Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Qlobal İnnovasiya İndeksi - 2023” reytinqində Azərbaycan göstəricilərini dörd pillə yaxşılaşdırıb

“Qlobal İnnovasiya İndeksi - 2023” reytinqində Azərbaycan göstəricilərini dörd pillə yaxşılaşdırıb

Bakı, 28 sentyabr, AZƏRTAC

132 ölkəni əhatə edən Kornel Universiteti (ABŞ), INSEAD Biznes Məktəbi (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) sayca 16-cı birgə nəşri - 2023-cü il Qlobal İnnovasiya İndeksi (Qİİ) ÜƏMT-də təqdim edilib.

AZƏRTAC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Əqli Mülkiyyət Agentliyinin birgə məlumatına istinadla xəbər verir ki, cari ilin Qİİ reytinqi innovasiya fəaliyyətinin potensialı, səmərəliliyi və çərçivə şərtlərini əhatə edən 81 indikator əsasında tərtib edilib. Təhlil edilən indikatorlar qanunvericilik, elm və təhsildən tutmuş bazar, biznes, infrastruktur və s. məsələlərin inkişafına qədər geniş məlumatlar dairəsini ehtiva edir. Qİİ-nin dərc edilməsinin əsas məqsədi ölkələrin innovasiya fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsindən ibarətdir.

Qİİ-2023 reytinqi innovasiya fəaliyyətinin iki əsas - "innovasiya resursları" və "innovasiya nəticələri" alt indeksinlərinə daxil olan 7 qrup indikatordan ibarətdir.

"İnnovativ resurslar" alt indeksi: 1- təsisatlar; 2 - insan kapitalı və elm; 3 - infrastruktur; 4 - daxili bazarın inkişafı və 5 - biznesin inkişafı olmaqla beş qrupa bölünməklə, ölkələrin iqtisadiyyatının elementlərini dəyərləndirməyə imkan verir.

"İnnovativ nəticələr" alt indeksi: 6 - bilik və texnologiyaların yayılması və 7 - kreativ fəaliyyətin nəticələri adlı iki qrupa bölünməklə, innovasiya fəaliyyətinin faktiki nəticələrini əks etdirir.

2023-cü ilin Qİİ-nin lideri İsveçrədir, onun ardınca İsveç, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Sinqapur gəlir. Ən innovativ ölkələrin ilk onluğuna eləcə də Niderland, Koreya, Almaniya, Finlandiya və Danimarka daxildir. Çin reytinqdə 12-ci yeri tutaraq ikinci onluğa daxil olub.

Postsovet ölkələri arasında ən yaxşı göstəricilər Estoniyada - 16-cı yer, Litvada - 34-cü yer və Latviyadadır - 47-ci yer. Rusiya 51-ci yerdədir.

2023-cü ilin reytinqində Azərbaycan 2022-ci illə müqayisədə göstəricilərini dörd pillə yaxşılaşdıraraq 89-cu yerdə qərarlaşıb. Eyni zamanda qeyd olunmalıdır ki, əgər ötən il Azərbaycan 90-cı yerdən başlayan müqayisəli göstəricilərə malik dövlətlər qrupunda qərarlaşmışdısa, 2023-cü ildə - 85-ci yerdən başlayan dövlətlər qrupundadır.

2023-cü ildə Azərbaycanın “innovasiya resursları” alt indeksi üç pillə yaxşılaşaraq 76-cı yerdədir. "İnnovativ resurslar" alt indeksi üzrə Azərbaycan reytinqdə postsovet dövlətləri məkanında Ukraynanı (78), Moldovanı (81), Ermənistanı (83), Belarusu (88), Qırğızıstanı (94), Tacikistanı (109) qabaqlayır. Bununla belə, ölkənin “innovasiya nəticələri” alt indeksi “innovasiya resursları” alt indeksindən 28 bənd aşağıdır (geridir).

Azərbaycanın güclü tərəfləri kimi Qİİ-nin tərtibatcıl-ekspertləri dövlət idarəetmə orqanlarının rolunu əks etdirən institutlar bloku qeyd edilir. İnstitutlar bloku bu siyahıda - yüksək 42-ci yeri tutur.

İnstitutlar blokunda Azərbaycan postsovet məkanında Özbəkistanı (55), Qazaxıstanı (61), Ermənistanı (69), Tacikistanı (90), Moldovanı (96), Ukraynanı (100), Rusiyanı (110), Qırğızıstanı (122), Belarusu (128) qabaqlayır. Bu blokda “institusional mühit” istiqamətini - 54-cü yer, eləcə də ötən illə müqayisədə 23 pillə yaxşılaşan “hökumətin səmərəliliyi” göstəricisini - 58-ci yeri qeyd etmək lazımdır. Bu blokda “biznes mühiti” (17-ci) və "biznesin aparılması siyasəti" (22-ci) indikatorları yüksək yerlər tuturlar.

Azərbaycan “insan kapitalı və elm bloku” üzrə MDB ölkələri Özbəkistanı (89), Ermənistanı (92) və Tacikistanı (99) qabaqlayaraq, reytinqdə 87-ci yeri tutub. Bu il Azərbaycan təhsil inteqral göstəricisi üzrə 76-cı yerdə qərarlaşıb ki, bu da ötən illə müqayisədə 16 pillə yaxşıdır. Bu sahədə Azərbaycan MDB daxilində Özbəkistanı (78), Tacikistanı (90), Ermənistanı (93) qabaqlayır. Bu blokda yüksək yerləri “tələbə-müəllim nisbəti” - 17-ci, “tələbələrə dövlət sərmayəsi” - 28-ci, “tədqiqatçılar” 44-cü yer, “elm və texnologiya sahəsi üzrə məzunlar” 47-ci yer indikatorları tutur. “Tədqiqat və inkişaf” üzrə inteqral göstərici 2022-ci ildəki 76-cı yerdən 2023-cü ildə 73-cü yerə yüksələrək öz mövqeyini yaxşılaşdırıb.

“İnfrastruktur” blokunda ötən illə (71) müqayisədə “elektrik enerjisinin istehsalı” göstəricisi 4 pillə yaxşılaşıb - 67-ci yer.

Daxili Bazarın İnkişafı bloku üçün göstəricilərin əhəmiyyətli hissəsi üzrə məlumat reytinqdə əksini tapmayıb.

Azərbaycan “Biznesin inkişafı” bloku üzrə aşağıdakı postsovet ölkələrini qabaqlayaraq, reytinqdə 64-cü yeri tutub: Belarus (74), Qazaxıstan (75), Özbəkistan (78), Ermənistan (94), Moldova (101), Tacikistan (110), Qırğızıstan (114).

“Biznesin İnkişafı” blokunda “Universitetlər və sənaye sahəsi arasında elmi-tədqiqat və təcrübi-konstruktor işləri sahəsində əməkdaşlıq”- 25-ci yer, “klaster inkişafı” - 28-ci yer- indikatorları yüksək yerləri tuturlar.

“Elmi dərəcəsi olan məşğul qadınlar” 55-ci yer, (əvvəlki göstərici -57), “biznes tədqiqat və araşdırmaların maliyyələşdirilməsi” 57-ci yer, “əqli fəaliyyət işçiləri” indikatoru 62-ci yerə (65) ə yüksəlib. Bu blokda Azərbaycan “innovasiya əlaqələri” üzrə 48-ci yeri tutub və ötən illə müqayisədə (56-cı yer) reytinqini 8 pillə yaxşılaşdırıb.

“İnnovasiya nəticələri” alt indeksi mühüm nəticəvi indeksdir. Əgər “innovasiya resursları” alt indeksi innovasiya üçün əlverişlilik səviyyəsini əks etdirirsə, “innovasiya nəticələri” alt indeksi bu sahədə nailiyyətləri əks etdirir. Bu alt indeks nə qədər yüksək olarsa, bir o qədər innovativ imkanlardan tam və rasional istifadə olunur.

Biliklər və texnologiyaların nəticələri blokunda ixtiralar - 63-cü yer (ötən il 71-ci yer), PCT patentləri - 87-ci yer ( ötən il 91-ci yer) və faydalı modellər - 49-cu yer tutmaqla, əqli mülkiyyət indikatorları siyahıda mövqelərini nisbətən yaxşılaşdırıb. “Biliyin təsiri” istiqaməti üzrə “əmək məhsuldarlığının artımı” indikatoru 20 pillə yaxşılaşaraq - 62-ci yerə (ötən il 82-ci yer), “startapların dəyərləndirilməsi” indikatoru isə 48-ci yerə çıxıb.

“Kreativ fəaliyyətin nəticələri” blokunun “qeyri-maddi aktivlər” istiqamətində “əmtəə nişanları” əqli mülkiyyət indikatoru 66-cı yeri tutaraq, ötən illə müqayisədə tutduğu yeri 14 pillə yaxşılaşdırıb. Qeyd etmək lazımdır ki, Azərbaycan üzrə “əmtəə nişanları” indikatoru MDB çərçivəsində Qazaxıstanı (85), Belarusu (88), Tacikistanı (104), Qırğızıstanı (102) qabaqlayıb.

Eyni zamanda, qeyd etmək lazımdır ki, reytinqin bütün indikatorlar kompleksini əhatə edən hər iki alt indeks, “innovasiya resursları” və “innovasiya nəticələri” çox mühüm əhəmiyyətə malikdir. "İnnovasiya nəticələri" və "innovasiya resursları" alt indeksləri bir-birlərinə qarşılıqlı olaraq bağlıdırlar. Çünki innovativ nəticələri maddi, maliyyə, intellektual, təşkilati resurslar qoymaqla əldə etmək olar. Azərbaycan bu sahədə mühüm nəticələr əldə etmək üçün müasir institutlar yaradıb, insan kapitalını, elm və təhsil potensialını inkişaf etdirir, səmərəli biznes modellərini tətbiq edir, İKT sektorunu fəal şəkildə inkişaf etdirir, ölkənin inkişafına mühüm resurslar yatırır. Bu isə Qİİ-nin yaxşılaşdırılması üçün ehtiyatdır. Qİİ-nin tərtibatçı-ekspertlərinin qeyd etdiyi kimi, “Azərbaycan innovasiyalara investisiya qoyuluşu ilə müqayisədə onların nəticələrindən daha yüksək göstəricilər nümayiş etdirir”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moskvada avtomobil zavodunda baş verən yanğın lokallaşdırılıb

BMT Qəzzada zolağında yayılan xəstəliklərlə bağlı xəbərdarlıq edib

Monteneqroda əhalinin siyahıyaalınması prosesi başlayıb

Filippin sahillərində növbəti zəlzələ qeydə alınıb

Türkiyə Prezidenti Qətərə gedir

Ciorcia Meloni: Qərbi Balkan ölkələri Aİ-yə qoşulmayanadək Avropanı birlik adlandırmaq olmaz

Azərbaycan dövləti hər zaman Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğı göstərib

İsrail Qəzzanın cənubunda aktiv hərbi əməliyyatlar keçdiyini açıqlayıb

Musiqili Teatrda Qazaxıstan Mədəniyyət Günləri çərçivəsində "Qaragöz" tamaşası nümayiş olunub

Filarmoniyasında Mariya Kallasın 100 illiyinə həsr olunmuş konsert keçirilib

Bakıda “Disney” studiyasının 100 illiyi qeyd olunub

Vaxtanq Maisaya: Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər

Yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı işdən çıxarılıb

Şirvanda küçələrin asfaltlanması işləri görülür

Giorgi Qoqua: Ermənistan Zəngəzur dəhlizinin əhəmiyyətini dərk etmir

Papa Fransisk ənənəvi “Angelus” duasını yenə videobağlantı ilə edib

Saatlı sakini babasından qalmış yivli silahı könüllü olaraq polisə təhvil verib

İtaliyanın Baş naziri Belqradda Serbiya Prezidenti ilə görüşüb

Marneulidə Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş bilik yarışması

COP28 çərçivəsində Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialı ilə bağlı təqdimat olub YENİLƏNİB

Bəzi beynəlxalq qüvvələr Cənubi Qafqazda münaqişənin yenidən artmasını istəyir - ŞƏRH

Azərbaycanın energetika naziri COP28 çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcək

Gəncə Dövlət Filarmoniyasında ilk layihə təqdim olunub

Xəzərsahili dövlətlərin xarici işlər nazirlərinin görüşü keçiriləcək

Rəşt-Astara dəmir yolu tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdıracaq

ABŞ Hind-Sakit Okean regionunda ortamənzilli raketlər yerləşdirəcək

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Lissabon sammitindəki diplomatik uğurumuz tarixi Zəfərimizə dayanıqlı beynəlxalq zəmin yaratdı - ŞƏRH

Filippin sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

Xarici ölkələrdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər

Bəzi dağlıq rayonlarda dumana görə yollarda görünüş məsafəsi məhdudlaşacaq

Münhen hava limanında 500-dən çox reys təxirə salınıb VİDEO

Ağsu və Mingəçevir sakinləri odlu silahları polisə könüllü təhvil veriblər

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq yarışda 1-ci yeri qazanıb

Sabah paytaxtda şimal-qərb küləyi əsəcək

Aşqabadda keçirilən “Qış Milli Mətbəx Xeyriyyə Festival”ında Azərbaycan da təmsil olunub

Türkiyə vətəndaşlarının Qəzzadan təxliyə işləri bərpa edilib

İcma: BMT-nin xüsusi məruzəçisinin iddialarını kəskin şəkildə pisləyirik

Azərbaycan nümayəndə heyəti Çində Dünya Media Sammitində iştirak edir VİDEO

Qərbi Azərbaycan İcması Fransız-alman Arte kanalında yayımlanan reportajla bağlı bəyanat yayıb

Ukrayna ərazisinə qanadlı raket və kamikadze dronları ilə hücum edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Nəsimi, Səbail və Xətai rayonlarında içməli suyun verilişində məhdudiyyətlər olacaq

“Times of Israel”: İsrail əməliyyatdan sonra Qəzzaya qoşun yeritməyəcək

Azərbaycan çempionatında 41 komandadan 167 boksçu mübarizə aparacaq

Paraqvaylı deputat təyyarə qəzasında həlak olub

DYP sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı sürücülərə müraciət edib

Bu gün Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür

Nizami rayonunda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb - YENİLƏNİB-2

Peruda silahlı şəxslərin hücumu nəticəsində 9 nəfər həlak olub

Mumiyalanmış “yadplanetlilərin” qalıqlarında naməlum DNT-yə rast gəlinib

Filippin universitetində baş verən partlayışda 3 nəfər ölüb, 40-dan çox yaralı var

DİM xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirir

Zooloqlar delfinlərin Yerin maqnit sahəsini hiss etdiklərini üzə çıxarıblar

“Toyota” avtomobillərinin yanacaq sistemində ciddi problem aşkarlanıb

İqlimşünaslar bu mövsüm rekord dərəcədə isti qış proqnozlaşdırırlar

Yaşıl Əjdaha ili: 2024-cü ilin Şərq təqvimi nə vəd edir?

Almaniyanın “Rheinmetall” konserni Ukraynada zirehli texnika istehsalına başlayacaq

Filippinin cənubunda “Daula İslamiyyə” qruplaşmasının 11 üzvü öldürülüb

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

Çin yeni respirator xəstəliklər dalğasını məlum olan yoluxucu viruslarla əlaqələndirib

Fiziki məhdudiyyətli uşaqların bacarıqları inkişaf etdirilir

GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək

ABŞ gələn il orbitə 20-dən çox hərbi məqsədli peykin buraxılmasını planlaşdırır

Şamaxıda “Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktiki konfrans təşkil olunub

“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Sumqayıtda Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub

Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib

Birgünlük kirayə evlər 20-60 manata təklif olunur – Gədəbəyin qış turizmi VİDEOREPORTAJ

AVRO-2024: Final mərhələsinin püşkü atılıb, Türkiyə millisinin rəqibləri məlum olub

Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir

Beynəlxalq Muğam Mərkəzində "HasSak” ansamblının konserti olub

Laçın rayonunun işğaldan azad olunması və yaranan hərbi infrastruktur – AÇIQLAMA

Filippin sahillərində 6,4 bal gücündə daha bir zəlzələ olub

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib VİDEO

Ölkəmizdə Qazaxıstan mədəniyyəti günləri keçirilir

Həştərxanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin iştirakçıları mükafatlandırılıblar

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Prezident İlham Əliyev Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak edib  YENİLƏNİB VİDEO

Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimatı olub

İtaliya qəzeti: Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var

Filippində 7,5 bal gücündə zəlzələ baş verib

Son 20 il ərzində ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb

Futbol üzrə Avropa çempionatının mükafat fondu bəlli olub

Mikayıl Cabbarov: Azərbaycan istixana qazı emissiyalarının 2050-ci ilədək 40 faiz azaldılmasını hədəfləyir

Almaniya millisi gənclər arasında futbol üzrə dünya çempionatının qalibi olub

Naxçıvanda Mühasiblər Forumu keçirilib

Gəncədə quyuya düşən şəxs xəstəxanada ölüb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası keçirilib

Azərbaycan Premyer Liqasında XV tur heç-heçə ilə başlayıb

Millətlər Liqası: Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb

Türkiyə ölkə tarixinin aylıq ixrac rekordunu yeniləyib

Bakı və Sumqayıtda atmosfer havasında dispers toz hissəciklərinin miqdarı normanı ötüb

Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilmiş uşaq festivalı keçirilib

Nazir: SOCAR 2035-ci ilə qədər metan tullantılarını sıfıra endirəcək

Masallı sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

Səhiyyə Nazirliyi Mingəçevirdə fləş-mob keçirib

Azərbaycanlı futbolçu Albaniya çempionatında beşinci qolunu vurub

Bakıda narkotik vasitələrin təsiri altında avtobus idarə edən sürücü saxlanılıb VİDEO

Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib VİDEO