Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Quliyevlər ailəsinin üç övladından hələ də xəbər yoxdur - Kəlbəcərdə “Tunel faciəsi”nin şahidləri danışır VİDEO

Quliyevlər ailəsinin üç övladından hələ də xəbər yoxdur - Kəlbəcərdə “Tunel faciəsi”nin şahidləri danışır VİDEO

Şəki, 21 may, AZƏRTAC

Birinci Qarabağ müharibəsi dövründə yüzlərlə itkin düşən soydaşımızdan hələ də xəbər-ətər yoxdur. Ata-analar 30 ildən çoxdur övlad yolu gözləyir, bacı-qardaşlar valideynlərinin məzarlarını axtarır. Quliyevlər ailəsi də onlardan biridir. Bu ailə 1993-cü ildə Kəlbəcərdən məcburi köçkün düşüb. Ailənin altı övladı “Tunel faciəsi”ndə min bir əzab görüb. Bu ailənin üç övladından hələ də xəbər yoxdur.

AZƏRTAC xəbər verir ki, Quliyevlər ailəsi hər il martın 31-ni təkcə Azərbaycanlıların Soyqırımı günü kimi deyil, həm də “Tunel faciəsi” kimi qeyd edir. Artıq 31 ildən çoxdur Qara dayı və həyat yoldaşı Adilə ana hər səhər evlərinin balkonundan küçə qapısına həsrətlə baxıb yol gözləyir. Hər qapı döyüləndə bir ümid işığı yanır qəlblərində, “bəlkə gəldilər” deyə...

Ailə başçısı Qara kişi həmin dəhşətli günü belə xatırlayır: “30-u axşamı bizə xəbər verdilər ki, ağır döyüş gözlənilir, arvad-uşağı yola salın. 31-i səhər uşaqları maşına mindirdim, təkcə yoldaşımı yanımda saxladım. Üç gün sonra özümüz kənddən dağ yolu ilə çıxdıq. Murovu çox çətinliklə aşıb, bizim kəndin camaatı toplanan yerə çatdım. Uşaqları xəbər alanda heç kəsdən səs çıxmadı. Ordan-burdan soruşanda dedilər, bəs ermənilər o maşını vurub”.

Adilə ana da söhbətimizə qoşulur. Deyir ki, 1993-cü ilin martin 31-də yoldaşı Qara kişi Çorman kəndində 6 övladını - Nəsibə, Azər, Bəxtiyar, Yaşar, Məzahir və Aygünü yaxın qohumlarla birlikdə yük avtomobilinə mindirərək Gəncə istiqamətində yola salır. Lakin tunelin ermənilərin nəzarətində olmasından kimsənin xəbəri yox idi. Beləcə uşaqlarla birlikdə qohum-əqrəba hamısı orada gülləbarana tutulur.

Ailənin böyük övladı Nəsibə müəllimin erməni əsirliyində yaşadıqlarını dinləmək çətin və ağırdır. Bu qəhrəman Azərbaycan xanımı hələ də bədənində 27 qəlpə gəzdirir. “Həmin maşında 28 nəfər, ən yaxın qohumlar idik. Biz altı nəfər bacı-qardaş, dayılarım, bibilərim, xalam və anamın bibisi uşaqları... Maşında olanların əksəriyyəti gənclər, uşaqlar idi. Tuneldən yenicə çıxmışdıq ki, güllə atıldı. Sonra gördük qabaqda bir maşını vurublar. Bizim maşın qabaqdakı döngəyə çatanda yoldan çıxdı, bağ vardı, onun içinə girdi. Hər tərəfdən bizə güllə atılırdı. Yeganə özümüzü qoruma yolumuz maşının altında gizlənmək idi ki, orada bizə güllə dəyməyəcək”, - deyən ailənin böyük övladı yaşadıqları məşəqqətli günləri göz yaşlarına boğularaq söyləyir.

“Maşınımız alışıb yanırdı, ağır yaralanmışdıq, huşumuzu itirmişdik. Orada təkcə mənə 6 güllə dəymişdi və bir də qəlpə yaraları. Qardaşlarım da yaralıydı, çoxundan da xəbərim yox idi. Bizi UAZ maşınına qoyub Qızılbulaq kəndinə apardılar. Ən ağır yaralıları, ölənləri o kəndə göndərdilər. Daha sonra bizi işgəncələr verə-verə Vəngə gətirdilər. Hətta biz su istəyəndə onu belə vermirdilər. İstəyəndə acıqları tuturdu. Vəngə aparanda ilk gün su istəyəndə dedilər ki, bunları gölə tökmək lazımdı. Mənim ağlımda o söz qaldı, daha çox qorxdum ki, bizi indi də suya tökəcəklər”, – deyə başına gələnləri danışan Nəsibə xanım sözlərini davam etdirə bilmir.

Ömründə güllə səsi eşitməyən bu uşaqların birdən-birə gülləbarana düşməsi və yaralanması, bacı-qardaşlarının qan içində çabalaması dəhşətli idi. Bir əl yetən məsafədə uzanan əzizlərinin dadına çata bilməyən Azər Quliyev üçün həmin dəhşət həyatının ən ağır anları kimi yaddaşında iz buraxıb: “11 gün Vəngdə qaldıq. O 11 gündə şiddətlər gördük. Su istəyirdik vermirdilər, ona görə bizi döyürdülər. Elə olurdu ki, hərbçilər, bəzən də yerli camaat gəlib bizi döyürdü. Yanımızda neçə nəfərin başını kəsdilər, qolunu sındırdılar, qarnını yardılar. Mənə də 7 güllə, bacıma isə 27 qəlpə dəymişdi. Ayağımı qəlpə, qolumu güllə qırmışdı, ayaq üstə dura bilmirdim. Bədənimizdən çirk axırdı. Çoxlu qan itirdiyimdən huşum getmişdi. Özümə gələnə kimi 3-4 gün keçdi. Ayılanda balaca bacım Aygünü xəbər aldım. Dedilər ki, ölüb, xəstəxananın həyətində basdırmışıq. Sonra bacım Nəsibə ilə bizi Xankəndiyə apardılar”.

Azər Quliyev deyir ki, bir aydan sonra 9 yaşlı qardaşı Bəxtiyarı orada tapıb: “Amma Məzahirlə Yaşar biz tuneldə güllələnəndə orada qalmışdılar. Həmin maşında 28 nəfər idik. O 28 nəfərdən təkcə biz 7 nəfər qayıtmışıq”.

Azər bacısı Nəsibə və Bəxtiyarla qarşıdakı aylarda həmin ərazilərə getmək və itkin qardaşlarının, bacısının, qohum-əqrəbasının gülləbarana tutulduğu yeri ziyarət etmək istəyir. Onlar əmindirlər ki, tunel ərazisində atəşə tutulanların, faciə qurbanlarının meyitləri həmin ərazidə basdırılıb.

Ailə üzvləri ilə söhbətdən onu da öyrənirik ki, Ulu Öndər Ali Sovetin rəhbərliyinə gələndən sonra Qara kişi və Adilə ananı qəbul edib. Onların üç övladının əsirlikdə olmasını bilən Heydər Əliyev şəxsi təşəbbüslə Nəsibə, Azər və Bəxtiyarı 3 ay 15 gün davam edən erməni əsirliyindən xilas edib və xüsusi təyyarə ilə Vətənə gətirib. Qara kişi deyir: “Ulu Öndər Heydər Əliyev olmasaydı, bu üç övladım da erməni əsirliyində can verəcəkdi”.

Ailənin daha üç övladı Yaşar, Məzahir və Aygündən isə bu günə kimi heç bir xəbər yoxdur. Azər və Nəsibə ümid edirlər ki, tuneldən bir qədər irəlidə baş verən bu faciə qurbanlarının tezliklə qalıqları tapılacaq və ata-analarının 30 ildir yol çəkən intizarına son qoyulacaq.

Quliyevlər ailəsinin üç övladından hələ də xəbər yoxdur - Kəlbəcərdə “Tunel faciəsi”nin şahidləri danışır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşanın Baltik sahillərində NATO-nun taktiki təlimləri başlayıb

Azərbaycan və Pakistan XİN başçıları arasında telefon danışığı olub

Çadda partlayış nəticəsində 9 nəfər ölüb, 46 nəfər yaralanıb

XİN: Ermənistan təxribatlar və manipulyasiya dolu fikirlər əvəzinə, sülh prosesinə töhfə verməlidir VİDEO

Azərbaycan beynəlxalq multiidman turnirində 14 cüdoçu ilə təmsil olunacaq

Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində günün sonuncu panel iclası təşkil edilib

® BYD: Elektrikli Avtomobillər və Sürətli İnkişaf

Konfrans Liqası: “Sabah” və “Sumqayıt”ın rəqibləri müəyyənləşib

Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində “Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq” mövzusu müzakirə olunub

Xorvatiyanın sabiq Prezidenti: Daha yaxşı gələcək üçün biz siyasətçilər də əlimizdən gələni edirik

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində ilk dəfə milli stendlə təmsil olunur

TƏBİB: 5 nömrəli Kliniki Doğum Evinin ərazisində baş vermiş yanğın zamanı xəsarət alan olmayıb

Yan Fişer: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə önəmli işlər görür

Rusiya XİN: Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edir

Emmanuel Makronun nüfuzdan düşməsi onun partiyasından olan deputatlara mənfi təsir edir

Azərbaycanın iki avarçəkəni Avropa çempionatında mübarizə aparacaq

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Serbiyaya rəsmi səfəri başlayıb VİDEO

Putin KXDR ilə hərbi-texniki əməkdaşlığın mümkünlüyünü istisna etmir

Cəlilabadda su bəndində boğulan şəxslərin kimliyi məlum olub  YENİLƏNİB-2 VİDEO

Avropa Liqası: “Zirə”nin potensial rəqibi açıqlanıb

Riçard Verma: Biz Cənubi Qafqazda regional sabitliyin və təhlükəsizliyin təşviqinə sadiqik

Təhsilalanların musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbulu üzrə imtahanlar başlanır

Çempionlar Liqası: “Fənərbağça”nın rəqibi bəlli olub

Dövlət qurumları bloklanarsa, Makronun istefadan başqa hansı seçimi var?

Maimuna Mohd Şərif: İqlim dəyişikliyinin qarşısının alınması üçün investisiya qoyuluşları zəruridir

Səfir: İtaliya COP29-da əsas qəhrəmanlardan biri kimi iştirak edəcək

İtaliyanın qida və içki sektorlarının təbliğinə həsr olunmuş silsilə tədbirlər keçirilib VİDEO

Xəzər rayon prokurorluğunda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli Toplantı işini panel iclaslarla davam etdirir

“Bir, iki, bizimki” tamaşası Lənkəran Dövlət Dram Teatrında nümayiş olunub

Çempionlar Liqası: “Qarabağ”ın rəqibi müəyyənləşib

Bakıda 
“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının rəsmi açılış mərasimi keçirilib YENİLƏNİB-2 VİDEO

Budapeşt Ursula Fon der Lyayenin namizədliyini dəstəkləməyəcək

Dövlət Proqramı çərçivəsində 2024–2025-ci tədris ili üzrə sənəd qəbulu başa çatır

Danimarka Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Valter Fast: Yüksək Səviyyəli 29-cu Toplantı fikir mübadiləsi üçün çox vacib tədbirdir

Balakəndə 4 ton çətənə kolu məhv edilib

Türkiyədə Ayasofya məscidinin elektron surəti yaradılıb

Həbib Mikayıllı: Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə mübarizəyə mühüm təsir göstərəcək

Rusiya ATƏT Parlament Assambleyasının işində iştirakını dayandırmağı planlaşdırır

Azərbaycan ağırlıqqaldıranı 2 qızıl medalla Avropa çempionu olub

Qazaxıstanda neft-qaz sənayesinin dekarbonizasiyasına həsr olunan ilk konfrans keçiriləcək

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək

“28 May” Nəqliyyat Mübadilə Mərkəzində aparılan təmirlə əlaqədar avtobus marşrutlarının hərəkət sxemləri dəyişdirilir

Dövlət Komitəsinin sədri Almaniyanın Süryani Ortodoks Kilsəsinin nümayəndələri ilə görüşüb

Balakən sakini çayda üzərkən boğulub

Azərbaycan klubu Fransa millisinin sabiq futbolçusunu transfer edib

BMT Baş katibinin müavini: Bəşəriyyətimiz hərəkətsizliyə və iqlimə görə fəlakətin astanasındadır

Bu ilin əvvəlindən 30 mindən çox xarici vətəndaş Rusiya ərazisindən çıxarılıb

Rusiya və KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalanıb VİDEO

Yalçın Rəfiyev: COP29 komandası iyul ayında yeni beynəlxalq tədbir təşkil etməyi planlaşdırır

Mərdəkanda qətl törədilib

Hikmət Hacıyev: Azərbaycan dünyada mina problemindən ən çox əziyyət çəkən ölkələrdən biridir VİDEO

Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini saxlanılıb

İsmayıl Serageldin: Azərbaycanın COP 29-a ev sahibliyi bizi məmnun edir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçiriləcək

ÜST-ün Baş direktoru: İqlim dəyişikliyi probleminin həlli üçün təcili birgə fəaliyyət lazımdır

Mark Rutte NATO-nun rəhbəri vəzifəsinə keçmək ərəfəsindədir

Avro-2024: Qrup mərhələsində II turun oyunları başlayır

Prezidentin köməkçisi: Fransanın militarizasiya siyasəti Ermənistanın daxilindəki revanşist qüvvələrin həvəsləndirilməsinə xidmət edəcək addımdır VİDEO

Bakı metrosunun “Bakmil” stansiyasında hərəkət cədvəli yenilənib

AEBA Baş direktorunun müavini: Bugünkü fəaliyyətimiz planetin gələcək nəsillərinin gələcəyini müəyyənləşdirəcək

Son beş ayda DSMF-nin xərcləri 2 milyard 853 milyon manat təşkil edib

Konfrans Liqası: “Sabah” və “Sumqayıt”ın rəqibləri bəlli olacaq

Hikmət Hacıyev: Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasət sülh gündəliyinin irəli aparılmasına heç bir halda töhfə vermir VİDEO

DİN: İtkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib

Yazıçı Adil Quliyevin “Xüsusi təyinatlı” romanının təqdimatı keçiriləcək

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir

Avropa Liqası: “Zirə” üçün 4 potensial rəqib

Bu gün Xalq artisti Möhsün Sənaninin doğum günüdür

Faktiki hava: Əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb

“Qarabağ”ın Çempionlar Liqasında ilk rəqibi müəyyənləşir

Maria Fernanda Espinoza: COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq

DİN: Dünən ölkə ərazisində 105 kiloqrama yaxın narkotik aşkarlanıb

Muxtar Babayev: Azərbaycan COP29-u inklüziv, şəffaf və ədalətli şəkildə təqdim etməyə sadiqdir VİDEO

Azərbaycan neftinin qiyməti 87 dolları ötüb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb

Prezident: Kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli COP29 sədrliyimizin gündəliyində duran prioritet məsələlərdən olacaq

Azərbaycan Prezidenti: COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üzrə danışıqlar aparılacaq

Prezident: Azərbaycan planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir

Prezident İlham Əliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zaman ərzində yüksək nüfuz və etimad qazanıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 
“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına

Rusiya Prezidenti ilə KXDR liderinin görüşü başlayıb

ABŞ-də yanğına görə 7 min sakin təxliyə edilib

ABŞ-də 500 min miqrant vətəndaşlıq ala bilər

Çadın əsas silah anbarında şiddətli partlayış baş verib

İsveç parlamenti ABŞ ilə müdafiə sazişini təsdiqləyib

İnsan orqanizmi kosmik uçuşdan sonra özünü tam bərpa edir

Partlamamış hərbi sursatlar yaşıl enerjiyə keçidi ləngidir

Azərbaycan Milli Kitabxanasının təmsil olunduğu CENL-in illik toplantısı başa çatıb

“Şerif”in baş məşqçisi: “Zirə” püşkatmada bizim üçün ən ciddi rəqiblərdəndir

Ərdoğan Paşinyanla Türkiyə-Ermənistan münasibətlərini müzakirə edib

Avro-2024: Portuqaliya millisi geri dönüş edərək qalib gəlib

Vaşinqtonda Azərbaycanın COP29 sədrliyinə dair tədbir keçirilib VİDEO

Avropa birinciliyi: Azərbaycan ağırlıqqaldıranı üç medal qazanıb

Oğuzda küləyin yaratdığı fəsadlar aradan qaldırılıb

Qərbi Azərbaycan İcması Fransanın Ermənistana silah satışı ilə bağlı bəyanat yayıb

Səlim Babullaoğlu: Kitab fenomeni unikaldır, heç bir qacet onu sıradan çıxara bilməz

Rusiya Prezidenti Vladimir Putinin KXDR-ə səfəri başlayıb