Qurban Qurbanov: Belə oyunlar bizə ancaq fayda verir
Bakı, 26 yanvar, AZƏRTAC
Əvvəlcədən də rəqibimizin gücünü bilirdik, çox sürətli və səlis futbolçuları var idi. Düşünürəm, bu oyunun komandam üçün çox faydası oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri Antalyada təlim-məşq toplanışında “Şaxtyor” (Ukrayna) ilə yoxlama oyunu keçirən “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis bildirib ki, rəqib bizi çox səhv etməyə məcbur etdi və bu da bizim xeyrimizə oldu. İkinci hissə daha fərqli yekunlaşdı. Rəqibin heyətində dəyişikliklər oldu və bizim futbolçular topla daha fəal olmağa başladılar. Amma bizim də qol epizodlarımız oldu. “Şaxtyor” əlinə düşən fürsətlərdən maksimum istifadə etməyi bacaran komandadır. Sevindirici haldır ki, oyun sona qədər davam etdi. Bura gələndə hava şəraiti istədiyimiz kimi deyildi. Amma sonda hər şey düşündüyümüz kimi oldu. Bugünkü oyun da, tam istədiyimiz kimi oldu. Belə oyunlar bizə ancaq fayda verir.
Qeyd edək ki, “Şaxtyor” klubu ilə yoxlama oyununda “Qarabağ” 1:3 hesabı ilə məğlub olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:35]
“Turan Tovuz” kapitanı ilə vidalaşıb
- 09.06.2026 [16:19]
Azərbaycanı güləş üzrə dünya çempionatında iki hakim təmsil edəcək
- 09.06.2026 [15:58]
Premyer Liqanın yeni iştirakçısı 3 futbolçu ilə yollarını ayırıb
- 09.06.2026 [15:54]
Dünya çempionatında İran azarkeşləri üçün ayrılan bilet kvotası ləğv edilib
- 09.06.2026 [15:22]