REGİONLAR
Qobustanda heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb
Qobustan, 15 dekabr, AZƏRTAC
Qobustan rayonunda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindəndir və cari ilin on bir ayında bu sahə ilə məşğul olan fermerlər və fiziki şəxslər əsas sahələr üzrə məhsul istehsalında artıma nail olublar.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yola salmağa hazırlaşdığımız 2022-ci ilin yanvar-noyabr aylarında 5940,8 ton ət istehsal edilib. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 84,5 ton çoxdur. Süd istehsalında isə daha çox artım qeydə alınıb. Belə ki, süd istehsalı 255,2 ton artaraq 20 min 384,7 tona çatıb. Yun istehsalı da 8,9 ton çoxalıb və 355,7 ton təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]