Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub VİDEO

Qobustan, 20 iyun, G.Mahmudlu, M.Cəfərov, S.Məcnun, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən Qobustan Rayon Mərkəzi Xəstəxanasına (RMX) mediatur təşkil edilib.

Səfərin məqsədi media və Qeyri Hökumət Təşkilatlarının nümayəndələrini xəstəxananın fəaliyyət istiqamətləri, yeniliklər, nəzərdə tutulan planlar, eləcə də icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərlə tanış etməkdən ibarət olub.

AZƏRTAC xəbər verir ki, xəstəxanada keçirilən tədbirdə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu bildirib ki, birlik tərəfindən tabeli tibb müəssisələrində əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin olunması, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir: “2025-ci ilin ilk 5 ayı ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ümumilikdə 10 milyon 546 min 23 müraciət qeydə alınıb. Bunlardan 219 min 180-i stasionar, 10 milyon 326 min 843-ü ambulator olub. Eyni dövr ərzində vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 37 milyon 481 min 249-a bərabər olub ki, onlardan 4 milyon 889 min 729-nu stasionar, 32 milyon 591 min 520-ni ambulator xidmətlər təşkil edib”.

Elnur Hidayətoğlu əlavə edib ki, TƏBİB-in kommunikasiya strategiyasına uyğun olaraq, tabeli tibb müəssisələrində ictimaiyyətlə əlaqələr işi təkmilləşdirilir, bu istiqamət üzrə fəaliyyətlərə ixtisaslı kadrlar cəlb olunur, onların bilik və bacarıqlarının artırılması üçün mütəmadi təlimlər keçirilir, eləcə də mütəxəssislərin fəaliyyəti qiymətləndirilir.

İTSDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova deyib ki, icbari tibbi sığortanın tətbiqindən sonra Qobustan RMX-də daha əvvəl icra olunmayan cərrahi əməliyyatlara start verilib: “Ən mühüm dəyişikliklərdən biri artıq xəstəxanada ginekoloji, o cümlədən qeysəriyyə, LOR, oftalmoloji, uroloji və travmatoloji əməliyyatların icrası ilə bağlıdır. Son 1 il yarım ərzində 1100-ə yaxın cərrahi əməliyyat həyata keçirilib ki, bu da regionda tibbi xidmətlərə əlçatanlığın artdığını göstərir. Bundan əlavə, icbari tibbi sığortanın tətbiqi ilə xəstəxananın strukturunda yeni şöbələr yaradılıb. Yeni yaradılan Fizioterapiya şöbəsində ötən ildən bu günə qədər 12 minə yaxın fizioterapevtik xidmət göstərilib ki, bu da xüsusilə reabilitasiyaya ehtiyacı olan pasiyentlər üçün mühüm əhəmiyyət daşıyır”.

Daha sonra Qobustan RMX-nin direktoru Günay Muradova müəssisənin fəaliyyəti, strukturu və həyata keçirilən işlər barədə məlumat verib. O bildirib ki, hazırda xəstəxananın nəzdində 3 ailə sağlamlıq mərkəzi, 5 tibb məntəqəsi, 10 kənd həkim məntəqəsi var və həmin müəssisələrdə 350 nəfər çalışır. Tibb müəssisələrində çarpayı fondunun ümumi sayı isə 70-dir. Qobustan RMX-də cərrahiyyə, ginekologiya, pediatriya, terapiya, təcili tibbi yardım, yoluxucu xəstəliklər, şüa-diaqnostika, fizioterapiya şöbələri və laboratoriya fəaliyyət göstərir. “2023-cü il ərzində Qobustan RMX-yə 75 min 600 ambulator, 790 stasionar və 10 min 200 təcili tibbi yardım üzrə müraciət daxil olub. 2024-cü ildə və 2025-ci ilin ilk 5 ayında ambulator xidmət üzrə 136 min 400, stasionar xidmət üzrə 2 min 600, təcili tibbi yardım üzrə 16 min 400 müraciət qeydə alınıb. 2025-ci ilin ilk 5 ayında həyata keçirilən əməliyyatların ümumi sayı 155, doğum sayı 12, radioloji xidmətlərin sayı 22 min 900, laborator xidmətlərin sayı isə 65 min 800 olub”.

Günay Muradova deyib ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili üçün xəstəxana müasir tələblərə cavab verən tibbi avadanlıqla təchiz olunub. "Region əhalisinə hərtərəfli tibbi xidmət göstərilməsi üçün xəstəxanada geniş imkanlar yaradılıb. Xəstəxana exokardioqrafiya (EXO), çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal ultrasəs müayinə cihazı, teleskopik rentgen, rəqəmsal DR rentgen qurğusu, laparoskop, exokardioqrafiya və digər müasir maddi-texniki avadanlıqlarla tam təchiz edilib. Bundan əlavə, tibb müəssisəsində bir sıra yeniliklər həyata keçirilib. Yeni tibbi cihazlar alınıb, ixtisaslaşmış həkim-mütəxəssislər işə qəbul edilib, həmçinin LOR, oftalmoloji, uroloji, laporoskopik və travmatoloji əməliyyatların icrasına başlanılıb”, - deyə o vurğulayıb.

Günay Muradova xəstəxananın qarşısına qoyduğu hədəflər barədə də danışıb. O diqqətə çatdırıb ki, əməliyyatların sayının artırılması, Regional travmatoloji, oftalmoloji və LOR mərkəzlərinin yaradılması, fizioterapiya şöbəsinin stasionar xidmət formatına keçirilməsi xəstəxananın əsas məqsədlərindəndir.

Daha sonra mediatur iştirakçıları xəstəxananın müvafiq şöbələrinə baxış keçiriblər və tibb müəssisəsində müayinə olunublar.

 

Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanda yaşayan soydaşlarımıza bədii kitablar verilib

Van İ: ABŞ Çinə bərabər, hörmətli və qarşılıqlı faydalı şəkildə davranmalıdır

Deputatların təşəbbüsü ilə vəkillər daha 5 rayonda vətəndaşlara hüquqi yardım göstəriblər

Almaniyada sərnişin avtobusu aşıb, altı nəfər xəsarət alıb

"Azərişıq" ASC-nin keçirdiyi müsabiqənin nəticələri açıqlanıb

Azərbaycan Respublikası və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib

"Beşiktaş" Orkun Kökçü üçün "Benfika" ilə danışıqlara başlayıb

"Atletiko"nun sabiq futbolçusu "Turan Tovuz"a keçib

"Qarabağ" növbəti transferini həyata keçirib

Almaniya hökuməti sualtı qayıqlar istehsalı şirkətində təhlükəsizlik maraqlarını gücləndirmək niyyətindədir

Marneulidə soydaşlarımıza təmənnasız hüquqi yardım göstərilir

Laçında ceyran balasına süd verərkən görüntülənib

ABŞ-ın tətbiq etdiyi yeni qəhvə tarifləri Braziliya bazarını silkələyib

Dağıstanında sudan kütləvi zəhərlənmədən sonra kommunal təsərrüfat rəhbəri həbs edilib

Mariam Kvrivişvili: Azərbaycanda çox məhsuldar görüşlərimiz oldu

Yaponiya, ABŞ və Cənubi Koreya Pxenyana qarşı əməkdaşlığı bir daha təsdiqləyib

Bakı Ali Neft Məktəbində “Məzun günü” keçirilib

Azərbaycan əraziləri Ermənistanın işğalı altında olan zaman əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ

“Volkswagen” şirkəti ilk dəfə olaraq Çindəki zavodlarından birini bağlayır

"Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verildi

Milli Məclisin sədri Srebrenitsa qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib

Ölkə və beynəlxalq arenalarda uğur qazanan Naxçıvan idmançıları mükafatlandırılıb

Əcnəbilərin Gürcüstanda qalmaq şərtləri dəyişir

Şəki-Zaqatala rayonlarının aqroturizm məkanlarına mediatur təşkil edilib VİDEO

Şəki-Zaqatala rayonlarının aqroturizm məkanlarına mediatur təşkil edilib VİDEO

YAP-ın təşkilatçılığı ilə “Tərəqqi yolunun başlanğıcı: müstəqil və qüdrətli Azərbaycan naminə” mövzusunda tədbir keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzi ilin ilk yarısını uğurla başa vurub

Britaniyaya bir gündə 573 miqrant qanunsuz daxil olub

Bişkekdə “Çınqız akılı” və “Çınqızın müdrikliyi” kitablarının təqdimatı keçirilib

UNESCO-da Azərbaycanın mədəni irs abidələrini qorumasından danışılıb

“Qarabağ” “Tvente” ilə ilk oyunda əzmkar qələbə qazanıb

Tural Gəncəliyev: Sülhə aparan ən uğurlu yol vasitəçilərsiz, təkbətək formatlı danışıqlardır

Londonda 17 mərtəbəli binada yanğın başlayıb

Süleymaniyyədə PKK terrorçularının tərk-silah prosesinin ikinci mərhələsi olacaq

Dünya səyyahları Laçında yaradıcılıq mərkəzləri ilə tanış olublar  YENİLƏNİB FOTO

Serbiya millisinin sabiq futbolçusu Azərbaycan klubuna keçib

Koalisiya hökumətində yer alan partiyalar arasında Konstitusiya Məhkəməsinə hakim təyinatı məsələsində fikir ayrılığı yaranıb

Polis ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edib VİDEO

Polis ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edib VİDEO

“Əkinçi” qəzetinin 150 illiyinə ithaf olunmuş kitab nəşr edilib

“Trabzonspor”un anlaşdığı futbolçu Türkiyəyə gəlib

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29,6 milyard manatlıq məhsul satılıb

Xocasəndə 20 yaşlı qızın binadan yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Konfrans Liqası: “Zirə” – “Hayduk” matçının hakimləri bəlli olub

İqtisadi Şuranın iclası keçirilib

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

Deputat: Azərbaycan və Ermənistan yekun sülhə bir qədər də yaxınlaşdı

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda iyul ayının pensiyaları ödənilib

Növbəti depozit hərracları keçirilib

Yanvar-may aylarında Azərbaycan 161 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib

AQTA: Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

“Roma” qapıçısı ilə müqavilənin müddətini uzadıb

Bakı, Sumqayıt, Lənkəran və Xaçmazda ağac və kolların qanunsuz kəsilməsi faktları aşkarlanıb

TƏBİB: Bakı, Sumqayıt və Abşerondakı nümunəvi tibb müəssisələrinin region xəstəxanalarına dəstək göstərməsi nəzərdə tutulub

Bakı şəhərinin Baş planının icrası istiqamətində görülən işlər müzakirə edilib

İqtisadi fəal əhalinin sayı açıqlanıb

Fərdi sahibkarların sayı 1 milyon 416 mini ötüb

Dünya Seriyası: Azərbaycan millisinin Sinqapur və Ukrayna ilə oyunlarının saatı bəlli olub

Bank və digər kredit təşkilatlarının kredit portfeli 13,9 faiz artıb

Bakıda “Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı beynəlxalq tədbir keçirilib VİDEO

Bakıda “Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı beynəlxalq tədbir keçirilib VİDEO

Birinci yarımildə hər sakin orta hesabla 670,7 manatlıq ödənişli xidmətlərdən yararlanıb

AAYDA sədri Kəlbəcər rayonunda həyata keçirilən yol layihələrinə baxış keçirib

Ölkədə 62 milyard manatlıq ÜDM istehsal olunub

Əhalinin nominal gəlirləri artıb

Sifariş başqa, gələn başqa? Yeni texnologiya bu problemi həll edir VİDEO

Sifariş başqa, gələn başqa? Yeni texnologiya bu problemi həll edir VİDEO

Azərbaycan Əbu-Dabidən dünyaya sülh mesajı verdi VİDEO

Azərbaycan Əbu-Dabidən dünyaya sülh mesajı verdi VİDEO

Əmanətlərin 67,3 faizi milli valyutada qoyulub

Komitə sədri Balakəndə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Roma şəhərində keçirilən Ukraynanın Bərpası Konfransında təmsil olunub

Sənayedə qeyri-dövlət sektorunun payı 79,8 faiz olub

"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başa çatıb

4SİM-in icraçı direktoru: "Sənaye 4.0" ekosistemi üçün beynəlxalq tərəfdaşlıqlar genişləndirilir

Sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarət edən Monitorinq qrupu yaradılır

Ağdam Sənaye Parkında dəmir qapı istehsalı müəssisəsi yaradılacaq

“AccessBank” və Xəzər Universitetindən birgə inkişaf təşəbbüsü

Laçından ilk dəfə poçt vasitəsilə İrlandiyaya məktub göndərilib

FHN avtomobil ehtiyat hissələri mağazasının fəaliyyətini dayandırıb

Ukraynalı uşaqlar üçün Bakı turu təşkil edilib VİDEO

Ukraynalı uşaqlar üçün Bakı turu təşkil edilib VİDEO

BMU ilə Tsinghua Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olunub

“Yay Fest 2025”in ilk həftəsi başa çatıb

XİN Azərbaycan nümayəndəsinin ICDO-nun Baş katibi vəzifəsinə seçilməsinə dair məlumat yayıb

Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin prioritet inkişaf istiqamətləri nəzərdən keçirilib

ABŞ və Britaniya aeroportlarında yoxlama zamanı bəzi məhdudiyyətlər aradan qaldırılıb

“Kəlağayı” layihəsinin rəhbəri: Hər birimiz şəhid analarına borcluyuq

Azərbaycan kino sənayesinin təkcə regionda deyil, beynəlxalq miqyasda da tanıdılması hədəflənir

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

UNESCO: İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycanda nikahların sayı artıb

Azərbaycanı FIBA Avropa Kubokunda təmsil edəcək komandalar məlum olub

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında hesabatlar dinlənilib

“Turan Tovuz” yerli futbolçu ilə vidalaşıb

Azərbaycan basketbol millisinin üzvü: Qələbə enerjimizi saxlamalı və sabahkı matçlarda qalib gəlməliyik

İyulun 16-18-də Bakı İlahiyyat Kollecində Dini-psixoloji komissiya fəaliyyət göstərəcək

Sabunçuda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs tutulub VİDEO

Sabunçuda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs tutulub VİDEO

Kiyevdə “Şahed”lərin PUA vasitəsilə zərərsizləşdirilməsi sistemi buraxılacaq

Azərbaycanda beş ayda 39 minə yaxın körpə doğulub

Rəşad Əzizov: Məqsəd yerli şirkətlərin dünya standartlarına çata bilməsinə təkan verməkdir

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artır

Rəşad Əzizov: Əminik ki, yaxın gələcəkdə inkişaf etmiş ölkələrin kino sənayesinin Azərbaycana marağı daha da artacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycanda film istehsalına dövlət dəstəyi: xərclər qismən geri ödənəcək