REGİONLAR
Qubalı məktəblilər texniki yaradıcılıq festivalında iştirak ediblər
Quba, 19 iyun, Elxan Yusifli, AZƏRTAC
Quba rayon ümumi təhsil məktəbləri arasında "TEXNOQAFQAZ" texniki yaradıcılıq festivalı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival 12 kateqoriya - maşın yarışları, dron yarışları, biznes və turizm, kənd təsərrüfatı, robot texnika, qısa filim, veb-proqramlaşdırma, bacarıqlı əllər sərgisi, elmin möcüzələri, hərbi texnologiya, super beyinlər, ətraf mühitin mühafizəsi və təkrar istehsal kateqoriyaları üzrə təşkil olunub.
İdeyaları və əl işləri ilə fərqlənən şagirdlər diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.
Festival Zərdabi qəsəbə B.Şıxəmirov adına tam orta məktəbin təşəbbüsü ilə təşkil olunub. Festivalın keçirilməsində əsas məqsəd şagirdlərin texnologiya sahəsindəki bilik və bacarıqlarının üzə çıxarılması və onlarda bu sahəyə marağın artırılmasıdır.