Qusarda minifutbol üzrə zona turnirinə start verilib




Qusar, 16 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar Olimpiya İdman Kompleksində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 30 illiyinə həsr olunmuş minifutbol üzrə ümumrespublika yarışlarının zona turnirinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirin açılış mərasimində Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov bu kimi idman tədbirlərinin gənclərimizin sağlam və mənəvi cəhətdən kamil böyüməsindəki rolundan danışaraq idmançılara uğurlar diləyib.
Mərasimdə Qusar Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun Hacıyev, YAP Xızı və Siyəzən rayon təşkilatlarının sədrləri Ayaz Quliyev və Samir Baxşiyev, Qusar Rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Əmirmətov, Qusar Olimpiya İdman Kompleksinin şöbə müdiri Qorxmaz Muradov çıxış edərək turnirin əhəmiyyətindən danışıblar.
Açılış mərasimindən sonra yarışa start verilib. İlk günün nəticələrinə əsasən Xaçmaz, Quba və Şabran komandaları növbəti mərhələyə vəsiqə qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [18:43]
Füzuliyə dolu yağıb
- 16.05.2025 [16:20]
Energetika naziri Ağstafada vətəndaşlarla görüşüb
- 16.05.2025 [15:54]
Naxçıvanda ÜDM istehsalı 1,3 faiz artıb
- 16.05.2025 [15:20]
Naxçıvanda son 2 ildə 3500-ə yaxın yeni iş yeri açılıb VİDEO
- 16.05.2025 [15:14]