verilib

Laçına ilk ekotur təşkil olunub

“Aşıq sənətində milli-mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi simpozium keçirilib YENİLƏNİB

İlaxır çərşənbədə hava necə olacaq?

15 saylı cəzaçəkmə müəssisəsində narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib

Fransanın nüvə arsenalı böyüklüyünə görə Qərbi təəccübləndirməyib

TİKA-nın nümayəndəsi: Ramazan ayında Azərbaycanda 1900 ailəyə ərzaq yardımı paylanılıb

Psixoloq və mütəxəssislər bullinq mövzusunda məlumatlandırılıb

Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları 2028-ci ilin martınadək uzadıb

Prezidentin müsahibəsi qalib və qürurlu olmağın təntənəsidir ŞƏRH

X.R.Vəliyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanlı rəssamların əsərləri Berlində açılan sərgidə nümayiş olunur

® “FCHAIN” “Caspian Energy Club”ın İdarə Heyətinin seçkilərində səsvermədə sayımı həyata keçirib

® Ekspertlərin görüşü: Azərbaycanın aparıcı anestezioloq-reanimatoloqları könüllü orqan donoru olmağa hazırdır

Xızıda yol qəzasında zərərçəkmiş şəxslərin vəziyyəti qənaətbəxşdir

® “Unibank” biznes sahiblərinin işini asanlaşdırmaq üçün yeni layihə təqdim edir

Abdullah Zubir “Qarabağ”da 300-cü oyununu keçirib

Media: ABŞ-Aİ ticarət qarşıdurması biznesə 9,5 trilyon dollar zərər vura bilər

Mixeil Saakaşvili 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri - Hüseyn Ərəblinski

İsveçin paytaxtı Stokholmda Novruz bayramı münasibətilə tədbir keçirilib

Mütəxəssislər Ayxan Abbasova inanırlar: Öz təcrübəsi ilə milliyə yenilik gətirəcək

Qala Qoruğunda Novruz şənliyi təşkil olunacaq

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tibbi aksiya keçirəcək

MDB parlamentariləri radioaktiv tullantıların idarə edilməsi haqqında Qanun layihəsini təsdiq ediblər

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Şəhidlər xiyabanını ziyarət edib VİDEO

“Səbail” komandasının yeni baş məşqçisi məlum olub

“Ən yaxşı təqdimat” müsabiqəsinin region mərhələsi keçirilir

Donald Tramp martın 18-də Vladimir Putinlə danışacaq

Xaçmazda əməliyyat zamanı külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

“Türkiye” qəzeti: Erməni işğalı Azərbaycana ciddi ziyan vurub

Bakı və Sumqayıt şəhərlərində yaşayan və övladları I sinfə gedəcək valideynlərin nəzərinə

Azərbaycanın yeniyetmə taekvondoçuları Belçikadan 11 medalla qayıdırlar

Rusiya Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üçün “dəmir-beton” təhlükəsizlik qarantiyaları tələb edir

Azərbaycanlı tələbə: Ən böyük arzum ölkəmin kosmik sahə üzrə inkişafına töhfə verməkdir

Göyçayda pomidor ixracı və istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

Qanunsuz ağac kəsilməsi nəticəsində təbiətə 65 min manatdan çox ziyan vurulub

Bakı Novruzu qarşılayır - FOTOREPORTAJ

Ötən ay DSMF 24 minə yaxın vətəndaş müraciətinə cavab verib

“Web of Science” aparıcı elmi nəşrlər bazasında azərbaycanlı alimlərin göstəriciləri artıb

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib YENİLƏNƏCƏK

GDU-da ustad dərsi keçirilib

“Sabah” klubu heç-heçə rekordunu təkrarlayıb

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Ulu Öndərin məzarını ziyarət edib VİDEO

BDU-da orqan donorluğu və transplantasiyasının hüquqi və etik tərəfləri araşdırılır

NBA: Qərb Konfransının lideri mövqeyini möhkəmlədib

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinin və süni torpaq sahəsinin icarə haqqının hesablanması ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Trans-Xəzər marşrutunda nailiyyət: Dəniz nəqliyyatı ilə daşımaların həcmi artır

Çin mütəxəssisləri kosmosda mineralları çıxaracaq robot hazırlayıb

Son iki ayda əlilliyi olan şəxslərə 21,3 min reabilitasiya vasitəsi verilib

“Tarix elmində riyazi metodlardan istifadənin elmi xüsusiyyətləri və əhəmiyyəti” - seminar

Ötən iki gündə 46 kiloqramdan artıq narkotik vasitə aşkar olunub

Məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinalına Şəki-Zaqatala bölgəsi üzrə 1119 şagird vəsiqə qazanıb

Türkiyədə Azərbaycan dili kursları fəaliyyətə başlayıb

DİN: Son iki gündə 103 cinayətin açılması təmin olunub

Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Alimlər xərçəngin qarşısını almaq üçün yeni üsul tapıblar

“Bakı Metropoliteni” “Koroğlu” stansiyasında yaranan sıxlıqla bağlı açıqlama yayıb

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Romada Novruz bayramı münasibətilə konsert təşkil olunub

BANM-in komandası “Nə? Harada? Nə zaman?” çempionu oldu

® “AccessBank” QSC “Endpoint Central” üzrə tender elan edir