QUBA KÜTLƏVİ MƏZARLIĞINDAKI TƏDQİQATLAR DAVAM ETDİRİLİR
AZƏRTAC xəbər verir ki, Qubada aşkarlanmış kütləvi məzarlıqda arxeoloji tədqiqatlar davam etdirilir.
Artıq ikinci mərhələsi başlanılan tədqiqatlarda aşkar edilən insan kəllə sümüklərinin sayı 179-a çatmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba soyqırımı üzrə ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev məzarlıqda qazıntıların nə vaxt başa çatacağı ilə bağlı sualları cavablandırarkən bildirmişdir ki, tədqiqatlar sonuncu insan sümüyünün aşkarlanacağı günədək davam etdiriləcəkdir.