QLOBAL CƏMİYYƏTİN GƏLƏCƏYİ
Dünyanın bir çox ölkələrinin alim və mütəxəssislərinin qoşulacağı konfransda ölkəmizi QHTA-nın respublikamızdakı milli nümayəndəsi, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumunun sədri Fuad Məmmədov təmsil edəcəkdir. Onun məruzəsi dünya mədəniyyətinin inkişafının aktual problemlərinin kulturoloji təhlilinə, böhran hallarının aradan qaldırılmasında, dünya mədəniyyətinin bərqərar olunmasında, milli və qlobal miqyasda sosial-mədəni tərəqqi əldə edilməsində yeni baxışlara həsr olunacaqdır.
Konfrans zamanı interaktiv sessiyalar, simpoziumlar, treninqlər, regional görüşlər, sərgilər keçiriləcəkdir. İştirakçılar qlobal cəmiyyətdə etikanın və sosial mədəniyyətin formalaşdırılması problemlərini, Qeyri-Hökumət Təşkilatlarından daha fəal istifadə olunması imkanlarını müzakirə edəcəklər. Bundan əlavə, dünya mədəniyyətinin və etik mədəniyyətin formalaşmasında, cəmiyyətin təhlükəsizliyində Qeyri-Hökumət Təşkilatlarının rolu, təhsilin və səhiyyənin inkişafı, insan hüquqları, əhalinin məşğulluğu, yoxsulluğun azaldılması, ailənin, qadınların və gənclərin inkişafı, ətraf mühitin mühafizəsi problemləri də diqqət mərkəzində olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]