Qobustanda məktəblilər narkomaniya əleyhinə maarifləndirilirlər

Qobustan, 5 noyabr, AZƏRTAC
Qobustanda rayon Polis Şöbəsinin təşəbbüsü, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Qobustan rayon sektorunun təşkilatçılığı ilə ümumtəhsil məktəblərində narkomaniyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirləri davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti görüş Qobustan şəhər A.O.Qayıblı adına 3 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri ilə keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin məsul işçisi Rüfət Vəlixanov, Polis Şöbəsinin rəisi, polis mayoru Fərid Fətəliyev, Gənclər və idman idarəsinin rəisi Qadir Əkbərov və başqaları çıxış ediblər. Çıxışlarda narkomaniyanın müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən olduğu vurğulanıb. Qeyd olunub ki, narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olunmasında, yeniyetmə və gənclərin bu bəladan uzaqlaşdırılmasında, sağlam həyat tərzinin formalaşdırılmasında, narkomaniyanın fəsadlarının nə qədər təhlükəli olduğunun izah edilməsində cəmiyyətimizin bütün üzvləri birgə mübarizə aparmalı, maarifləndirmə tədbirləri mütəmadi xarakter almalı, milli-mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməlidir.
Görüşdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [18:43]
Füzuliyə dolu yağıb
- 16.05.2025 [16:20]
Energetika naziri Ağstafada vətəndaşlarla görüşüb
- 16.05.2025 [15:54]
Naxçıvanda ÜDM istehsalı 1,3 faiz artıb
- 16.05.2025 [15:20]
Naxçıvanda son 2 ildə 3500-ə yaxın yeni iş yeri açılıb VİDEO
- 16.05.2025 [15:14]