Qusardan Bakıya gedən sərnişin mikroavtobusu Xızıda yük avtomobil ilə toqquşub
Xızı, 28 yanvar, Elxan Yusifli, AZƏRTAC
Yanvarın 28-də Bakı-Quba avtomobil yolunda “Shagman” markalı yük avtomobili ilə "Hyundai" markalı sərnişin mikroavtobusunun toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə magistralın 63-cü kilometrliyində, Xızı rayonunun Sitalçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qusar-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində yaralanan bir nəfər təcili tibbi yardım maşını ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Yaralıya müvafiq tibbi yardım göstərilib. Digər yaralının xəsarətləri isə yüngül olub.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:40]
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO
- 09.06.2026 [15:32]
Naxçıvanın təhsil müəssisələrində yeni laboratoriyalar yaradılıb
- 09.06.2026 [12:58]
Şəkidə taxıl biçininə start verilib
- 09.06.2026 [12:32]