QUŞÇULUQ MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 23-də Bakının “Təzə bazar” MMC, 6 nömrəli ticarət mərkəzi, Keşlə, Sabunçu və Badamdar qəsəbələrinin ərazilərində quşçuluq məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin və Quşçular Cəmiyyətinin birgə təşkil etdikləri yarmarkalar paytaxt əhalisinin bu məhsullara tələbatının daha dolğun ödənilməsi və qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilir.
“Təzə bazar” MMC-nin ərazisindəki yarmarkaya 2 mindən çox yumurta gətirdiyini bildirən Giləzi quşçuluq şirkətinin işçisi Elçin Quliyev yumurtanın birini 12 qəpiyə satırdı. O, qəsəbə sakinləri üçün hər həftə yumurta gətirdiyini və bundan sonra da bu işi davam etdirəcəyini söylədi.
Bakı Şəhər Baytarlıq İdarəsinin 5 saylı baytar-sanitar ekspertiza laboratoriyasının müdiri Ramazan Eminov dedi ki, hər həftə yarmarkaya müvafiq sənədlərlə daxil olan quş əti və yumurta yoxlanıldıqdan sonra satışına icazə verilir.
Alıcılar yumurtanın keyfiyyətli, qiymətlərinin bazardakından ucuz olduğunu bildirir, yarmarkanın təşkilatçılarına minnətdarlıq edirdilər.
Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin sözlərinə görə, bu gün şəhərin yarmarkalarında satışa 5 ton toyuq əti və 500 minə yaxın yumurta çıxarılmışdır. Satış-yarmarkalar şənbə və bazar günləri də davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:00]
Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb
- 09.06.2026 [16:36]
® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO
- 09.06.2026 [16:21]
® Qızıl kreditini bu banka gətirənlərə endirim var
- 09.06.2026 [16:17]
Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb
- 09.06.2026 [15:58]
Aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb
- 09.06.2026 [14:37]